Varislik ÇƏKİŞMƏSİ – Kimlər birinci dərəcəli ailə üzvü HESAB OLUNUR? – HÜQUQİ İZAH

Ailə dəyərlərinə bağlılıq bəzi hallarda qanunları pozur. Cəmiyyətdə ailənin birinci dərəcəli üzvləri kölgədə qalır. Əvəzində ikinci dərəcəli üzvlər önə keçir. Bu da bəzi hallarda narahatlıq yaradır.

Xüsusilə də, həyat yoldaşını itirən şəxslər vərəsəlik məsələsində bu problemlə üzləşir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Aytac Qurbanova deyir ki, Azərbaycan qanunvericiliyində birinci dərəcəli ailə üzvləri anlayışı aydındır:


”Bu, yalnız miras məsələlərində deyil, həm də sosial təminat, tibbi qərarların qəbulu, həbs yerlərində görüş və digər hüquqi münasibətlərdə əsas götürülür.

Lakin praktik müstəvidə fərqli mənzərə yaranır. Ənənələr və mentalitet çox vaxt hüquqi çərçivəni kölgədə qoyur. Xüsusilə təzə ailələrdə gəlinin həm ərinə, həm də ərinin valideynlərinə “tabe olması” gözləntisi mövcuddur. Hər hansı hadisə baş verdikdə isə, qayınata və qayınana ön plana çəkilir, həyat yoldaşının statusu isə ikinci planda görünür. Bu, qanundan yox, sırf sosial psixologiya və adət-ənənələrin diktəsindən qaynaqlanır”.

“Həyat yoldaşını itirənlər ikinci sırada qalır”

Müsahibimiz qeyd edir ki, ailə üzvlərindən biri şəhid olanda və yaxud dünyasını dəyişəndə fərqli mənzərə ilə rastlaşırıq:

“Məsələn ər vəfat etdikdə həyat yoldaşı birinci sırada irəli çəkilmir. Qərar verənlər adətən mərhumun valideynləri olur. Bu isə hüquqla deyil, mənəvi münasibətlərlə müəyyən edilir. Əslində qanun həyat yoldaşını da birinci dərəcəli ailə üzvü hesab etsə də, yasın təşkili hüquqi məsələ deyil, sırf adət və mentallığın təsirindədir. Buna görə də məhkəmə müstəvisində belə hallar həll olunmur”.

“Region fərqləri və beynəlxalq müqayisə”

Hüquqşünas onu da əlavə edib ki, Azərbaycanın müxtəlif regionlarında adət-ənənələr dəyişkəndir:

“Bəzi yerlərdə gəlinin rolu daha ön plana çəkilir, bəzilərində isə tamamilə kölgədə qalır. Qanunvericilik bu müxtəlifliyi sistemləşdirib dəqiq tənzimləmir. Ənənələrin üstünlüyü bu sahədə daha güclüdür.

Məsələn, İngiltərədə və digər qərb ölkələrində də oxşar yanaşmalar var: bu tip sosial-mənəvi məsələlər qanunla sistemləşdirilmir, cəmiyyətin adətləri və mənəvi normaları ilə tənzimlənir. Hüquq yalnız miras və digər rəsmi məsələlərdə ailə üzvlərinin statusunu müəyyənləşdirir.

Azərbaycan qanunvericiliyində həyat yoldaşı birinci dərəcəli ailə üzvü və qanun üzrə vərəsədir. Mülki Məcəlləyə görə, həyat yoldaşı ölənin övladları və valideynləri ilə eyni sırada dayanır və bərabər pay hüququna malikdir. Yəni, qanunun özü həyat yoldaşını kölgədə qalmış şəxs kimi deyil, tam hüquqlu birinci dərəcəli ailə üzvü kimi tanıyır”.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaxşı valideynlər pis uşaqlara səbəb olan SƏHVLƏR EDİRLƏR...

Yaxşı valideynlər pis uşaqlara səbəb olan SƏHVLƏR EDİRLƏR...

Vəkildən etibarnamə ilə bağlı XƏBƏRDARLIQ

Vəkildən etibarnamə ilə bağlı XƏBƏRDARLIQ

Şirvan-Salyan regionu üzrə ən yaxşı məktəblər - ADLAR

Şirvan-Salyan regionu üzrə ən yaxşı məktəblər - ADLAR

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

Bu BÜRCLƏRİN nəhayət maaşlarını artıracaqlar

Bu BÜRCLƏRİN nəhayət maaşlarını artıracaqlar

Ən çətin xasiyyətli BÜRCLƏR

Ən çətin xasiyyətli BÜRCLƏR

Netanyahu ABŞ-yə səsləndi: “Türkiyəyə F-35 verməyin!”

Netanyahu ABŞ-yə səsləndi: “Türkiyəyə F-35 verməyin!”

Makron Dəməşqə tünd eynəkdə endi - VİDEO

Makron Dəməşqə tünd eynəkdə endi - VİDEO

Kürdəmirdə BMW yoldan çıxaraq aşdı - FOTO

Kürdəmirdə BMW yoldan çıxaraq aşdı - FOTO

"İynə və dərmanlar arıqlamağa kömək etmədi"

"İynə və dərmanlar arıqlamağa kömək etmədi"

Paytaxtın bu küçələrində işıq olmayacaq

Paytaxtın bu küçələrində işıq olmayacaq

Daşkəsəndə DƏHŞƏT: 50 yaşlı kişi qonşu uşağı armaturla döydü - VİDEO

Daşkəsəndə DƏHŞƏT: 50 yaşlı kişi qonşu uşağı armaturla döydü - VİDEO

Heydər məscidində təmir işləri aparılacaq: Layihənin dəyəri açıqlandı

Heydər məscidində təmir işləri aparılacaq: Layihənin dəyəri açıqlandı

Seyfəddin Rəhimov vəfat etdi

Seyfəddin Rəhimov vəfat etdi

İran Xameneinin dəfn mərasiminə qatılanları qeyri-adi hədiyyələrlə TƏƏCCÜBLƏNDİRDİ

İran Xameneinin dəfn mərasiminə qatılanları qeyri-adi hədiyyələrlə TƏƏCCÜBLƏNDİRDİ

Gəncə Şəhər Birləşmiş Xəstəxanasını o idarə edəcək

Gəncə Şəhər Birləşmiş Xəstəxanasını o idarə edəcək

DÇ-2026: Portuqaliya və İspaniya qarşı-qarşıya - CANLI YAYIM

DÇ-2026: Portuqaliya və İspaniya qarşı-qarşıya - CANLI YAYIM

Liftə minən azyaşlıya qarşı zorakılıq edən şəxs saxlanıldı - VİDEO

Liftə minən azyaşlıya qarşı zorakılıq edən şəxs saxlanıldı - VİDEO

Güləşçilərimiz qızıl medal üçün döyüşəcək

Güləşçilərimiz qızıl medal üçün döyüşəcək

“Financial Times”: ABŞ Ukraynaya Rusiyanın neft obyektlərini vurmaqda kömək edir

“Financial Times”: ABŞ Ukraynaya Rusiyanın neft obyektlərini vurmaqda kömək edir

Ukrayna helikopteri qəzaya uğradı — Bütün heyət həlak oldu

Ukrayna helikopteri qəzaya uğradı — Bütün heyət həlak oldu

Sumqayıtda üç avtomobil toqquşdu: xəsarət alanlar var - FOTO

Sumqayıtda üç avtomobil toqquşdu: xəsarət alanlar var - FOTO

Xoşqədəm Hidayətqızı dəyişib belə oldu - FOTO

Xoşqədəm Hidayətqızı dəyişib belə oldu - FOTO

Baş redaktor Vüqar Məmmədov həbsdə qaldı: Vəsatət təmin olunmadı

Baş redaktor Vüqar Məmmədov həbsdə qaldı: Vəsatət təmin olunmadı

End of content

No more pages to load

RADİO