Ağdama qayıdan qatarın fiti: Zəfərin səsi - Elgün Gəncimsoy YAZIR…

Ağdam… Son otuz il boyunca adı həsrətin, dağıntının, sükutun ağrının sinoniminə çevrilmiş bu şəhər Qarabağ müharibəsinin ən ağır yükünü çiyinlərində daşıdı.

Ermənilərin Qarabağda başlatdığı müharibənin bütün çətinliklərinə rəğmən, 1993-cü ilin iyul ayınadək Bakı-Xankəndi dəmir yolu ilə qatarlar Ağdama qədər gəlirdi və buradan əks istiqamətdə hərəkət edirdi. Şəhərin işğalına qədər dəmir yolunda hərəkət dayanmadı.

Bakıdan Ağdama qədər gələn qatarlar sərnişin də daşıdı, düşmənə qarşı vuruşanlara silah və ağır döyüş texnikası da. Döyüşdə yaralalanan hərbçilərin müalicəsi üçün bəzən səyyar hospitalı da əvəz etdi bu vaqonlar. Ağır yaralanan döyüşçülərlə yanaşı, Xocalı soyqırımından sağ çıxan yüzlərlə insanın da pənah yerinə çevrilmişdi həmin bu qatarlar.

Aradan 32 il keçib. Ağdamın qəlbinin ritmini özünə qaytaran o səslər yenidən eşidildi. Yenidən qurulmaqda olan şəhərin təzə vağzalına sürət qatarı daxil oldu. Şəhərə çatar-çatmaz eşidilən qatar fiti ətrafa yayılan səsi ilə sanki uzun illər susmuş bir ürəyin “buradayam, yaşayıram” hayqırtısını canlandırırdı.

Həmin an gözlərimin qeyri-ixtiyari yaşla dolduğunu həmkarlarım üzümə baxanda hiss etdim. Vağzala toplaşanlar arasında rəsmi şəxslər, qəlbi doğma yurd həsrəti ilə alışan ailələr, ömrünü müharibənin bəxş etdiyi ağrılarla yaşamış insanları gördüm. Hər kəsin üzündə həm həsrətin izi, həm də sevinci oxunurdu.

Qatar dayandı. İlk düşənlərdən biri Ağdamla nəfəs alan, bu şəhərin dərdi ilə, sevinci ilə yaşayan yazıçı, millət vəkili Aqil Abbas idi. Onun ardınca Milli Qəhrəman Asif Məhərrəmovun oğlu, dünya çempionu Azər Məhərrəmov platformaya endi. Sonra 44 günlük Vətən müharibəsində Şuşaya bayraq sancan qəhrəman Yaşar Hüseynov göründü. Ağdamın müdafiəsində göstərdiyi şücaətlərlə əfsanəyə çevrilmiş Şəhid Milli Qəhrəman Şirin Mirzəyevin ömür-gün yoldaşı Flora xanımın xatirəsi dinləyənləri kövrəltdi. Bir vaxtlar, Ağdamda mədəni mühitin inkişafına ömrünü sərf etmiş Çimnaz xanım və gənc olmasına rəğmən, rayon ictimaiyyətinin sevimlisinə çevrilmiş  Xəyyam Hüseynov da Ağdama gələn qatarın yolunu gözləyənlər arasında idi.

Gələnlərlə qarşılayanlar arasındakı hər salamlaşma sanki bir ömür kitabının ən qəribə səhifəsi idi. Hər şey vardı bu qucaqlaşmalarda: İllərin həsrəti, ağrı-acılar, qürur, Ağdam həsrəti ilə dünyasını dəyişənlərlə bağlı xatirələr, sevinc, ümid, hər şey vardı. Sanki duyğular da göz yaşları kimi bir-birinə qarışmışdı. Lakin bu göz yaşları acıdan doğmurdu. Onlar zəfərin, qürurun, sevincin süzüntüləri idi.


Sərnişinləri ilk salamlayan Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov oldu. Bir qədər sonra səsgücləndiricidən sanki yeni həyatın başlanğıcını müjdələyən səs yayıldı: “Vağzaldan Xıdırlıya, Kəngərliyə, Sarıcalıya gedən avtobuslara minik davam edir”. Bu kəndlər Ağdamın azadlıqdan sonrakı ilk nəfəs alan torpaqlarıdır.

Bütün bu mənzərənin fonunda parlaq geyimli qatar bələdçisi olan qızlar və dəmiryolçular kənardan sevinclə baxırdılar. Onların gülüşü, işıqlı çöhrəsi elə bil yeni həyatın rəmzi idi.

Vağzalın eyvanından şəhərə baxanda ilk gözə çarpan isə sanki iki dünyanın üz-üzə dayanması idi: bir tərəfdə müharibənin izləri – xarabalıqlar, dağıdılmış evlər, digər tərəfdə isə Azərbaycanın dövlət quruculuğu ilə yüksələn yeni binalar, təzələnən və canlanan doğma şəhərimiz.

Bu gün Ağdama gələn qatar təkcə relslərin üzərində hərəkət etmədi. O, illərin həsrətini, şəhidlərin xatirəsini, insanların dualarını da özü ilə gətirdi. Hər siqnal səsi bir vəd idi: “Ağdam bir daha susmayacaq, Ağdam yaşayacaq və dirçələcək!”

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

24 yaşlı gənc su anbarında çimərkən BOĞULDU

24 yaşlı gənc su anbarında çimərkən BOĞULDU

Avqustda neçə gün İŞ OLMAYACAQ?

Avqustda neçə gün İŞ OLMAYACAQ?

15 yaşlı qız itkin düşdü - FOTO

15 yaşlı qız itkin düşdü - FOTO

Ən yaxşı məktəblər AÇIQLANDI

Ən yaxşı məktəblər AÇIQLANDI

Lionel Messi antirekorda imza atdı

Lionel Messi antirekorda imza atdı

Özbəkistan ölkəmizdə avtomobil istehsalına BAŞLAYIR

Özbəkistan ölkəmizdə avtomobil istehsalına BAŞLAYIR

Emil Bədəlov xeyli çəki itirdi - Tanımaq olmur - VİDEO

Emil Bədəlov xeyli çəki itirdi - Tanımaq olmur - VİDEO

Şağanda quru otluq sahə YANIR

Şağanda quru otluq sahə YANIR

Gəncədə həkimlə mübahisə edən şəxs poliklinikanı yandırmağa çalışdı - VİDEO

Gəncədə həkimlə mübahisə edən şəxs poliklinikanı yandırmağa çalışdı - VİDEO

Əli Nağıyev DTX Akademiyasının məzunlarını təbrik etdi – FOTO/VİDEO

Əli Nağıyev DTX Akademiyasının məzunlarını təbrik etdi – FOTO/VİDEO

Sumqayıtda "Mercedes", "Toyota" və "Opel" toqquşdu - FOTO

Sumqayıtda "Mercedes", "Toyota" və "Opel" toqquşdu - FOTO

“Şamaxinka” tunelinin çıxışında avtomobil YANDI - FOTO/VİDEO

“Şamaxinka” tunelinin çıxışında avtomobil YANDI - FOTO/VİDEO

Dilan Yeşilgöz 42 il sonra Ankaraya nazir kimi qayıtdı - FOTO

Dilan Yeşilgöz 42 il sonra Ankaraya nazir kimi qayıtdı - FOTO

BDU-da uşaqların sosial mediada təhlükəsizliyi ilə bağlı yeni qaydalar və yeni dərslik müzakirə olundu - FOTO

BDU-da uşaqların sosial mediada təhlükəsizliyi ilə bağlı yeni qaydalar və yeni dərslik müzakirə olundu - FOTO

Sabah bu ərazilərdə qaz kəsiləcək

Sabah bu ərazilərdə qaz kəsiləcək

Qaqik Tsarukyan iki ay müddətinə HƏBS EDİLDİ

Qaqik Tsarukyan iki ay müddətinə HƏBS EDİLDİ

Tramp: “Ərdoğan İranın nüvə silahına sahib olmasını istəmir” - VİDEO

Tramp: “Ərdoğan İranın nüvə silahına sahib olmasını istəmir” - VİDEO

Fuad Nəbiyev yeni vəzifəyə TƏYİN OLUNDU

Fuad Nəbiyev yeni vəzifəyə TƏYİN OLUNDU

Güclü yağışın FƏSADLARI - Xaçmazda gilas ağaclarda çürüdü – VİDEO

Güclü yağışın FƏSADLARI - Xaçmazda gilas ağaclarda çürüdü – VİDEO

“Həmin gün bilmişəm ki, belə qonşumuz var” – VİDEO

“Həmin gün bilmişəm ki, belə qonşumuz var” – VİDEO

Bakıda erməni separatçıların vəsatəti RƏDD EDİLDİ - FOTO

Bakıda erməni separatçıların vəsatəti RƏDD EDİLDİ - FOTO

Sabirabadda kişinin güllələnmiş meyiti tapıldı

Sabirabadda kişinin güllələnmiş meyiti tapıldı

Ağdamda minik və yük maşınları toqquşdu - FOTO

Ağdamda minik və yük maşınları toqquşdu - FOTO

Ərdoğan və Trampın nümayəndə heyətləri arasında görüş keçirildi

Ərdoğan və Trampın nümayəndə heyətləri arasında görüş keçirildi

End of content

No more pages to load

RADİO