Hansı universitetlərdə əlavə təqaüdlər verilir? - SİYAHI

Ötən həftə ali təhsil müəssisələrinin qəbulun nəticələri açıqlanıb, müsabiqədə 88756 nəfər iştirak edib. Onlardan 57236 nəfəri (o cümlədən 6461 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27956 (o cümlədən 1728 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 29280 (o cümlədən 4733 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Qeyd edək ki, tələbə adını qazananlar artıq universitetlərə qeydiyyata düşməyə başlayıblar. Ödənişsiz əsaslarla qəbul olanlara ilk semestr müəyyən təqaüdlər veriləcək.

Bundan başqa təhsilin keyfiyyətinin yüksəldilməsi və istedadlı gənclərin dəstəklənməsinə kömək etmək üçün Azərbaycanın ali təhsil müəssisələrində daxili təqaüd proqramları da mövcuddur.

Bizim.Media xəbər verir ki, modern.az növbəti tədris ilində tələbələr üçün daxili təqaüd nəzərdə tutan universitetləri öyrənmək üçün onlar arasında sorğu keçirib.

Bakı Dövlət Universitetinə (BDU) 2025/2026-cı tədris ilində bakalavriat səviyyəsi üzrə qəbul olunan və müxtəlif ixtisaslar üzrə 550-dən çox bal toplayan abituriyentlər arasından ən yüksək nəticə göstərmiş tələbələrə tədris ilinin sonunadək hər ay 200 manat məbləğində “Birincilik” adlı məqsədli təqaüd veriləcək.
 

Bundan əlavə, “Konstitusiya və Suverenlik İli” çərçivəsində BDU tələbələri üçün İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) xüsusi təqaüdü təsis edilib. “Konstitusiya və Suverenlik İli” çərçivəsində cari tədris ilində yüksək akademik göstəricilərlə fərqlənmiş “Hüquqşünaslıq” və “Beynəlxalq münasibətlər” ixtisasları üzrə təhsil alan iki tələbəyə (hər ixtisas üzrə bir nəfər olmaqla) Ombudsman tərəfindən xüsusi təqaüdün ayrılması nəzərdə tutulur.


Azərbaycan Dövlət İqtisad Universiteti 2018-ci ildən 600 və daha çox bal toplayaraq bu universitetə qəbul olan tələbələrə bir semestr ərzində 100 manat xüsusi təqaüd verilir.

Bu təqaüd UNEC-i seçən respublika və beynəlxalq fənn olimpiadalarının qaliblərinə də şamil olunur. Həmçinin UNEC tələbələrinə TOP 15 əlaçı təqaüdü də verilir. Bu təqaüd semestrdə hər kurs üzrə ən yüksək bal toplayan 15 tələbəyə verilir. Ümumilikdə hər semestr 60 tələbə UNEC-in Əlaçı təqaüdünü - 175 manat təqaüd qazana bilir.

Bakı Slavyan Universiteti 2025/2026-cı tədris ili üzrə Regionlardan qəbul olan qızlar üçün təqaüd proqramını təsdiq edib. Daxili təqaüd proqramı aylıq 200 AZN olmaqla, həmin bölgələrdən müəllimlik ixtisasına qəbul olan və 450 baldan yuxarı toplayan 5 qız tələbə üçün nəzərdə tutulub. Eyni zamanda İbtidai sinif müəllimliyi və xarici dil müəllimliyi ixtisaslarına qəbul olan oğlan tələbələr üçün təqaüd veriləcək. Təqaüd ayda 200 AZN olmaqla, universitetimizə qeyd olunan ixtisalara qəbul olan və 450 baldan yuxarı bal toplayan oğlan tələbələr üçün nəzərdə tutulub.

Azərbaycan Dövlət Pedoqoji Universitetində 14 daxili təqaüd mövcuddur. Bunlardan birincisi Heydər Əliyev adına təqaüddür. Bu da universitet üzrə semestri ən yaxşı nəticələrlə başa vuran şəxsə növbəti semestr ərzində verilir və 250 manat məbləğindədir. Universitetə ən yüksək bal ilə qəbul olunan tələbəyə növbəti 1 il ərzində Firudin Bəy Köçərli adına təqaüd verilir ki, onun da məbləği 125 manatdır. Bundan əlavə ixtisas və fakültələr üzrə 12 adlı təqaüd təsis edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Süni intellektin yaratdığı aktrisa "böyük ekran"a çıxır - Hollivudda NARAZILIQ

Süni intellektin yaratdığı aktrisa "böyük ekran"a çıxır - Hollivudda NARAZILIQ

Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT – Azərbaycanla əməkdaşlıq böyük güclərin DİQQƏT MƏRKƏZİNDƏ

Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT – Azərbaycanla əməkdaşlıq böyük güclərin DİQQƏT MƏRKƏZİNDƏ

Rusiyalı gənc polis forması geyinib növbəsiz yanacaq doldurdu - VİDEO

Rusiyalı gənc polis forması geyinib növbəsiz yanacaq doldurdu - VİDEO

Vilayət Eyvazov Lerikdə qəbul, Lənkəranda sıra baxışı keçirdi - FOTO/VİDEO

Vilayət Eyvazov Lerikdə qəbul, Lənkəranda sıra baxışı keçirdi - FOTO/VİDEO

Murad Əhmədov rüşvət ittihamı ilə HƏBS EDİLDİ

Murad Əhmədov rüşvət ittihamı ilə HƏBS EDİLDİ

Moskvada qeyri-adi mənzərə: Şəhər küçələrində atlar görüntüləndi

Moskvada qeyri-adi mənzərə: Şəhər küçələrində atlar görüntüləndi

"Müharibə Ukraynanın da Rusiyaya ciddi zərbələr endirə bildiyi mərhələyə keçib"

"Müharibə Ukraynanın da Rusiyaya ciddi zərbələr endirə bildiyi mərhələyə keçib"

Generala yüksək vəzifə verildi - TƏYİNAT

Generala yüksək vəzifə verildi - TƏYİNAT

İranlı hakerlərdən İsrailin dövlət qurumlarına KİBERHÜCUM

İranlı hakerlərdən İsrailin dövlət qurumlarına KİBERHÜCUM

Numan Kurtulmuş: "Arzu edirəm ki, Türkiyə, Azərbaycan və Ermənistan vahid bir mərkəz formalaşdırsın"

Numan Kurtulmuş: "Arzu edirəm ki, Türkiyə, Azərbaycan və Ermənistan vahid bir mərkəz formalaşdırsın"

ABŞ silahları Avropada istehsal edilcək - NATO-nun baş katibi

ABŞ silahları Avropada istehsal edilcək - NATO-nun baş katibi

Kiyevdə xilasetmə əməliyyatı başa çatdı – 19 ölü, 61 yaralı var – FOTO

Kiyevdə xilasetmə əməliyyatı başa çatdı – 19 ölü, 61 yaralı var – FOTO

Lavrov Avropanın Ukraynaya silah yardımı HAQDA: "Öz işlərini Kiyevin əli ilə görürlər" – VİDEO

Lavrov Avropanın Ukraynaya silah yardımı HAQDA: "Öz işlərini Kiyevin əli ilə görürlər" – VİDEO

Trampın təyyarəsi Ankarada – VİDEO

Trampın təyyarəsi Ankarada – VİDEO

Almaniyada "yumurta böhranı": Marketlər satışa limit qoydu

Almaniyada "yumurta böhranı": Marketlər satışa limit qoydu

“Media Masası”nın ikinci verilişi hazırlanır – VİDEO

“Media Masası”nın ikinci verilişi hazırlanır – VİDEO

Valideynlərin DİQQƏTİNƏ - Məktəbli formaları bahalaşa bilər – BTE-dən AÇIQLAMA

Valideynlərin DİQQƏTİNƏ - Məktəbli formaları bahalaşa bilər – BTE-dən AÇIQLAMA

Zakir Həsənov Aqil Qurbanova medal təqdim etdi - Fotolar

Zakir Həsənov Aqil Qurbanova medal təqdim etdi - Fotolar

BTQ Kanakidəki seçkilərə həsr olunan görüş təşkil etdi – FOTO

BTQ Kanakidəki seçkilərə həsr olunan görüş təşkil etdi – FOTO

Tokayevin prezidentlik müddəti yenidən HESABLANACAQ

Tokayevin prezidentlik müddəti yenidən HESABLANACAQ

Ali Radanın deputatı: "Putin zəifləyib, Ukrayna təzyiqi artırmalıdır"

Ali Radanın deputatı: "Putin zəifləyib, Ukrayna təzyiqi artırmalıdır"

İki gəncin ölümünə səbəb olan sürücü sərxoş imiş... – VİDEO

İki gəncin ölümünə səbəb olan sürücü sərxoş imiş... – VİDEO

Beyni gəncləşdirən vasitələr

Beyni gəncləşdirən vasitələr

Zelenski NATO Sammitində iştirak etmək üçün Ankaraya gəldi - VİDEO

Zelenski NATO Sammitində iştirak etmək üçün Ankaraya gəldi - VİDEO

End of content

No more pages to load

RADİO