O qızcığazın həyatını danışa bilməyən Elmar qurtarıbmış...

Ağstafanın Aşağı Göyçəli kəndində 2 yaşlı qız uşağını oğurlamaqda ittiham olunan Telman Omarovun məhkəmə araşdırması başa çatıb.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, Omarov adam oğurluğunda təqsirli bilinərək uzunmüddətli həbsə məhkum edilib.

İttihamda yazılır ki, 57 yaşlı T.Omarov kənddə keçirilən toy mərasimində azyaşlını izləməyə başlayıb. Uşaq yol kənarında oynayan vaxt onu qucağına alaraq idarə etdiyi “Lexus” markalı avtomobilə mindirib və Ağstafadakı evinə aparıb.

Övladlarının yoxa çıxdığını görən ailə əvvəlcə onun yaxınlıqdakı arxa düşdüyünü zənn edib.

Hadisənin yeganə şahidi isə anadangəlmə nitq qabiliyyəti olmayan kənd sakini Elmar imiş. Elmar uşağı qaçıran avtomobilin nömrəsini yerə yazaraq baş verənləri valideynlərə başa salıb. Bundan sonra körpəni Telmanın apardığı məlum olub.

Valideynlər kənd sakinlərini də toplayaraq uşağı almaq üçün onun evinə gediblər. Həmin vaxt sərxoş vəziyyətdə olan Telman həyətində saxladığı iti gələnlərin üstünə buraxıb. O, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra azyaşlı valideynlərinə təhvil verilib.


Kənd sakinləri məhkəmədə də bu halı təsdiq ediblər. Kəndlilər deyiblər ki, uşağı geri almaq üçün valideynlərlə birgə T.Omarovun yaşadığı evə gediblər.

İçkili vəziyyətdə olan Omarov isə onları “əgər yaxınlaşsanız, uşağı itə atacağam” deyərək hədələyib.

Hətta həmin vaxt həyətdəki it uşağı T.Omarovun əlindən almağa çalışanlardan birini dişləyib. Yalnız polisin müdaxiləsindən sonra ara sakitləşib.

Gəncə Ağır Cinayətlər Məhkəməsi toplanmış sübutlar əsasında Telman Omarovu təqsirli hesab edib. Ona ittiham edildiyi maddənin sanksiyasının yuxarı həddi ilə -12 il 6 ay həbs cəzası verib. Həmçinin cəzasının çəkilməsi yeri ciddi rejimli müəssisə seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaxşı valideynlər pis uşaqlara səbəb olan SƏHVLƏR EDİRLƏR...

Yaxşı valideynlər pis uşaqlara səbəb olan SƏHVLƏR EDİRLƏR...

Vəkildən etibarnamə ilə bağlı XƏBƏRDARLIQ

Vəkildən etibarnamə ilə bağlı XƏBƏRDARLIQ

Şirvan-Salyan regionu üzrə ən yaxşı məktəblər - ADLAR

Şirvan-Salyan regionu üzrə ən yaxşı məktəblər - ADLAR

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

Bu BÜRCLƏRİN nəhayət maaşlarını artıracaqlar

Bu BÜRCLƏRİN nəhayət maaşlarını artıracaqlar

Ən çətin xasiyyətli BÜRCLƏR

Ən çətin xasiyyətli BÜRCLƏR

Netanyahu ABŞ-yə səsləndi: “Türkiyəyə F-35 verməyin!”

Netanyahu ABŞ-yə səsləndi: “Türkiyəyə F-35 verməyin!”

Makron Dəməşqə tünd eynəkdə endi - VİDEO

Makron Dəməşqə tünd eynəkdə endi - VİDEO

Kürdəmirdə BMW yoldan çıxaraq aşdı - FOTO

Kürdəmirdə BMW yoldan çıxaraq aşdı - FOTO

"İynə və dərmanlar arıqlamağa kömək etmədi"

"İynə və dərmanlar arıqlamağa kömək etmədi"

Paytaxtın bu küçələrində işıq olmayacaq

Paytaxtın bu küçələrində işıq olmayacaq

Daşkəsəndə DƏHŞƏT: 50 yaşlı kişi qonşu uşağı armaturla döydü - VİDEO

Daşkəsəndə DƏHŞƏT: 50 yaşlı kişi qonşu uşağı armaturla döydü - VİDEO

Heydər məscidində təmir işləri aparılacaq: Layihənin dəyəri açıqlandı

Heydər məscidində təmir işləri aparılacaq: Layihənin dəyəri açıqlandı

Seyfəddin Rəhimov vəfat etdi

Seyfəddin Rəhimov vəfat etdi

İran Xameneinin dəfn mərasiminə qatılanları qeyri-adi hədiyyələrlə TƏƏCCÜBLƏNDİRDİ

İran Xameneinin dəfn mərasiminə qatılanları qeyri-adi hədiyyələrlə TƏƏCCÜBLƏNDİRDİ

Gəncə Şəhər Birləşmiş Xəstəxanasını o idarə edəcək

Gəncə Şəhər Birləşmiş Xəstəxanasını o idarə edəcək

DÇ-2026: Portuqaliya və İspaniya qarşı-qarşıya - CANLI YAYIM

DÇ-2026: Portuqaliya və İspaniya qarşı-qarşıya - CANLI YAYIM

Liftə minən azyaşlıya qarşı zorakılıq edən şəxs saxlanıldı - VİDEO

Liftə minən azyaşlıya qarşı zorakılıq edən şəxs saxlanıldı - VİDEO

Güləşçilərimiz qızıl medal üçün döyüşəcək

Güləşçilərimiz qızıl medal üçün döyüşəcək

“Financial Times”: ABŞ Ukraynaya Rusiyanın neft obyektlərini vurmaqda kömək edir

“Financial Times”: ABŞ Ukraynaya Rusiyanın neft obyektlərini vurmaqda kömək edir

Ukrayna helikopteri qəzaya uğradı — Bütün heyət həlak oldu

Ukrayna helikopteri qəzaya uğradı — Bütün heyət həlak oldu

Sumqayıtda üç avtomobil toqquşdu: xəsarət alanlar var - FOTO

Sumqayıtda üç avtomobil toqquşdu: xəsarət alanlar var - FOTO

Xoşqədəm Hidayətqızı dəyişib belə oldu - FOTO

Xoşqədəm Hidayətqızı dəyişib belə oldu - FOTO

Baş redaktor Vüqar Məmmədov həbsdə qaldı: Vəsatət təmin olunmadı

Baş redaktor Vüqar Məmmədov həbsdə qaldı: Vəsatət təmin olunmadı

End of content

No more pages to load

RADİO