Əhalinin NƏZƏRİNƏ – Qaz tarifləri ilə bağlı MÜHÜM YENİLİK

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Milli Məclisin iyulun 8-də qəbul etdiyi “Qaz təchizatı haqqında” qanunu təsdiqləyib.

Sənəd ölkədə enerji təsərrüfatının idarə olunması və gələcəkdə bazar prinsiplərinə əsaslanan mexanizmlərin tətbiqi istiqamətində mühüm addım hesab olunur.

Sənədə əsasən, Azərbaycanda qaz təchizatı sektorunda 8 növ qiymətin (tarifin) müəyyən edilməsi nəzərdə tutulur. Həmin qiymətlərə (tariflər) qazın topdansatış tarifləri, qazın nəqli tarifləri, qazın saxlanması xidmətlərinin tarifləri, qazın paylanması tarifləri, istehlakçılara qazın pərakəndə satış tarifləri, qazın nəqli şəbəkəsinə qoşulma xidmətlərinin qiymətləri, qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri və sabit tarif daxildir.

Bu dəyişikliklər nə vəd edir?

Mövzu ilə bağlı Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban Bizim.Media-ya açıqlamasında bildirib ki, bu qərar Azərbaycanın neft gəlirlərinin azaldığı bir dövrdə enerji təsərrüfatının daha səmərəli işləməsi üçün atılıb:
 

“Dəfələrlə cənab Prezident vurğulayıb ki, qaz xətlərinin çəkilişi, müxtəlif kapital qoyuluşları dövlətin hesabına həyata keçirilir. Ancaq bundan sonra həmin təsərrüfat subyektləri-yəni “Azəriqaz” və “Azərişıq” -  elə işləməlidirlər ki, mənfəətli olsunlar və bu mənfəətdən də yenidən öz işlərinin səmərəliliyini artırmaq üçün yatırım edə bilsinlər”, - deyə ekspert bildirib.


Ekspertin sözlərinə görə, sərəncamda nəzərdə tutulur ki, 2028-ci ilə qədər paylayıcı sistemlər tamamilə yenidən qurulmalı, bazar iqtisadiyyatı prinsipləri ilə fəaliyyət göstərməlidir:

“İndiyə qədər biz görürdük ki, dövlət bütün xərcləri ödəyir, amma nəticədə enerji sektoru, su təsərrüfatı kimi xidmət sahələri xərclərini və borclarını qarşılaya bilmirdi. Çünki nə rəqabət var idi, nə də bazar iqtisadiyyatına keçid mexanizmi tətbiq olunurdu. İndi isə mərhələli şəkildə bu proses başlayır”,  - deyə o bildirib.
 

İlham Şaban əlavə edib ki, qəbul olunan “Elektroenergetika haqqında” qanun da monopoliyaların məhdudlaşdırılması, bazarda rəqabətin artırılması və istehlakçının seçim imkanlarının genişləndirilməsini nəzərdə tutur.


Ekspert hesab edir ki, yeni mərhələdə əsas hədəf xidmət keyfiyyətinin yüksəldilməsi və enerji təsərrüfatında şəffaf, dayanıqlı idarəetməyə nail olmaqdır.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

“Fənərbağça”dan 45 milyonluq transfer

“Fənərbağça”dan 45 milyonluq transfer

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

Şağanda quru otluq sahədəki yanğın SÖNDÜRÜLDÜ

Şağanda quru otluq sahədəki yanğın SÖNDÜRÜLDÜ

İldırım heyvanları vurdu, sel ev quşlarını apardı - FOTO/VİDEO

İldırım heyvanları vurdu, sel ev quşlarını apardı - FOTO/VİDEO

DÇ-2026: Argentina geridönüşlə ¼ finalda - VİDEO

DÇ-2026: Argentina geridönüşlə ¼ finalda - VİDEO

Nyu-Yorkda 38 mərtəbəli bina əyildi – İnsanlar təxliyə edilir

Nyu-Yorkda 38 mərtəbəli bina əyildi – İnsanlar təxliyə edilir

Peskov: “Rusiyanın əsas səsi Putindir”

Peskov: “Rusiyanın əsas səsi Putindir”

24 yaşlı gənc su anbarında çimərkən BOĞULDU

24 yaşlı gənc su anbarında çimərkən BOĞULDU

Avqustda neçə gün İŞ OLMAYACAQ?

Avqustda neçə gün İŞ OLMAYACAQ?

15 yaşlı qız itkin düşdü - FOTO

15 yaşlı qız itkin düşdü - FOTO

Ən yaxşı məktəblər AÇIQLANDI

Ən yaxşı məktəblər AÇIQLANDI

Lionel Messi antirekorda imza atdı

Lionel Messi antirekorda imza atdı

Özbəkistan ölkəmizdə avtomobil istehsalına BAŞLAYIR

Özbəkistan ölkəmizdə avtomobil istehsalına BAŞLAYIR

End of content

No more pages to load

RADİO