Gəncə Birləşmiş Xəstəxananın işdən azad olunan direktorunun səlahiyyətlərini icra edəcək şəxs məlum olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sədri Anar Bayramovun imzaladığı əmrə əsasən bir neçə gün əvəl vəzifəsindən azad olunan sabiq direktor İlkin İsmayılovun səlahiyyətlərini Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Uşaq xəstəxanasının şöbə müdiri Səbuhi Həsənov icra edəcək.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu