Azərbaycanlıların "tac"landırdığı "qanuni oğru" HAKİM QARŞISINDA

Nijni Novqorodda cinayət iyerarxiyasında yüksək mövqe tutmaqda ittiham olunan Zviad Tbilisski kimi tanınan “qanuni oğru” Zviad Ozmanyanın məhkəməsi başlayıb. İstintaqın versiyasına görə, təqsirləndirilən şəxs “qanuni oğru” statusundan istifadə edərək cəzaçəkmə müəssisələrinə nəzarət edib, digər oğruların taclandırılmasında (koronasiya) iştirak edib, “avtoritetlər” təyin edib və quldurluq cinayətinə görə uzunmüddətli cəzasını çəkdiyi həbsxanada “obşak”ın (ümumi kriminal büdcənin) maliyyə vəsaitlərini artırmağa çalışıb.

Bizim.Media xəbər verir ki, Zviad Ozmanyan özünü təqsirli bilməyib və şərh verməkdən imtina edib.

Vəkili isə iddia edir ki, o, cəzasını ciddi nəzarət altında, təkadamlıq kameralarda və cərimə izolyatorlarında çəkdiyi üçün digər məhkumları nəzarətdə saxlamaq imkanına malik olmayıb.

Zviad Ozmanyana bu statusla bağlı ittiham azadlığa çıxmasına cəmi bir neçə gün qalmış, 2024-cü il iyulun 24-də irəli sürülüb. Ona qarşı Cinayət Məcəlləsinin 210.1-ci maddəsi üzrə — cinayət iyerarxiyasında ali mövqe tutmaqda ittiham elan olunub.
 

Elan olunmuş ittiham aktına əsasən, 2014–2024-cü illər ərzində təqsirləndirilən şəxs “qanuni oğru” statusundan istifadə edərək məhkumlara nəzarət edib, cinayətkar büdcəyə — “obşak”a — vəsait toplayıb, günahkar sayılan şəxsləri cəzalandırıb, cinayət gəlirlərini bölüşdürüb, həmçinin “qanuni oğrular” tərəfindən səlahiyyətləndirilmiş şəxslər — “smotryaşiy” və “polojenets”ləri (nəzarətçilər) təyin edib.


Zviad Tbilisski ləqəbli Zviad Ozmanyan 2013-cü il fevralın 11-də Moskvada “qanuni oğru”lar Temuri Mirzoev, Gizo Kardava, Salmanul-Parusey Abdurzakov, Revaz Kaxmazov, azərbaycanlı Vaqif Süleymanov, Baxış Əliyev və digər kriminal “avtoritetlər” tərəfindən “taclandırılıb”. Onun cinayətkar qabiliyyətləri hələ 2008–2013-cü illərdə Aslan Usoyanın (Ded Xasan) rəhbərlik etdiyi Tbilisi cinayət klanının nümayəndələrinin diqqətini cəlb etmişdi.

2013-cü ildən etibarən Zviad Ozmanyan Türkiyə və Rusiyada keçirilən “sxodka”larda 15 “qanuni oğru”nun taclandırılmasında iştirak edib.

Jurnalistlərin “Siz “qanuni oğru”sunuzmu?” sualına isə o, belə cavab verib: “Mən pravoslav xristianam.”

Məhkəmə araşdırması avqust ayında təqsirləndirilən şəxsin dindirilməsi ilə davam edəcək.

Ardınca məhkəmə cinayət işinin materiallarını araşdıracaq və həbsxana rəhbəri də daxil olmaqla şahidləri dindirəcək.

Xatırladaq ki, bir neçə il əvvəl mərhum azərbaycanlı “qanuni oğru” Lotu “Quli”nin dostları Zviad Tbisskini “oğru” adından məhrum ediblər. Buna səbəb onun “ümumi fond” üçün yığılan pulları oğurlaması olub. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ulduz futbolçu ferma qurub inək saxlamaq istəyir- Arzusu gündəm oldu - Fotolar

Ulduz futbolçu ferma qurub inək saxlamaq istəyir- Arzusu gündəm oldu - Fotolar

AZAL və “Uzum Bank” Özbəkistan sərnişinləri üçün onlayn ödəniş imkanlarını genişləndirir

AZAL və “Uzum Bank” Özbəkistan sərnişinləri üçün onlayn ödəniş imkanlarını genişləndirir

Azərbaycan nefti 7 dollara yaxın BAHALAŞDI

Azərbaycan nefti 7 dollara yaxın BAHALAŞDI

Milyarderlər bu kurorta axışır – Yerli sakinlər etiraza HAZIRLAŞIR

Milyarderlər bu kurorta axışır – Yerli sakinlər etiraza HAZIRLAŞIR

Venesuelada zəlzələdə ölənlərin sayı 3800-ü keçdi

Venesuelada zəlzələdə ölənlərin sayı 3800-ü keçdi

Turistlərin "açıq-saçıq" geyimlərinə qadağa qoyulur – CƏRİMƏLƏNƏCƏKLƏR

Turistlərin "açıq-saçıq" geyimlərinə qadağa qoyulur – CƏRİMƏLƏNƏCƏKLƏR

"Hollivud qorxu içində: İlon Mask və Sem Altman haqqında filmlər niyə bağlanmaq ərəfəsindədir?"

"Hollivud qorxu içində: İlon Mask və Sem Altman haqqında filmlər niyə bağlanmaq ərəfəsindədir?"

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

DÇ-2026: 1/4 final Fransa - Mərakeş matçı ilə başlayır

DÇ-2026: 1/4 final Fransa - Mərakeş matçı ilə başlayır

"Bitcoin"in SON qiyməti

"Bitcoin"in SON qiyməti

ABŞ-İran müharibəsi nə qədər uzanacaq? – Gizli sənədlər İFŞA OLDU

ABŞ-İran müharibəsi nə qədər uzanacaq? – Gizli sənədlər İFŞA OLDU

Bu gün Azərbaycanda Diplomatiya Günüdür

Bu gün Azərbaycanda Diplomatiya Günüdür

Gədəbəydə evdən 61 yaşlı qadının meyiti tapıldı

Gədəbəydə evdən 61 yaşlı qadının meyiti tapıldı

Midiyalıların saldığı bir cənub şəhəri – 11 iqlim tipinin 8-i məhz buradadır – TOPONİMLƏR

Midiyalıların saldığı bir cənub şəhəri – 11 iqlim tipinin 8-i məhz buradadır – TOPONİMLƏR

İrana zərbələr başa çatdı

İrana zərbələr başa çatdı

Şimşək çaxacaq, dolu düşəcək

Şimşək çaxacaq, dolu düşəcək

Argentina-Misir oyununun hakimi haqda qərar verildi

Argentina-Misir oyununun hakimi haqda qərar verildi

Qızıl kəskin UCUZLAŞDI

Qızıl kəskin UCUZLAŞDI

Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı

Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı

İran şəhərləri ABŞ hücumundan sonra... – VİDEO

İran şəhərləri ABŞ hücumundan sonra... – VİDEO

Yasamalda fərdi yaşayış evində yanğın oldu - VİDEO

Yasamalda fərdi yaşayış evində yanğın oldu - VİDEO

Süni intellektin ən çox təsir edəcəyi PEŞƏLƏR – SİYAHI

Süni intellektin ən çox təsir edəcəyi PEŞƏLƏR – SİYAHI

Hər 5 nəfərdən biri xərçəngə tutulacaq - ÜST-dən xəbərdarlıq

Hər 5 nəfərdən biri xərçəngə tutulacaq - ÜST-dən xəbərdarlıq

İrandan ABŞ-ın hücumlarına CAVAB - Körfəz ölkələri ALOVLAR İÇİNDƏ - VİDEO

İrandan ABŞ-ın hücumlarına CAVAB - Körfəz ölkələri ALOVLAR İÇİNDƏ - VİDEO

End of content

No more pages to load

RADİO