Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır

Kapital Bank Korporativ Sosial Məsuliyyət (KSM) strategiyası çərçivəsində yaşlı nəslin həyat keyfiyyətinin yüksəldilməsi, təqaüd dövrünün maraqlı və fəal keçməsi məqsədilə “Üçüncü Bahar” İctimai Birliyinin “YAŞA” Mərkəzlərinə dəstək göstərməyə davam edir.

Bankın dəstəyi ilə mərkəzdə təqaüdçülərin maliyyə savadlılığının artırılması istiqamətində müxtəlif layihələr həyata keçirilir.

Əməkdaşlıq çərçivəsində cari ilin iyul ayı ərzində Bakı, Mingəçevir və Şamaxı şəhərlərində yaşayan təqaüdçülər üçün bir sıra təlimlər və məşğələlər təşkil olunub. Bank əməkdaşlarının mentorluğu ilə keçirilən təlimlərdə 200-dən çox təqaüdçüyə maliyyə, hüquq və informasiya təhlükəsizliyi mövzularında vacib bacarıqlar öyrədilib.

Qeyd edək ki, 2016-cı ildən etibarən “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihədə ötən dövr ərzində 45 000 nəfərdən çox təqaüdçü müxtəlif təlimlərə cəlb olunub. Yaşlı nəslin cəmiyyətə daha fəal inteqrasiyasını təmin etmək məqsədi daşıyan layihə təqaüdçülərin yeni bacarıqlar əldə etmələrini, asudə vaxtlarını səmərəli keçirmələrini və sosial fəaliyyətlərdə iştirak etmələrini təmin edən vacib platformadır.

Mərkəzlərdə keçirilən yaradıcılıq fəaliyyətləri, maliyyə savadlılığı, kompüter və dil kursları, sağlam həyat tərzi təlimləri, idman və yoqa məşğələləri, eyni zamanda sosial sahibkarlıq sahəsindəki təlimlər yaşlı nəslin cəmiyyətə inteqrasiya edilməsində vacib əhəmiyyət daşıyır.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – //kbl.az/prcrc.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

Şağanda quru otluq sahədəki yanğın SÖNDÜRÜLDÜ

Şağanda quru otluq sahədəki yanğın SÖNDÜRÜLDÜ

İldırım heyvanları vurdu, sel ev quşlarını apardı - FOTO/VİDEO

İldırım heyvanları vurdu, sel ev quşlarını apardı - FOTO/VİDEO

DÇ-2026: Argentina geridönüşlə ¼ finalda - VİDEO

DÇ-2026: Argentina geridönüşlə ¼ finalda - VİDEO

Nyu-Yorkda 38 mərtəbəli bina əyildi – İnsanlar təxliyə edilir

Nyu-Yorkda 38 mərtəbəli bina əyildi – İnsanlar təxliyə edilir

Peskov: “Rusiyanın əsas səsi Putindir”

Peskov: “Rusiyanın əsas səsi Putindir”

24 yaşlı gənc su anbarında çimərkən BOĞULDU

24 yaşlı gənc su anbarında çimərkən BOĞULDU

Avqustda neçə gün İŞ OLMAYACAQ?

Avqustda neçə gün İŞ OLMAYACAQ?

15 yaşlı qız itkin düşdü - FOTO

15 yaşlı qız itkin düşdü - FOTO

Ən yaxşı məktəblər AÇIQLANDI

Ən yaxşı məktəblər AÇIQLANDI

Lionel Messi antirekorda imza atdı

Lionel Messi antirekorda imza atdı

Özbəkistan ölkəmizdə avtomobil istehsalına BAŞLAYIR

Özbəkistan ölkəmizdə avtomobil istehsalına BAŞLAYIR

Emil Bədəlov xeyli çəki itirdi - Tanımaq olmur - VİDEO

Emil Bədəlov xeyli çəki itirdi - Tanımaq olmur - VİDEO

Şağanda quru otluq sahə YANIR

Şağanda quru otluq sahə YANIR

Gəncədə həkimlə mübahisə edən şəxs poliklinikanı yandırmağa çalışdı - VİDEO

Gəncədə həkimlə mübahisə edən şəxs poliklinikanı yandırmağa çalışdı - VİDEO

Əli Nağıyev DTX Akademiyasının məzunlarını təbrik etdi – FOTO/VİDEO

Əli Nağıyev DTX Akademiyasının məzunlarını təbrik etdi – FOTO/VİDEO

Sumqayıtda "Mercedes", "Toyota" və "Opel" toqquşdu - FOTO

Sumqayıtda "Mercedes", "Toyota" və "Opel" toqquşdu - FOTO

“Şamaxinka” tunelinin çıxışında avtomobil YANDI - FOTO/VİDEO

“Şamaxinka” tunelinin çıxışında avtomobil YANDI - FOTO/VİDEO

Dilan Yeşilgöz 42 il sonra Ankaraya nazir kimi qayıtdı - FOTO

Dilan Yeşilgöz 42 il sonra Ankaraya nazir kimi qayıtdı - FOTO

End of content

No more pages to load

RADİO