Ukraynanın Poltava vilayətində Mi-8 hərbi helikopterinin qəzaya uğraması nəticəsində 4 ukraynalı hərbçi həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə Lvov vilayətinin Brodı şəhər şurasından məlumat verilib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, vertolyot iyunun 30-da Rusiyanın pilotsuz uçuş aparatlarını (PUA) ələ keçirmək üçün döyüş tapşırığı yerinə yetirərkən qəzaya uğrayıb. Şəhər şurası aviasiya qəzası nəticəsində bütün heyət həlak olduğunu bildirib.
Bundan əvvəl, iyunun 27-də Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsi də Poltava vilayətində qəzaya uğramışdı. Məlumata görə, təyyarə ilə əlaqə gecə saatlarında kəsilib. Pilot katapult edə bilib.
Bizim.Media