Yeni stansiyalar, müasir qatarlar, rəqəmsal idarəetmə... – Bakı Metropoliteninin İNKİŞAF PERSPEKTİVLƏRİ

Son illər Bakı Metropoliteni yeni inkişaf mərhələsinə qədəm qoyub. Yeni nəsil havalandırma sistemli qatarların alınması, hərəkət intervalının azaldılması, rəqəmsal idarəetmə sisteminə keçid, optimallaşdırılmış hərəkət cədvəlləri, daha yaxşı yönləndirici tabloların quraşdırılması sərnişinlərin rahatlığını artırmaq məqsədi daşıyır.

Bununla yanaşı, təmizlik və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində də ciddi addımlar atılır.

Azalan interval

Belə ki, bu ilin may ayında qatarların sayı 30-dan 32-yə yüksəldilərək, yeni, daha sıx hərəkət cədvəli tətbiq edilib. Bu dəyişiklik nəticəsində pik saatlarda qatarlararası interval 1 dəqiqə 52 saniyəyə qədər azaldılıb.

Gündəlik səhər və axşam pik saatlarda stansiyalardan əlavə qatarların keçməsi sayəsində 19 min əlavə sərnişin daşınması imkanı yaranıb. Bu isə illik hesabla təxminən 5 milyon sərnişin artımı deməkdir. Hazırda pik saatlarda platformalarda sıxlıq nisbətən azalıb.

Sərnişin məmnunluğunu artırmaq üçün görülən tədbirlər

Sərnişinlərinin rahatlığını təmin etmək məqsədilə yeni nәsil qatarlarda әlil arabaları, iri yüklәr vә uşaq arabaları üçün çoxfunksiyalı zonalar, videomüşahidә, interaktiv sәrnişin mәlumatlandırma sistemlәri, mobil cihazlar üçün USB portlar mövcuddur. Әvvәlki nәsil qatarlarla müqayisәdә vaqondan-vaqona birbaşa keçidlәr sәrnişinlәrin qatar boyunca hәrәkәtini tәmin edir.

Bundan başqa, qatarların hərəkətinin təşkilində istifadə edilən köhnə, kağız qrafikdən yeni rəqəmsal proqram təminatına keçilib. İşarəvermə və idarəetmə sistemləri təkmilləşdirilib, stansiyalara giriş-çıxış və dayanma rejimləri optimallaşdırılıb. Maşinist heyətinə təlimlər keçirilib, stansiyalarda əlavə nəzarət tədbirləri görülüb.

Yeni stansiyaların inşası

Prezident İlham Əliyev 2024-cü il, oktyabrın 31-də Bakı Metropolitenin yeni nəsil metro qatarları ilə tanış olarkən perspektiv inkişaf planı ilə tanış olmuşdu. Metropolitenin inkişaf prioritetlərinə “Bənövşəyi xətt”in Babək prospektinə kimi uzadılması, Sahil stansiyasında “Bənövşəyi xətt”ə keçidin yaradılması, Xətai-Həzi Aslanov xəttinin tikintisi daxildir. Bununla da metropoliten xidmətindən 120 milyon əlavə sərnişin istifadə edə biləcək.
 

Ötən il Bakıda keçirilmiş COP29 çərçivəsində isə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Avropa İnvestisiya Bankı arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, tərəflər Bakı Metropoliteni şəbəkəsinin yenilənməsi, genişləndirilməsi və modernləşdirilməsi layihəsinin hazırlanması, tam qiymətləndirilməsi məqsədilə əməkdaşlıq edəcəklər.


Anlaşma Memorandumunun icrası paytaxtda mobilliyin inkişafı istiqamətində mühüm addım olacaq, eyni zamanda iqlim dəyişikliyi ilə mübarizə və çirklənmənin qarşısının alınması istiqamətində səyləri gücləndirəcək. Həmin layihədə metronun əlçatanlığının və xidmət keyfiyyətinin artırılması üçün 10 yeni stansiyanın inşası, eləcə də mövcud infrastrukturun təkmilləşdirilməsi nəzərdə tutulur.

Metroya ayrılan subsidiyalar

Heç kimə sirr deyil ki, “Bakı Metropoliteni”nə dövlət tərəfindən subsidiyalar ayrılır. Təkcə bu ilin ilk üç ayında metroda sərnişindaşıma xidməti tarifinin maya dəyərindən aşağı olması nəticəsində yaranmış zərərin örtülməsi üçün bu ilin dövlət büdcəsindən 27,7 milyon manat subsidiya ayrılıb.
 

Metroya dövlət dəstəyinin göstərilməsi isə mühüm əhəmiyyətə malikdir. Çünki subsidiyaların ayrılması metronun xərclərinin daha optimal qarşılanması ilə yanaşı, yeni layihələrin reallaşdırılması üçün də imkanları genişləndirir. Üstəlik, bu subsidiyalar gedişhaqqının sabit saxlanılmasına xidmət etməklə əhalinin gündəlik nəqliyyat xərclərinin artmasının da qarşısını alır.


Ümumilikdə isə, bütün bu yeniliklər günü-gündən əhalisi çoxalan, bununla da yerüstü nəqliyyatda tıxac problemi artan paytaxtımızda metronu yalnız ən sərfəli deyil, həm də ən təhlükəsiz və rahat sərnişindaşınma vasitəsinə çevirir. Bakı Metropoliteninin gələcək inkişaf planları isə şəhər və ətraf qəsəbələrin sakinlərinin gündəlik həyatını daha da asanlaşdıracaq.  

Şəfiqə Şəfa, Bizim Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

Şağanda quru otluq sahədəki yanğın SÖNDÜRÜLDÜ

Şağanda quru otluq sahədəki yanğın SÖNDÜRÜLDÜ

İldırım heyvanları vurdu, sel ev quşlarını apardı - FOTO/VİDEO

İldırım heyvanları vurdu, sel ev quşlarını apardı - FOTO/VİDEO

DÇ-2026: Argentina geridönüşlə ¼ finalda - VİDEO

DÇ-2026: Argentina geridönüşlə ¼ finalda - VİDEO

Nyu-Yorkda 38 mərtəbəli bina əyildi – İnsanlar təxliyə edilir

Nyu-Yorkda 38 mərtəbəli bina əyildi – İnsanlar təxliyə edilir

Peskov: “Rusiyanın əsas səsi Putindir”

Peskov: “Rusiyanın əsas səsi Putindir”

24 yaşlı gənc su anbarında çimərkən BOĞULDU

24 yaşlı gənc su anbarında çimərkən BOĞULDU

Avqustda neçə gün İŞ OLMAYACAQ?

Avqustda neçə gün İŞ OLMAYACAQ?

15 yaşlı qız itkin düşdü - FOTO

15 yaşlı qız itkin düşdü - FOTO

Ən yaxşı məktəblər AÇIQLANDI

Ən yaxşı məktəblər AÇIQLANDI

Lionel Messi antirekorda imza atdı

Lionel Messi antirekorda imza atdı

Özbəkistan ölkəmizdə avtomobil istehsalına BAŞLAYIR

Özbəkistan ölkəmizdə avtomobil istehsalına BAŞLAYIR

Emil Bədəlov xeyli çəki itirdi - Tanımaq olmur - VİDEO

Emil Bədəlov xeyli çəki itirdi - Tanımaq olmur - VİDEO

Şağanda quru otluq sahə YANIR

Şağanda quru otluq sahə YANIR

Gəncədə həkimlə mübahisə edən şəxs poliklinikanı yandırmağa çalışdı - VİDEO

Gəncədə həkimlə mübahisə edən şəxs poliklinikanı yandırmağa çalışdı - VİDEO

Əli Nağıyev DTX Akademiyasının məzunlarını təbrik etdi – FOTO/VİDEO

Əli Nağıyev DTX Akademiyasının məzunlarını təbrik etdi – FOTO/VİDEO

Sumqayıtda "Mercedes", "Toyota" və "Opel" toqquşdu - FOTO

Sumqayıtda "Mercedes", "Toyota" və "Opel" toqquşdu - FOTO

“Şamaxinka” tunelinin çıxışında avtomobil YANDI - FOTO/VİDEO

“Şamaxinka” tunelinin çıxışında avtomobil YANDI - FOTO/VİDEO

Dilan Yeşilgöz 42 il sonra Ankaraya nazir kimi qayıtdı - FOTO

Dilan Yeşilgöz 42 il sonra Ankaraya nazir kimi qayıtdı - FOTO

End of content

No more pages to load

RADİO