Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın başlayıb.
Bizim.Media xəbər verir ki, məlumat əsasında hazırda əraziyə FHN-in Aviasiya dəstəsinin bir ədəd helikopteri cəlb olunmaqla yanğınla mübarizə tədbirlərinə start verilib.
Hazırda yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülür.
Bizim.Media