Azərbaycanın süni intellekt bazarında ChatGPT niyə liderdir? – Təəccüblü SƏBƏB

Son illər dünyada süni intellekt texnologiyalarının yarışı gedir. Hər il daha funksional, çoxmissiyalı, təkmilləşdirilmiş tətbiqlər bazara çıxarılır. Amma bu tətbiqlərin istifadəsi ölkəyə görə dəyişir: hər ölkədə müxtəlif platformalar populyarlıq qazanır. Məsələn Azərbaycanda süni intellekt deyəndə ağla ilk və bəzən də yeganə gələn ad ChatGPT olur. Təsadüfi deyil ki, istifadəçilərin 96 faizi məhz bu platformadan yararlanır, qalan cüzi faiz isə Gemini, Claude və digər alternativlər arasında bölüşür.

Bəs niyə belədir? Niyə bizim istifadəçilər başqa platformalara “ürək qızdırmır”?

Süni intellekt üzrə mütəxəssis Əhəd Dadaşov Bizim.Media-ya açıqlamasında bildirdi ki, burada təkcə texnologiyanın gücü deyil, həm də psixoloji amillər var:

“Bu tətbiqə qəlbən bağlı olanlar, hətta etibar edənlər də var. Baxmayaraq ki, istifadəçilərə tövsiyə olunur ki, şəxsi məlumatlarını, özəl məqamları paylaşmasınlar, amma yenə də dostyana söhbətlərin yaratdığı effekt var ki, bu da insanlarda asılılıq yaradır.
 

Məsələn, bir istifadəçi mənə etiraf etmişdi ki, həyat yoldaşı dünyasını dəyişəndə ona ən səmimi başsağlığını ChatGPT vermişdi və ona özünü toparlayacaq məsləhətləri də çox olmuşdu. Bu kimi digər məqamları nəzərə alsaq, artıq sadəcə bir proqram yox, gündəlik həyatın ayrılmaz hissəsinə, tərəfdaşa, virtual psixoloqa çevrildiyini görərik”.


Mütəxəssis həmçinin vurğuladı ki, adın brend olaraq tanınması effekti də var. Süni intellekt dalğası ölkəni bürüyəndə ChatGPT ilk ad idi və insanlar bu adı qəbul edib mənimsədilər. Digər platformalar hələ də brend tanınması baxımından geridədir.

Bundan başqa dil faktoru da öz sözünü deyir, ChatGPT Azərbaycan dilində artıq lazımi ünsiyyət qura bilir:

“Hətta istifadəçinin yazı üslubuna uyğun olaraq zarafatyana, ciddi, səmimi və ya adamına görə kobud cavablar verir. Bu isə yerli auditoriya üçün daha qəbulediləndir, yəni onu özlərinə bir real dost kimi görürlər. Gemini və Claude kimi alternativlər əsasən ingilis dilinə fokuslanıb. Onların Azərbaycan dilində bazası zəifdir”

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

Şağanda quru otluq sahədəki yanğın SÖNDÜRÜLDÜ

Şağanda quru otluq sahədəki yanğın SÖNDÜRÜLDÜ

İldırım heyvanları vurdu, sel ev quşlarını apardı - FOTO/VİDEO

İldırım heyvanları vurdu, sel ev quşlarını apardı - FOTO/VİDEO

DÇ-2026: Argentina geridönüşlə ¼ finalda - VİDEO

DÇ-2026: Argentina geridönüşlə ¼ finalda - VİDEO

Nyu-Yorkda 38 mərtəbəli bina əyildi – İnsanlar təxliyə edilir

Nyu-Yorkda 38 mərtəbəli bina əyildi – İnsanlar təxliyə edilir

Peskov: “Rusiyanın əsas səsi Putindir”

Peskov: “Rusiyanın əsas səsi Putindir”

24 yaşlı gənc su anbarında çimərkən BOĞULDU

24 yaşlı gənc su anbarında çimərkən BOĞULDU

Avqustda neçə gün İŞ OLMAYACAQ?

Avqustda neçə gün İŞ OLMAYACAQ?

15 yaşlı qız itkin düşdü - FOTO

15 yaşlı qız itkin düşdü - FOTO

Ən yaxşı məktəblər AÇIQLANDI

Ən yaxşı məktəblər AÇIQLANDI

Lionel Messi antirekorda imza atdı

Lionel Messi antirekorda imza atdı

Özbəkistan ölkəmizdə avtomobil istehsalına BAŞLAYIR

Özbəkistan ölkəmizdə avtomobil istehsalına BAŞLAYIR

Emil Bədəlov xeyli çəki itirdi - Tanımaq olmur - VİDEO

Emil Bədəlov xeyli çəki itirdi - Tanımaq olmur - VİDEO

Şağanda quru otluq sahə YANIR

Şağanda quru otluq sahə YANIR

Gəncədə həkimlə mübahisə edən şəxs poliklinikanı yandırmağa çalışdı - VİDEO

Gəncədə həkimlə mübahisə edən şəxs poliklinikanı yandırmağa çalışdı - VİDEO

Əli Nağıyev DTX Akademiyasının məzunlarını təbrik etdi – FOTO/VİDEO

Əli Nağıyev DTX Akademiyasının məzunlarını təbrik etdi – FOTO/VİDEO

Sumqayıtda "Mercedes", "Toyota" və "Opel" toqquşdu - FOTO

Sumqayıtda "Mercedes", "Toyota" və "Opel" toqquşdu - FOTO

“Şamaxinka” tunelinin çıxışında avtomobil YANDI - FOTO/VİDEO

“Şamaxinka” tunelinin çıxışında avtomobil YANDI - FOTO/VİDEO

Dilan Yeşilgöz 42 il sonra Ankaraya nazir kimi qayıtdı - FOTO

Dilan Yeşilgöz 42 il sonra Ankaraya nazir kimi qayıtdı - FOTO

End of content

No more pages to load

RADİO