Bakı sakinlərini gözləyən təhlükə - Seçim dəyişdi, risk artdı

Sentyabrın 15-dən etibarən ölkədə yeni dərs ilinə start verilir. Bu isə xüsusilə Bakı və Abşeron yarımadasında ictimai nəqliyyatda sıxlığın artması və uzun tıxacların yaranması mənasına gəlir.

Metro və avtobuslarda müşahidə olunan intensivlik sərnişinlərin ünvana çatma müddətinə mənfi təsir göstərir. Həmçinin ictimai nəqliyyatda gün ərzindəki pik saatlarda müşahidə olunan sıxlıq insanların vəziyyətinin pisləşməsinə səbəb olur.

Tıxacların qarşısını almaq üçün hansı tədbirlər görülür? Sıxlıq zamanı halı pisləşən sərnişinlər üçün nə kimi imkanlar mövcuddur?  

Bizim.Media xəbər verir ki, Globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyevin sözlərinə görə, ilk dərs gününü indikator kimi qiymətləndirmək olar:
 

“Həmin gün bir çox valideynlər övladlarını məktəbə aparmaq üçün fərdi avtomobillərlə yola çıxırlar. Bu, son illərdə daha geniş yayılmış bir tendensiyadır və nəticədə sıxlıq daha da artır. Onsuz da böyük şəhərlərdə tıxaclar tez-tez müşahidə olunur.


Bunun qarşısını almaq üçün fərdi nəqliyyat vasitələrindən istifadə əvəzinə ictimai nəqliyyata üstünlük verilməlidir. Şəhərin mərkəzinə avtomobillə gəlmək yerinə, avtobus, metro, dəmir yolu kimi ictimai nəqliyyat vasitələrindən istifadə etmək tövsiyə olunur. Qısa məsafələrdə isə piyadaların hərəkəti təşviq edilməlidir”.

Ekspert bildirib ki, ictimai nəqliyyatda sıxlıq zamanı halı pisləşən sərnişinlər üçün ilkin tibbi yardım vacib məsələdir:

“Sürücülər mütəmadi olaraq təlimlərə cəlb edilir, lakin bu sahədə tədbirlərin genişləndirilməsi önəmlidir. İlkin tibbi yardımla bağlı maarifləndirici çarxların çəkilməsi və aidiyyəti qurumların fəaliyyətini intensivləşdirməsi zəruridir. Tıxacların qarşısının alınması üçün isə sistemli plan qurulmalıdır. Müşahidələr göstərir ki, daha çox fərdi nəqliyyat vasitələrinin istifadəsi uzunmüddətli tıxaclara səbəb olur. Bu səbəbdən alternativ nəqliyyat imkanlarına vaxt və resurs ayrılmalıdır”.

Ekspert əlavə edib ki, hazırda metronun genişləndirilməsi və təmiri ilə bağlı dövlət proqramı var:

“İşlərə bu ilin sonundan başlanacaq və 2026-cı ilə qədər davam edəcək. 2030-cu ilə qədər metronun təmiri və yeni xətlərin tikintisi tamamlanmalıdır.

Bundan başqa, şəhərətrafı elektrik qatarlarının da təkmilləşdirilməsi planlaşdırılır. Cari ilin sonuna qədər Dərnəgül dayanacağının istifadəyə verilməsi gözlənilir. Bu, xüsusilə Sumqayıt və Xırdalan istiqamətində yaşayanlar üçün böyük rahatlıq yaradacaq.

Əgər indiyədək səfərlər yalnız “28 May” stansiyası üzərindən mümkün idisə, artıq “Dərnəgül” stansiyası da bu rolu yerinə yetirəcək. Elektrik qatarlarında bu il üçün hədəf gündəlik 50 min sərnişin daşımaqdır. Növbəti 5 ildə qeyd olunan rəqəmin 250 minə çatdırılması planlaşdırılır.
 

Yeni istiqamətlər — Maştağa-Bağlar-Buzovna, Bakıxanov-Suraxanı, Binə-Qala və Bakıxanov-Suraxanı-Hövsan xəttlərinin istifadəyə verilməsi, eyni zamanda 20 yeni qatarın alınması da nəzərdə tutulur”.


R.Ağamirzəyevin sözlərinə görə, avqust-sentyabr aylarında 200 yeni avtobus xəttə buraxılacaq:

“Bu proses sistemli şəkildə davam etdiriləcək. 2025–2030-cu illərdə isə ümumilikdə avtobus parkının yenilənməsi nəzərdə tutulur. Köhnə avtobuslar istismardan çıxarılacaq və say 2200-dən 2800-ə çatdırılacaq. Yerli istehsal da dəstəklənir.

Avtobus zolaqlarının artırılması ictimai nəqliyyatın da cəlbediciliyini artırır və sərnişin sayında yüksəlmə müşahidə edilir. Bu sahədə şəbəkənin genişləndirilməsi və təkmilləşdirilməsi zəruridir.

Ən vacib elementlərdən biri isə piyada infrastrukturudur. Dövlət proqramında nəzərdə tutulan bu istiqamətdə işlər təxirə salınmadan icra olunmalıdır. Şəhərdə insanlar qısa məsafəni rahat şəkildə piyada qət edə bilməlidirlər. Piyadaların qarşısını kəsən baryerlər, böyük ölçülü köşklər və dar səki problemləri aradan qaldırılmalıdır. Köşklərin və səki ölçülərinin düzgün tənzimlənməsi hərəkətə mane olmamalıdır”.

Ekspert avtomobillərin piyada keçidlərinin üzərində park edilməsinin ciddi problem yaratdığını vurğulayıb:

“Belə hallara qarşı sərt tədbirlər görülməli, ictimai rəy də bu məsələdə dəstəkləyici olmalıdır. Bütün bu sadalanan tədbirlər həyata keçirilərsə, şəhərdaxili nəqliyyatda sıxlığın azaldılmasına əhəmiyyətli töhfə verilmiş olar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaxşı valideynlər pis uşaqlara səbəb olan SƏHVLƏR EDİRLƏR...

Yaxşı valideynlər pis uşaqlara səbəb olan SƏHVLƏR EDİRLƏR...

Vəkildən etibarnamə ilə bağlı XƏBƏRDARLIQ

Vəkildən etibarnamə ilə bağlı XƏBƏRDARLIQ

Şirvan-Salyan regionu üzrə ən yaxşı məktəblər - ADLAR

Şirvan-Salyan regionu üzrə ən yaxşı məktəblər - ADLAR

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

Bu BÜRCLƏRİN nəhayət maaşlarını artıracaqlar

Bu BÜRCLƏRİN nəhayət maaşlarını artıracaqlar

Ən çətin xasiyyətli BÜRCLƏR

Ən çətin xasiyyətli BÜRCLƏR

Netanyahu ABŞ-yə səsləndi: “Türkiyəyə F-35 verməyin!”

Netanyahu ABŞ-yə səsləndi: “Türkiyəyə F-35 verməyin!”

Makron Dəməşqə tünd eynəkdə endi - VİDEO

Makron Dəməşqə tünd eynəkdə endi - VİDEO

Kürdəmirdə BMW yoldan çıxaraq aşdı - FOTO

Kürdəmirdə BMW yoldan çıxaraq aşdı - FOTO

"İynə və dərmanlar arıqlamağa kömək etmədi"

"İynə və dərmanlar arıqlamağa kömək etmədi"

Paytaxtın bu küçələrində işıq olmayacaq

Paytaxtın bu küçələrində işıq olmayacaq

Daşkəsəndə DƏHŞƏT: 50 yaşlı kişi qonşu uşağı armaturla döydü - VİDEO

Daşkəsəndə DƏHŞƏT: 50 yaşlı kişi qonşu uşağı armaturla döydü - VİDEO

Heydər məscidində təmir işləri aparılacaq: Layihənin dəyəri açıqlandı

Heydər məscidində təmir işləri aparılacaq: Layihənin dəyəri açıqlandı

Seyfəddin Rəhimov vəfat etdi

Seyfəddin Rəhimov vəfat etdi

İran Xameneinin dəfn mərasiminə qatılanları qeyri-adi hədiyyələrlə TƏƏCCÜBLƏNDİRDİ

İran Xameneinin dəfn mərasiminə qatılanları qeyri-adi hədiyyələrlə TƏƏCCÜBLƏNDİRDİ

Gəncə Şəhər Birləşmiş Xəstəxanasını o idarə edəcək

Gəncə Şəhər Birləşmiş Xəstəxanasını o idarə edəcək

DÇ-2026: Portuqaliya və İspaniya qarşı-qarşıya - CANLI YAYIM

DÇ-2026: Portuqaliya və İspaniya qarşı-qarşıya - CANLI YAYIM

Liftə minən azyaşlıya qarşı zorakılıq edən şəxs saxlanıldı - VİDEO

Liftə minən azyaşlıya qarşı zorakılıq edən şəxs saxlanıldı - VİDEO

Güləşçilərimiz qızıl medal üçün döyüşəcək

Güləşçilərimiz qızıl medal üçün döyüşəcək

“Financial Times”: ABŞ Ukraynaya Rusiyanın neft obyektlərini vurmaqda kömək edir

“Financial Times”: ABŞ Ukraynaya Rusiyanın neft obyektlərini vurmaqda kömək edir

Ukrayna helikopteri qəzaya uğradı — Bütün heyət həlak oldu

Ukrayna helikopteri qəzaya uğradı — Bütün heyət həlak oldu

Sumqayıtda üç avtomobil toqquşdu: xəsarət alanlar var - FOTO

Sumqayıtda üç avtomobil toqquşdu: xəsarət alanlar var - FOTO

Xoşqədəm Hidayətqızı dəyişib belə oldu - FOTO

Xoşqədəm Hidayətqızı dəyişib belə oldu - FOTO

Baş redaktor Vüqar Məmmədov həbsdə qaldı: Vəsatət təmin olunmadı

Baş redaktor Vüqar Məmmədov həbsdə qaldı: Vəsatət təmin olunmadı

End of content

No more pages to load

RADİO