Rusiyadan miqrantlarla bağlı növbəti SƏRT ADDIM – Soydaşlarımızı nə GÖZLƏYİR?

Rusiya miqrantlara münasibətdə siyasətini daha da radikallaşdırır.

Belə ki, Rusiya Əmək Nazirliyi 2026-cı ildə doqquz sektor üzrə fəaliyyət göstərən şirkətlərin xarici işçi cəlb etməsinə məhdudiyyət qoymağı təklif edib

Təklifə əsasən ən böyük azalma ictimai iaşə sahəsində nəzərdə tutulur.

Əcnəbi işçilər bu sahə üzrə indi yalnız iş yerlərinin yarısını tuta biləcəklər. O cümlədən, tikinti sahəsində də kəskin azalma gözlənilir. Bu sektorda xarici işçilərin payı 80 faizdən 50 faizə endiriləcək. Spirtli içki və tütün məhsullarının satışı üzrə ixtisaslaşmış mağazalarda isə bu göstərici 15 faizdən 0 faizə düşəcək. Tərəvəzçilik, meşə sənayesi və taxta materiallarının ticarəti sahələrində miqrantların payının 50 faizdən 40 faizə endirilməsi planlaşdırılır.

Bundan əlavə, 29 regionda işə qəbul zamanı regional xüsusiyyətlər tətbiq olunacaq, onlardan 14-də xarici işçilərin payı bəzi sahələrdə federal normadan da aşağı salınacaq.

Əcnəbilərə qarşı yönələn digər qanun layihəsi isə miqrant uşaqları ilə bağlıdır.

Belə ki, məlumata görə, Rusiya Dövlət Dumasına azyaşlı xarici vətəndaşların qanuni nümayəndələri olmadan ölkəyə daxil olmasını qadağan edən qanun layihəsi təqdim olunub

Sənədin müəllifləri deputat Nina Ostanina və parlamentin Əmək komitəsinin sədri Yaroslav Nilovdur.

Layihəyə əsasən, azyaşlı xarici vətəndaşların Rusiyaya daxil olması və ölkəni tərk etməsi yalnız qanuni nümayəndələrinin və ya digər böyüklərin müşayiəti ilə, notarial qaydada təsdiqlənmiş etibarnamə əsasında mümkün olacaq.

Ölkəyə girişə isə yalnız təhsil, müalicə və “müvəqqəti qalma” məqsədləri–məsələn, idman yarışları, olimpiadalar və turistik səfərlər üçün icazə veriləcək. Gələn azyaşlının Rusiyada başqa qanuni nümayəndəsi yoxdursa, onunla birlikdə gəlmiş yetkinlik yaşına çatmış şəxs deportasiya olunacaq.

Rusiya miqrantlara qarşı tətbiq olunan bu kimi daha sərt qadağalar fonunda görəsən, oradakı soydaşlarımızı nə gözləyir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov verilən sərt qərarlara rəğmən bütün hallarda Rusiyadakı soydaşlarımızın geriyə kütləvi axınının baş verəcəyini düşünmür:
 

“Rusiya dövlət qurumlarına istinadən verilən məlumatlardan bəlli olur ki, şimal ölkəsi müxtəlif sahələr üzrə əcnəbi miqrantlarla bağlı qoyulan kvotanı azaldır. Bu da özünü qabarıq şəkildə daha çox xidmət sektorunda göstərməkdədir.


Ticarət, nəqliyyat sahələrində də bu cür azalmalar müşahidə olunur. Amma nisbətən ağır fiziki zəhmət tələb edən tikinti sektoruna gəldikdə, ölkənin bəzi federal dairələrində əcnəbi miqrantlarla bağlı kvotalar dəyişməz qalıb. Hətta bəzi yerlərdə kvotaların həcmini bir qədər artırıblar.

Əslində, 2006-2007-ci ildən etibarən əcnəbilər dərman preparatları, spirtli içki satışı və ticarət sahəsindən faktiki olaraq uzaqlaşdırılıblar. Burada yanaşma ondan ibarətdir ki, sözügedən sahələrdə satıcı qismində yerli vətəndaşlar çalışsın. O dövrdən müəyyən sayda əcnəbilər həmin sektordan uzaqlaşdı.
 

Amma bununla belə, bir çoxları ya qeyri-rəsmi şəkildə həmin sektorda qalmağa üstünlük verdi, ya da bizneslərini Rusiya vətəndaşı olan şəxslərin adına keçirdilər. Ya da onlar fəaliyyətlərini başqa sektorda davam etdirməyə başladılar”.


Deputatın fikrincə, Rusiya dövlətinin əsas məqsədi odur ki, müxtəlif sahələrdə əmək miqrantlarının sayı azalsın və həmin sahələrə öz vətəndaşları cəlb olunsun:

“İl ərzində 100 minlərə əcnəbi Rusiya vətəndaşlığını əldə edir. Digər tərəfdən də Rusiya vətəndaşlıq əldə edənlərin üzərinə müxtəlif səpkili vergilər, hərbi mükəlləfiyyət də daxil olmaqla müəyyən öhdəliklər də qoyur.
 

Belədə Rusiyada nizam-intizamın yaradılması sərt siyasətin yürüdülməsilə müşayiət olunur. Bu kimi addımlar fonunda düşünmürəm ki, azərbaycanlıların geriyə kütləvi axını baş versin. Çünki say etibarı ilə Rusiyada azərbaycanlıların sayı elə də çox deyil.


Əvvəl 400-450 min rəqəmindən danışırdılarsa, son rəsmi mənbələrdə söhbət 350-360 min rəqəmindən gedir. Bu insanlar ya Azərbaycana qayıdıb, ya da başqa ölkəyə üz tutublar. Əməkçi miqrantların ailə üzvləri və uşaqlarının məktəbə götürülməsilə bağlı məhdudiyyətlər də təbii ki, miqrant soydaşlarımızın sayının azalmasına gətirib çıxaracaq.

Bütün hallarda proses kütləvi şəkil almayacaq.

Ayrı-ayrı şəxslər situasiyadan çıxış yollarını müxtəlif taktiki gedişlərlə həll edəcəklər. Bu zaman onların Rusiyanın ərazisini tərk etmələri də mütləq deyil”.

Rüfət Sultan, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

“Fənərbağça”dan 45 milyonluq transfer

“Fənərbağça”dan 45 milyonluq transfer

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

Şağanda quru otluq sahədəki yanğın SÖNDÜRÜLDÜ

Şağanda quru otluq sahədəki yanğın SÖNDÜRÜLDÜ

İldırım heyvanları vurdu, sel ev quşlarını apardı - FOTO/VİDEO

İldırım heyvanları vurdu, sel ev quşlarını apardı - FOTO/VİDEO

DÇ-2026: Argentina geridönüşlə ¼ finalda - VİDEO

DÇ-2026: Argentina geridönüşlə ¼ finalda - VİDEO

Nyu-Yorkda 38 mərtəbəli bina əyildi – İnsanlar təxliyə edilir

Nyu-Yorkda 38 mərtəbəli bina əyildi – İnsanlar təxliyə edilir

Peskov: “Rusiyanın əsas səsi Putindir”

Peskov: “Rusiyanın əsas səsi Putindir”

24 yaşlı gənc su anbarında çimərkən BOĞULDU

24 yaşlı gənc su anbarında çimərkən BOĞULDU

Avqustda neçə gün İŞ OLMAYACAQ?

Avqustda neçə gün İŞ OLMAYACAQ?

15 yaşlı qız itkin düşdü - FOTO

15 yaşlı qız itkin düşdü - FOTO

Ən yaxşı məktəblər AÇIQLANDI

Ən yaxşı məktəblər AÇIQLANDI

Lionel Messi antirekorda imza atdı

Lionel Messi antirekorda imza atdı

Özbəkistan ölkəmizdə avtomobil istehsalına BAŞLAYIR

Özbəkistan ölkəmizdə avtomobil istehsalına BAŞLAYIR

End of content

No more pages to load

RADİO