Xankəndidə inşa olunacaq Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin binası belə görünəcək – FOTO

44 günlük Vətən müharibəsi və 2023-cü ildə keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikası dövlət suverenliyi və ərazi bütövlüyünü tam bərpa edərək, regionda yeni geosiyasi reallıqlar formalaşdırdı.

Bu tarixi Zəfər ilə regionda dayanıqlı sülhün və davamlı inkişafın təmin olunması istiqamətində mühüm addım atıldı.

Artıq beş ildir ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı və sistemli bərpa-quruculuq prosesi həyata keçirilir.
 

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını əhatə edən bu proqram yalnız dağıdılmış infrastrukturun deyil, həm də milli kimliyin, tarixi yaddaşın və dövlətçiliyin bərpasını təmin edən çoxşaxəli bir prosesdir.


Proqram çərçivəsində azad olunmuş ərazilərdə, şəhər, qəsəbə və kəndlərdə müasir şəhərsalma prinsiplərinə əsaslanan kompleks layihələr icra olunur, yaşayış məhəllələri salınır, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları, yollar, enerji və su təchizatı sistemləri qurulur. Eyni zamanda, mədəni irs nümunələri bərpa olunur, tarixi abidələr yenidən dirçəldilir.

Bu tikinti dalğasının davamı olaraq 2025-ci ilin sentyabr ayında Xankəndi şəhərində daha bir mühüm və rəmzi layihənin gerçəkləşdirilməsinə başlanılır. Belə ki, uzun illər separatçı rejimin qondarma “Xarici İşlər Nazirliyi”nin istifadə etdiyi inzibati binanın söküntüsünə başlanılıb və yerində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi üçün müasir inzibati bina inşa olunacaq.

Binanın söküntüsü rəmzi olaraq 2 sentyabr tarixində – vaxtilə qondarma tarixə qovuşmuş və unudulan qondarma “respublika” elan olunduğu gündə başlayıb.

Bu tarixin seçilməsi təsadüfi deyil – məqsəd torpaqlarımızda separatizmin izlərini tamamilə aradan qaldırmaq, Azərbaycanın ərazi bütövlüyü üzərində bərqərar olan yeni quruculuq və inkişaf mərhələsinin başladığını bir daha vurğulamaqdır.

Xankəndi şəhərinin mərkəzində inşa olunacaq yeni inzibati binanın memarlıq-konseptual həlli və texniki göstəriciləri Qarabağın strateji inkişaf prioritetlərinə uyğun şəkildə hazırlanıb. Bina artıq dörd ildir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında şəhərsalma və tikinti fəaliyyətini təmin edən, regionun bərpa və yenidən qurulmasında mühüm rol oynayan Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin əsas qərargahı olacaq.
 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bu Baş İdarəsi kompleks şəhərsalma və infrastruktur layihələrinin həyata keçirilməsinə, müasir memarlıq və urbanistika konsepsiyalarının tətbiqinə, dövlət və özəl qurumların bu sahədə fəaliyyətinin əlaqələndirilməsinə, mədəni və tarixi irsin qorunmasına, həmçinin yaşayış üçün rahat və funksional şəhər məkanlarının yaradılmasına cavabdehdir.


Buradan regionun dayanıqlı inkişafı, müasir infrastrukturun yaradılması, ekoloji tarazlığın qorunması, həmçinin əhalinin rahat və təhlükəsiz yaşayışı üçün bütün əsas planlaşdırma və nəzarət mexanizmləri idarə olunacaq. Uzun illər dağıntı və qanunsuz separatizmlə assosiasiya olunan bina yeni mərhələdə dirçəlişin və quruculuğun rəmzinə çevriləcək. Burada Qarabağımızın və Şərqi Zəngəzurumuzun bərpası prosesində birbaşa iştirak edən peşəkar mütəxəssislər çalışacaqlar.

Baş İdarənin yeni 3-mərtəbəli binası müasir memarlıq üslubunda, dayanıqlı tikinti materiallarından istifadə olunmaqla inşa ediləcək, ümumi sahəsi təqribən 2000 m2 təşkil edəcək. Binanın 2027-ci ilin əvvəlində istismara verilməsi nəzərdə tutulur.

Layihə çərçivəsində işçi heyətin səmərəli fəaliyyət göstərməsi üçün müasir iş şəraiti yaradılacaq.

Binada müasir texniki təminatlı geniş iş otaqları, vətəndaşların qəbulu, toplantılar keçirmək üçün şərait təmin olunacaq.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası şəraitində həyata keçirilən “Böyük Qayıdış” proqramının davamı olaraq inşa ediləcək bu bina Qarabağda dövlət idarəçiliyinin möhkəmləndirilməsinə xidmət edərək, xalqımızın sarsılmaz iradəsini və dövlətimizin gücünü ifadə edən dəyərli bir simvol kimi tarixdə öz layiqli yerini tutacaq.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaxşı valideynlər pis uşaqlara səbəb olan SƏHVLƏR EDİRLƏR...

Yaxşı valideynlər pis uşaqlara səbəb olan SƏHVLƏR EDİRLƏR...

Vəkildən etibarnamə ilə bağlı XƏBƏRDARLIQ

Vəkildən etibarnamə ilə bağlı XƏBƏRDARLIQ

Şirvan-Salyan regionu üzrə ən yaxşı məktəblər - ADLAR

Şirvan-Salyan regionu üzrə ən yaxşı məktəblər - ADLAR

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

Bu BÜRCLƏRİN nəhayət maaşlarını artıracaqlar

Bu BÜRCLƏRİN nəhayət maaşlarını artıracaqlar

Ən çətin xasiyyətli BÜRCLƏR

Ən çətin xasiyyətli BÜRCLƏR

Netanyahu ABŞ-yə səsləndi: “Türkiyəyə F-35 verməyin!”

Netanyahu ABŞ-yə səsləndi: “Türkiyəyə F-35 verməyin!”

Makron Dəməşqə tünd eynəkdə endi - VİDEO

Makron Dəməşqə tünd eynəkdə endi - VİDEO

Kürdəmirdə BMW yoldan çıxaraq aşdı - FOTO

Kürdəmirdə BMW yoldan çıxaraq aşdı - FOTO

"İynə və dərmanlar arıqlamağa kömək etmədi"

"İynə və dərmanlar arıqlamağa kömək etmədi"

Paytaxtın bu küçələrində işıq olmayacaq

Paytaxtın bu küçələrində işıq olmayacaq

Daşkəsəndə DƏHŞƏT: 50 yaşlı kişi qonşu uşağı armaturla döydü - VİDEO

Daşkəsəndə DƏHŞƏT: 50 yaşlı kişi qonşu uşağı armaturla döydü - VİDEO

Heydər məscidində təmir işləri aparılacaq: Layihənin dəyəri açıqlandı

Heydər məscidində təmir işləri aparılacaq: Layihənin dəyəri açıqlandı

Seyfəddin Rəhimov vəfat etdi

Seyfəddin Rəhimov vəfat etdi

İran Xameneinin dəfn mərasiminə qatılanları qeyri-adi hədiyyələrlə TƏƏCCÜBLƏNDİRDİ

İran Xameneinin dəfn mərasiminə qatılanları qeyri-adi hədiyyələrlə TƏƏCCÜBLƏNDİRDİ

Gəncə Şəhər Birləşmiş Xəstəxanasını o idarə edəcək

Gəncə Şəhər Birləşmiş Xəstəxanasını o idarə edəcək

DÇ-2026: Portuqaliya və İspaniya qarşı-qarşıya - CANLI YAYIM

DÇ-2026: Portuqaliya və İspaniya qarşı-qarşıya - CANLI YAYIM

Liftə minən azyaşlıya qarşı zorakılıq edən şəxs saxlanıldı - VİDEO

Liftə minən azyaşlıya qarşı zorakılıq edən şəxs saxlanıldı - VİDEO

Güləşçilərimiz qızıl medal üçün döyüşəcək

Güləşçilərimiz qızıl medal üçün döyüşəcək

“Financial Times”: ABŞ Ukraynaya Rusiyanın neft obyektlərini vurmaqda kömək edir

“Financial Times”: ABŞ Ukraynaya Rusiyanın neft obyektlərini vurmaqda kömək edir

Ukrayna helikopteri qəzaya uğradı — Bütün heyət həlak oldu

Ukrayna helikopteri qəzaya uğradı — Bütün heyət həlak oldu

Sumqayıtda üç avtomobil toqquşdu: xəsarət alanlar var - FOTO

Sumqayıtda üç avtomobil toqquşdu: xəsarət alanlar var - FOTO

Xoşqədəm Hidayətqızı dəyişib belə oldu - FOTO

Xoşqədəm Hidayətqızı dəyişib belə oldu - FOTO

Baş redaktor Vüqar Məmmədov həbsdə qaldı: Vəsatət təmin olunmadı

Baş redaktor Vüqar Məmmədov həbsdə qaldı: Vəsatət təmin olunmadı

End of content

No more pages to load

RADİO