Bakıda moped və motosiklet sürücülərinin törətdiyi dəhşətli qəzalar – ANBAAN VİDEO

BDYPİ moped və motosiklet sürücülərinin ən çox yol verdiyi qayda pozuntularını açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, moped və motosikletlərin idarə olunmasında yol hərəkəti qaydalarına əməl edilməməsi yollarda ciddi təhlükə mənbəyinə çevrilir:
 

"Bu nəqliyyat vasitələrinin texniki xüsusiyyətləri onların təhlükəsizliyini digər nəqliyyat vasitələrinə nisbətən daha aşağı edir. Belə ki, avtomobillərdə mövcud olan təhlükəsizlik kəməri, hava yastığı və digər qoruyucu sistemlər moped və motosikletlərdə nəzərdə tutulmayıb. İki təkər üzərində hərəkət etmələri isə balansın itirilməsi ehtimalını daha da artırır.


Kiçik sürüşmə, qəfil əyləcləmə, yol səthinin qumlu və ya nəm olması, hətta digər nəqliyyat vasitələrinin yaratdığı hava axını belə, moped və motosikletlərin idarəetmədən çıxmasına səbəb ola bilər. Bu hallarda sürücü və sərnişin birbaşa yola və ya digər maneələrə çırpıldığından, ağır bədən xəsarətləri və ölüm riski qat-qat yüksəlir. Təcrübə göstərir ki, belə qəzalarda nəticələr çox vaxt faciəvi olur".

Məlumatda qeyd edilib ki, aparılan müşahidələr nəticəsində müəyyən edilib ki, ölkəmizdə moped və motosiklet sürücüləri tərəfindən daha çox aşağıdakı qayda pozuntularına yol verilir:

"-qoruyucu dəbilqədən istifadə etməmək;

-həddindən artıq sürət və təhlükəli manevrlər etmək;

-digər nəqliyyat vasitələrinin “kor zona”sında qalmaq;

-səkilərdə və piyada keçidlərində hərəkət etməklə piyadalara təhlükə yaratmaq;

-işıqforun qırmızı işığında hərəkət etmək;

-dövlət qeydiyyat nişanı olmadan və ya saxta nişanla idarəetmə;

-səsboğucuda dəyişiklik etməklə gurultu yaratmaq;

-qanunla müəyyən edilmiş saydan artıq sərnişin daşımaq;

-müvafiq sürücülük hüququ olmadan və ya tələb olunan kateqoriyasız idarəetmə.

Baş Dövlət Yol Polisi İdarəsi bütün motosiklet və moped sürücülərini bir daha qanunvericiliyin tələblərinə ciddi əməl etməyə, qoruyucu vasitələrdən mütləq istifadə etməyə və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə hörmətlə yanaşmağa çağırır".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

“Fənərbağça”dan 45 milyonluq transfer

“Fənərbağça”dan 45 milyonluq transfer

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

Şağanda quru otluq sahədəki yanğın SÖNDÜRÜLDÜ

Şağanda quru otluq sahədəki yanğın SÖNDÜRÜLDÜ

İldırım heyvanları vurdu, sel ev quşlarını apardı - FOTO/VİDEO

İldırım heyvanları vurdu, sel ev quşlarını apardı - FOTO/VİDEO

DÇ-2026: Argentina geridönüşlə ¼ finalda - VİDEO

DÇ-2026: Argentina geridönüşlə ¼ finalda - VİDEO

Nyu-Yorkda 38 mərtəbəli bina əyildi – İnsanlar təxliyə edilir

Nyu-Yorkda 38 mərtəbəli bina əyildi – İnsanlar təxliyə edilir

Peskov: “Rusiyanın əsas səsi Putindir”

Peskov: “Rusiyanın əsas səsi Putindir”

24 yaşlı gənc su anbarında çimərkən BOĞULDU

24 yaşlı gənc su anbarında çimərkən BOĞULDU

Avqustda neçə gün İŞ OLMAYACAQ?

Avqustda neçə gün İŞ OLMAYACAQ?

15 yaşlı qız itkin düşdü - FOTO

15 yaşlı qız itkin düşdü - FOTO

Ən yaxşı məktəblər AÇIQLANDI

Ən yaxşı məktəblər AÇIQLANDI

Lionel Messi antirekorda imza atdı

Lionel Messi antirekorda imza atdı

Özbəkistan ölkəmizdə avtomobil istehsalına BAŞLAYIR

Özbəkistan ölkəmizdə avtomobil istehsalına BAŞLAYIR

End of content

No more pages to load

RADİO