Təfəkkür Universitetinin binası Bakı İnzibati Məhkəməsinə verildi

Keçmiş Təfəkkür Universitetinin Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən binası Bakı İnzibati Məhkəməsinə verilib.

Bizim.Media modern.az-a istinadən xəbər verir ki, Bakı İnzibati Məhkəməsi yaxın günlərdə yeni binasında fəaliyyətə başlayacaq.

Təfəkkür Universiteti Nazirlər Kabinetinin 11 sentyabr 1995-ci il tarixli qərarı ilə dövlət qeydiyyatından keçərək özəl ali məktəb statusu almışdı. Universitet 2016-cı ildən fəaliyyətini dayandırıb.

2016-cı ilin oktyabr ayında Təfəkkür Universitetinin Təsisçilər Şurası maliyyə vəziyyətində yaranmış problemlə əlaqədar universitetin fəaliyyətinin dayandırılması barədə Təhsil Nazirliyinə müraciət edib. Təhsil Nazirliyi universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini, eyni zamanda, akkreditasiyadan keçirilməməsini nəzərə alaraq 2017-2018-ci il tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmamasını və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə müraciəti qəbul edib.
 

Qeyd edək ki, Təfəkkür Universiteti ilə bağlı böyük əks-səda doğuran hadisə indi də mətbuatda tirajlanmaqdadır. Söhbət Təfəkkür Universitetinin sabiq rektoru Müşfiq Atakişiyevin prorektor Tariyel Əhmədovun qətlini sifariş etməsindən gedir. Prorektor Tariyel Əhmədov 2011-ci il sentyabrın 16-da qətlə yetirilmişdi.


M.Atakişiyev 2016-cı ildə Təfəkkür Universiteti bağlanmazdan bir müddət öncə rektor vəzifəsindən istefa vermişdi. Universitet isə az sonra fəaliyyətini dayandırmışdı. Baş Prokurorluq 12 il əvvəl baş vermiş qətl hadisəsi barədə 2023-cü ilin noyabrında məlumat yayıb və sabiq rektor Müşfiq Atakişiyev həbs edilib.

Məhkəmənin hökmü ilə M. Atakişiyevə 14 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası kəsilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vəkildən etibarnamə ilə bağlı XƏBƏRDARLIQ

Vəkildən etibarnamə ilə bağlı XƏBƏRDARLIQ

Şirvan-Salyan regionu üzrə ən yaxşı məktəblər - ADLAR

Şirvan-Salyan regionu üzrə ən yaxşı məktəblər - ADLAR

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

Bu BÜRCLƏRİN nəhayət maaşlarını artıracaqlar

Bu BÜRCLƏRİN nəhayət maaşlarını artıracaqlar

Ən çətin xasiyyətli BÜRCLƏR

Ən çətin xasiyyətli BÜRCLƏR

Netanyahu ABŞ-yə səsləndi: “Türkiyəyə F-35 verməyin!”

Netanyahu ABŞ-yə səsləndi: “Türkiyəyə F-35 verməyin!”

Makron Dəməşqə tünd eynəkdə endi - VİDEO

Makron Dəməşqə tünd eynəkdə endi - VİDEO

Kürdəmirdə BMW yoldan çıxaraq aşdı - FOTO

Kürdəmirdə BMW yoldan çıxaraq aşdı - FOTO

"İynə və dərmanlar arıqlamağa kömək etmədi"

"İynə və dərmanlar arıqlamağa kömək etmədi"

Paytaxtın bu küçələrində işıq olmayacaq

Paytaxtın bu küçələrində işıq olmayacaq

Daşkəsəndə DƏHŞƏT: 50 yaşlı kişi qonşu uşağı armaturla döydü - VİDEO

Daşkəsəndə DƏHŞƏT: 50 yaşlı kişi qonşu uşağı armaturla döydü - VİDEO

Heydər məscidində təmir işləri aparılacaq: Layihənin dəyəri açıqlandı

Heydər məscidində təmir işləri aparılacaq: Layihənin dəyəri açıqlandı

Seyfəddin Rəhimov vəfat etdi

Seyfəddin Rəhimov vəfat etdi

İran Xameneinin dəfn mərasiminə qatılanları qeyri-adi hədiyyələrlə TƏƏCCÜBLƏNDİRDİ

İran Xameneinin dəfn mərasiminə qatılanları qeyri-adi hədiyyələrlə TƏƏCCÜBLƏNDİRDİ

Gəncə Şəhər Birləşmiş Xəstəxanasını o idarə edəcək

Gəncə Şəhər Birləşmiş Xəstəxanasını o idarə edəcək

DÇ-2026: Portuqaliya və İspaniya qarşı-qarşıya - CANLI YAYIM

DÇ-2026: Portuqaliya və İspaniya qarşı-qarşıya - CANLI YAYIM

Liftə minən azyaşlıya qarşı zorakılıq edən şəxs saxlanıldı - VİDEO

Liftə minən azyaşlıya qarşı zorakılıq edən şəxs saxlanıldı - VİDEO

Güləşçilərimiz qızıl medal üçün döyüşəcək

Güləşçilərimiz qızıl medal üçün döyüşəcək

“Financial Times”: ABŞ Ukraynaya Rusiyanın neft obyektlərini vurmaqda kömək edir

“Financial Times”: ABŞ Ukraynaya Rusiyanın neft obyektlərini vurmaqda kömək edir

Ukrayna helikopteri qəzaya uğradı — Bütün heyət həlak oldu

Ukrayna helikopteri qəzaya uğradı — Bütün heyət həlak oldu

Sumqayıtda üç avtomobil toqquşdu: xəsarət alanlar var - FOTO

Sumqayıtda üç avtomobil toqquşdu: xəsarət alanlar var - FOTO

Xoşqədəm Hidayətqızı dəyişib belə oldu - FOTO

Xoşqədəm Hidayətqızı dəyişib belə oldu - FOTO

Baş redaktor Vüqar Məmmədov həbsdə qaldı: Vəsatət təmin olunmadı

Baş redaktor Vüqar Məmmədov həbsdə qaldı: Vəsatət təmin olunmadı

Əli Xameneinin cənazəsi Qum şəhərinə aparıldı - VİDEO

Əli Xameneinin cənazəsi Qum şəhərinə aparıldı - VİDEO

End of content

No more pages to load

RADİO