Bu gündən YENİ CƏRİMƏLƏRİN tətbiqinə başlandı – 1500-dən 5 000 manata qədər

Bu gündən Azərbaycanda birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qabların istifadəsi qadağan edilir. Bundan sonra  bu məhsulların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsinə icazə verilməyəcək.

Sözsüz ki, bu cür qərarın qəbul edilməsi cəmiyyət arasında müxtəlif suallar yaradıb. Əsasən pandemiya dönəmində insanları  bu qabların hansı məhsulla əvəz olunması maraqlandırır.

Çünki su içmək üçün nəzərdə tutulan plastik stəkanlardan gün ərzində yüzlərlə, hətta yay fəslini nəzərə alsaq minlərlə insanın istifadə edir.
 

MÖVZU İLƏ BAĞLI:

İyulun 1-dən bu məhsulların satışı qadağan edilir


Milli məclisin deputatı Naqif Həmzəyev Bizim.Media-ya açıqlmasında insanları düşündürən bəzi məsələlərə aydınlıq gətirib.

“Uzun illərdir Avropa və digər inkişaf etmiş ölkələrdə plastik torbalar və birdəfəlik istifadə üçün nəzərdə tutulan qabları bio materiallardan hazırlanmış məhsullar əvəz edir. Xatırlayırsızsa Sovet dönəmində də bu məhsulları kağız və ipdən hazırlanmış torbalardan əvəz edirdi. Bu gündən biz də bir vətəndaş kimi çalışmalıyıq ki, qaydalara əməl edərək ətraf mühiti qoruyaq. Marketlərə getdiyimiz zaman özümüzlə bu torbalardan götürək”.

Söhbət zamanı millət vəkili plastik məhsulların ətraf mühitə verdiyi ziyanlardan da danışıb.

“Plastik qablaşdırma tulantıları xüsusəndə politelen torbalar ətraf mühiti çirkləndirən əsas faktorlardan biridir. Bu günədək istehsal olunan plastik qablaşdırma məhsulların 50 %-i son 20-25 il əsrzində istehsal olunub. Bu sahədə vəziyyəti mürəkkəbləşdirən amillərdən biri də plastik tullantıların təbiətdə 100 illər ərzində parçalanmadan ilbəil miqdarının artmasıdır. Araşdırmalar göstərir ki, bu tullantılar düzgün idarə olunmasa  ətraf mühüti və ümumiyyətlə təbiəti çirkləndirir. Bundan başqa plastik torbalar kənd təsərrüfatı torpaqlarının dərin qatlarına keçərək bitkilərin normal inkişafına və bununla da məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Həmçinin dəniz və okeanlarda balıqların və canlıların məhvinə gətirib çıxarır.

Beynəlxalq təcrübəyə baxsaq görərik ki, 1994-cü ildən Danimarkada pulsuz politen torbalarının paylanmasına vergi tətbiq olunub. Daha sonra bu torbalar ödənişli olduqdan sonra ona təlabat 90 % azalıb. 2011-ci ildə isə İtaliyada yüngül plastik torbaların istifadəsinə qadağa qoyulub. Bu da plastik  torba istehlakının 50% azalmasına gətirib çıxarıb”. 


Xatırladaq ki, Prezident İlham Əliyevin 2019-2020-ci illərdə “Azərbaycanda plastik qablaşdırma tullantıllarının ətraf mühitə təsirinin azaldılmasına dair”  tədbirlər planına əsasən “Ətraf mühitin mühafizəsi” haqqında qanun layihəsində dəyişikliklər qəbul edilib.

Bu dəyişikliklərə əsasən 15 mikrona qədər olan politelen torbaların habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, bıçıq, boşqab və stəkanlarının sahibkarlar tərəfindən idxalı, istehsalına və satılmasına qadağa qoyulub. Qanuna əməl etməyənlər üçün isə  İnzibati xətalar məcəlləsində xüsusi cərimələr nəzərdə tutulub.

Naqif Həmzəyev bu cərimələrdən də söz açıb. O, bildirib ki, lahiyə politelen torbaların münasibətdə 2021-ci ilin yanvar 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan məhsullar isə 2021-ci ilin  iyulun 1-dən qadağan edilir. 

“Bu qağalara əməl etməyən obyekt sahibləri və istehsalçılar üçün xüsusi cəzalar tərtib olunub. Bu zaman plastik qablar müsadirə edilməklə vəzifəli şəxslər 1000 – 1500 manata, hüquqi şəxslər isə 3000 -4000 manata qədər cərimə ediləcək.  Əgər cərimələnən insan yenidən bu qadağaya məhəl qoymasa o zaman vəzifəli şəxslər 1500-2000, hüquqi şəxslər isə 4000-5000 manat cərimə ödəməli olacaq”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Keniyada bəbir qürub çağını belə izlədi - VİDEO

Keniyada bəbir qürub çağını belə izlədi - VİDEO

Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ ilə dialoqu davam etdirmək qərarına gəldi

Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ ilə dialoqu davam etdirmək qərarına gəldi

Tramp Ukrayna ilə dron sazişi bağlayacaq?

Tramp Ukrayna ilə dron sazişi bağlayacaq?

DÇ-2026: Almaniya - Kurasao oyunu start götürdü

DÇ-2026: Almaniya - Kurasao oyunu start götürdü

Ukrayna Aİ-yə üzvlük üçün zəruri olan islahatların cəmi 15%-ni icra edib

Ukrayna Aİ-yə üzvlük üçün zəruri olan islahatların cəmi 15%-ni icra edib

Tramp Netanyahunu kəskin tənqid etdi: "Niyə bu addımı atırsan?" - VİDEO

Tramp Netanyahunu kəskin tənqid etdi: "Niyə bu addımı atırsan?" - VİDEO

Uşakov Putinin Trampla danışığının təfərrüatlarını açıqladı

Uşakov Putinin Trampla danışığının təfərrüatlarını açıqladı

Avropa Parlamenti nüfuzunu itirir - Ömər Çelik

Avropa Parlamenti nüfuzunu itirir - Ömər Çelik

Putin də Trampa zəng etdi

Putin də Trampa zəng etdi

Xankəndi Mədəniyyət Mərkəzində ilk konsert oldu - FOTO

Xankəndi Mədəniyyət Mərkəzində ilk konsert oldu - FOTO

Zooparkda maraqlı anlar: Qunduzlar kəpənək ovuna çıxdılar - VİDEO

Zooparkda maraqlı anlar: Qunduzlar kəpənək ovuna çıxdılar - VİDEO

Hemilton "Ferrari" ilə "Formula-1"də ilk Qran-prisini qazandı

Hemilton "Ferrari" ilə "Formula-1"də ilk Qran-prisini qazandı

İranda təqaüdçülər etiraza qalxdılar

İranda təqaüdçülər etiraza qalxdılar

Ukrayna və İran ətrafındakı müharibələr ABŞ və Rusiyanın nüfuzunu sarsıdır

Ukrayna və İran ətrafındakı müharibələr ABŞ və Rusiyanın nüfuzunu sarsıdır

Yaroslavlda PUA hücumunun fəsadları: Su hövzələrini neft təbəqəsi bürüdü - VİDEO

Yaroslavlda PUA hücumunun fəsadları: Su hövzələrini neft təbəqəsi bürüdü - VİDEO

Binə qəsəbəsində yanğın oldu

Binə qəsəbəsində yanğın oldu

Zelenskidən Trampa AD GÜNÜ TƏBRİKİ

Zelenskidən Trampa AD GÜNÜ TƏBRİKİ

Tramp İsrailin Beyruta zərbəsini pislədi: "Razılaşmanın əldə olunma ərəfəsində bu, yolverilməzdir"

Tramp İsrailin Beyruta zərbəsini pislədi: "Razılaşmanın əldə olunma ərəfəsində bu, yolverilməzdir"

Prezidentin köməkçisi Dilicanda - VİDEO

Prezidentin köməkçisi Dilicanda - VİDEO

Ağ Evin Cənub qazonunda şou: Tramp 80 illik yubileyini UFC döyüşləri ilə qeyd edir - VİDEO

Ağ Evin Cənub qazonunda şou: Tramp 80 illik yubileyini UFC döyüşləri ilə qeyd edir - VİDEO

Rusiya Qara Dəniz Donanmasının komandanlığı Krımı tərk etməyə hazırlaşır

Rusiya Qara Dəniz Donanmasının komandanlığı Krımı tərk etməyə hazırlaşır

Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarıldı - FOTO

Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarıldı - FOTO

İrəvanda gərginlik: MSK rəsmi nəticələri elan etdi, müxalifət binanın qarşısına toplandı - VİDEO

İrəvanda gərginlik: MSK rəsmi nəticələri elan etdi, müxalifət binanın qarşısına toplandı - VİDEO

Polşada dəhşətli hadisə: Həkimin həyətyanı sahəsindən 32 uşaq qalığı tapıldı - FOTO

Polşada dəhşətli hadisə: Həkimin həyətyanı sahəsindən 32 uşaq qalığı tapıldı - FOTO

End of content

No more pages to load

RADİO