Azercell-in dəstək olduğu “İdeyadan Biznesə” layihəsində startap keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell Telekom” MMCxa0 və “Microsoft” şirkətinin birgə təşkilatçılığı ilə “İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turları davam edir.

Moderator.az xəbər verir ki, startap hərəkatının genişləndirilməsinə, vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədilə keçirilən startap turu bu dəfə Tovuz rayonunda baş tutub. Tovuzda ilk dəfə olaraq keçirilən startap tədbirinə Tovuzla yanaşı, Qazax, Şəmkir, Goranboy, Tərtər, Gədəbəy, Yevlax və digər ətraf rayonlardan olan 100-dən çox gənc qatılıb.

Tədbirin informativ hissəsində iştirakçılar “İdeyadan Biznesə” layihəsinin konsepsiyası, məqsəd və hədəfləri barədə məlumatlandırılıblar. Daha sonra layihədə iştirak etmək üçün müraciət edən komandalar arasında müsabiqə keçirilib və qaliblər müəyyənləşib. Birinci yerin sahibi “Share my goal” layihəsi olub, ikinciliyə “Bacarıqlı əllər”xa0 ideyası, üçüncülüyə isə “Görən gözlər” layihəsi layiq görülüb.

Layihə çərçivəsində Tovuzdan sonra Bakı şəhərində yerləşən ali təhsil müəssisələrini əhatə edən startap müsabiqəsi keçirilib. ADA Universitetində baş tutan startap marafonunda 10-dək ali məktəbin komandası öz layihəsini münsiflər heyəti qarşısında təqdim edib. Müsabiqədə Bakı Dövlət, Azərbaycan Texniki, Azərbaycan Memarlıq və İnşaat, Azərbaycan Dövlət Neft və Sənaye, Bakı Mühəndislik, ADA, Azərbaycan Tibb və Qərbi Kaspi universitetlərinin, Bakıxa0 Ali Neft Məktəbinin tələbələri iştirak edib. 3 gün ərzində 50-dək layihənin münsiflər heyəti qarşısında təqdimatı keçirilib. Bakı üzrə “NanoDesal”, “AntiAge şirəsi”, “HealWith”, “Bumeranq”, “AgroShare”, “Plan to plant”, “Game of war and modern technologies”, “Palliativ qayğı” və “Buqələmun” layihələri finalçılar qismində seçilib.

Qeyd edək ki, layihələr münsiflər heyəti tərəfindən ideyanın unikallığı, bazar potensialı, investisiyanın mənfəət müddəti, ilkin xidmətin/prototipin hazırlanmasına tələb olunan müddət, komandanın ideyanı gerçəkləşdirmə qabiliyyəti kimi meyarlar üzrə qiymətləndiriləcək və yaxın günlərdə 3 əsas yerin qalibi ictimaiyyətə açıqlanacaq.xa0 xa0xa0

Bu mərhələdə qələbə qazanan komandalar cari ilin avqust ayının sonlarında 12 regionun daxa0 qalibləri ilə birgə “İnnocamp” yay düşərgəsində iştirak etmək imkanı əldə edəcək. Oktyabrda keçiriləcək ümumrespublika finalında isə 1, 2 və 3-cü yerlərin qalibləri müəyyən olunacaq. Qalib gələcək ilk üç yerin sahiblərinə təşkilatçılar tərəfindən mükafatlar təqdim olunacaq, ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi göstəriləcəkdir. Finalçılar vəxa0 hər region üzrə I yerin qalibləri isə dekabr ayında keçiriləcək “Bakutel-2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində öz layihələrini iştirakçılara və eyni zamanda investorlara təqdim etmək şansı qazanacaqlar.

Qeyd edək ki, ötən il 8 regionda, 16 ali təhsil, 3 ümumtəhsil müəssisəsində startap turları keçirilib. Startap marafonuna 7 ay ərzində respublikanın ayrı-ayrı şəhər və rayonlarından 2 mindən çox iştirakçı qatılıb.

Vurğulamaq istərdik ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi tərəfindən komandalara mentorluq dəstəyi göstərilib. Azercell və PAŞA Bankın dəstəyi ilə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi bir çox layihələrin və startapların müstəqil şirkətlərə çevrilməsinə yardım etmişdir. Ölkənin ilk biznes inkubatoru olan mərkəz sahibkarlıq və informasiya texnologiyaları mövzularında bir çox təlimlərin, seminarların keçirilməsinə təşəbbüs göstərmiş, bir sıra tədbirlərə ev sahibliyi edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

End of content

No more pages to load

RADİO