Azərbaycanda ən yüksək təhsil haqqı olan universitetlər

Azərbaycanda ali təhsilin maliyyələşdirilməsi məsələsi son illərdə dövlətin diqqət mərkəzindədir və bu sahədə həm sosial ədaləti, həm də keyfiyyətin yüksəldilməsini təmin etmək məqsədilə ardıcıl addımlar atılır.

Bizim.Media “baku.ws”ə istinadla xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda ölkədə 59 ali təhsil müəssisəsi fəaliyyət göstərir və 180 mindən artıq tələbə təhsil alır.

Bu böyük kontingentin təhsilini davam etdirməsi üçün təhsil haqları diferensial şəkildə müəyyən edilib.

Bəs, Azərbaycanda universitetlər arasında təhsil haqqı ən yüksək olan tədris ocaqları hansılardır?

Təhsil eksperti Kamran Əsədov bildirib ki, ən yüksək təhsil haqları əsasən Bakı şəhərində yerləşən və beynəlxalq proqramlar həyata keçirən universitetlərdədir:

“ADA Universitetində illik təhsil haqqı 6 000–8 000 manat arasında dəyişir, Xəzər Universitetində 4 000–5 000 manat civarındadır, UNEC-də magistratura üzrə bəzi ixtisaslar 5 000 manata qədər yüksəlir, UFAZ-da 2 200–3 000 manat arası, Azərbaycan Dövlət Pedaqoji Universitetində isə 2 400 manat təşkil edir.

“Təhsil haqqında” Qanunun 13-cü maddəsində göstərilir ki, ali təhsil müəssisələri ödənişli əsaslarla fəaliyyət göstərə bilər və dövlət təhsilin əlçatanlığını təmin etmək üçün sosial dəstək mexanizmləri həyata keçirir. Bu hüquqi norma ali məktəblərə muxtariyyət verərkən dövlətin də məsuliyyətini müəyyən edir. Həmin məsuliyyət son illərdə tələbə kreditlərinin tətbiqi, təqaüdlərin artırılması və ən əsası, təhsil haqlarının şəffaf tənzimlənməsi ilə təmin olunmağa çalışılır. Elm və Təhsil Nazirliyi bu istiqamətdə geniş maarifləndirmə işi aparır, valideynləri və tələbələri ödəniş mexanizmləri, güzəşt imkanları və kredit proqramları barədə məlumatlandırır. Nazirliyin hazırladığı planlar və proqnozlar göstərir ki, növbəti illərdə də təhsil haqları tədricən indeksləşdiriləcək, tələbələrin sosial müdafiəsini gücləndirən addımlar atılacaq”.

K.Əsədov əlavə etdi ki, müsbət tərəf ondan ibarətdir ki, yüksək ödənişli universitetlərdə tələbələr müasir tədris binaları, xarici professorların iştirakı, beynəlxalq mübadilə proqramları və çoxdilli təhsil imkanları ilə təmin olunurlar:

“Məsələn, ADA Universiteti və UFAZ-da təhsil beynəlxalq standartlara uyğun olaraq ingilis və fransız dillərində aparılır, bu isə tələbələrə qlobal əmək bazarına çıxış imkanı yaradır. Dövlət universitetlərində isə daha aşağı təhsil haqqı müqabilində sosial ədalət prinsipi qorunur, region gənclərinin ali təhsilə çıxışı təmin edilir”, – deyə o bildirib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaxşı valideynlər pis uşaqlara səbəb olan SƏHVLƏR EDİRLƏR...

Yaxşı valideynlər pis uşaqlara səbəb olan SƏHVLƏR EDİRLƏR...

Vəkildən etibarnamə ilə bağlı XƏBƏRDARLIQ

Vəkildən etibarnamə ilə bağlı XƏBƏRDARLIQ

Şirvan-Salyan regionu üzrə ən yaxşı məktəblər - ADLAR

Şirvan-Salyan regionu üzrə ən yaxşı məktəblər - ADLAR

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

Bu BÜRCLƏRİN nəhayət maaşlarını artıracaqlar

Bu BÜRCLƏRİN nəhayət maaşlarını artıracaqlar

Ən çətin xasiyyətli BÜRCLƏR

Ən çətin xasiyyətli BÜRCLƏR

Netanyahu ABŞ-yə səsləndi: “Türkiyəyə F-35 verməyin!”

Netanyahu ABŞ-yə səsləndi: “Türkiyəyə F-35 verməyin!”

Makron Dəməşqə tünd eynəkdə endi - VİDEO

Makron Dəməşqə tünd eynəkdə endi - VİDEO

Kürdəmirdə BMW yoldan çıxaraq aşdı - FOTO

Kürdəmirdə BMW yoldan çıxaraq aşdı - FOTO

"İynə və dərmanlar arıqlamağa kömək etmədi"

"İynə və dərmanlar arıqlamağa kömək etmədi"

Paytaxtın bu küçələrində işıq olmayacaq

Paytaxtın bu küçələrində işıq olmayacaq

Daşkəsəndə DƏHŞƏT: 50 yaşlı kişi qonşu uşağı armaturla döydü - VİDEO

Daşkəsəndə DƏHŞƏT: 50 yaşlı kişi qonşu uşağı armaturla döydü - VİDEO

Heydər məscidində təmir işləri aparılacaq: Layihənin dəyəri açıqlandı

Heydər məscidində təmir işləri aparılacaq: Layihənin dəyəri açıqlandı

Seyfəddin Rəhimov vəfat etdi

Seyfəddin Rəhimov vəfat etdi

İran Xameneinin dəfn mərasiminə qatılanları qeyri-adi hədiyyələrlə TƏƏCCÜBLƏNDİRDİ

İran Xameneinin dəfn mərasiminə qatılanları qeyri-adi hədiyyələrlə TƏƏCCÜBLƏNDİRDİ

Gəncə Şəhər Birləşmiş Xəstəxanasını o idarə edəcək

Gəncə Şəhər Birləşmiş Xəstəxanasını o idarə edəcək

DÇ-2026: Portuqaliya və İspaniya qarşı-qarşıya - CANLI YAYIM

DÇ-2026: Portuqaliya və İspaniya qarşı-qarşıya - CANLI YAYIM

Liftə minən azyaşlıya qarşı zorakılıq edən şəxs saxlanıldı - VİDEO

Liftə minən azyaşlıya qarşı zorakılıq edən şəxs saxlanıldı - VİDEO

Güləşçilərimiz qızıl medal üçün döyüşəcək

Güləşçilərimiz qızıl medal üçün döyüşəcək

“Financial Times”: ABŞ Ukraynaya Rusiyanın neft obyektlərini vurmaqda kömək edir

“Financial Times”: ABŞ Ukraynaya Rusiyanın neft obyektlərini vurmaqda kömək edir

Ukrayna helikopteri qəzaya uğradı — Bütün heyət həlak oldu

Ukrayna helikopteri qəzaya uğradı — Bütün heyət həlak oldu

Sumqayıtda üç avtomobil toqquşdu: xəsarət alanlar var - FOTO

Sumqayıtda üç avtomobil toqquşdu: xəsarət alanlar var - FOTO

Xoşqədəm Hidayətqızı dəyişib belə oldu - FOTO

Xoşqədəm Hidayətqızı dəyişib belə oldu - FOTO

Baş redaktor Vüqar Məmmədov həbsdə qaldı: Vəsatət təmin olunmadı

Baş redaktor Vüqar Məmmədov həbsdə qaldı: Vəsatət təmin olunmadı

End of content

No more pages to load

RADİO