Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Pirli kəndi ərazisində qeydə alınıb.
Belə ki, sürücü Nicat Məhərrəmov idarə etdiyi BMW markalı avtomobillə həmin yolda hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı avtomobildə olan sürücü Nicat Məhərrəmov və onun sərnişinləri kənd sakinləri Xaldun Səfərov və Elnur Nuriyev müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Hadisə ilə bağlı fakt araşdırılır.



Bizim.Media, Aran bürosu