Məhkəmə həmyerlisini güllələyən şəxslə bağlı qərar verdi

Şirvan Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada, qanunsuz olaraq silah saxlamada və qanunsuz olaraq silah hazırlamada təqsirləndirilən Binnət Məlikovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Beyləqan Rayon Məhkəməsinin 3 aprel 2025-ci il tarixli hökmü Cinayət Məcəlləsinin 229.1-ci (qanunsuz olaraq silah hazırlama) maddəsi ilə məhkum edilməsinə dair hissəsində ləğv edilib və həmin maddə ilə bəraət verilib. 

Apellyasiya protesti qismən təmin olunub. Beyləqan Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Onun 3 il müddətə azadlıqdan məhrumetmə cəzası 4 ilə qaldırılıb.

İttihama görə, Binnət Məlikov qanunsuz olaraq əldə etdiyi ov tüfəngini götürərək 18 iyul 2024-cü il tarixdə, saat 01 radələrində zərərçəkmiş Maqsud Beyrəkovun (adı, soyadı şərtidir) yaşadığı evinin qarşısına gedib. O, əvvəllər aralarında baş vermiş mübahisəyə görə zərərçəkmiş şəxsin ondan üzr istəməsini tələb edib. 
 

Maqsud isə ondan üzr istəməyəcəyini bildirib. Sonra o, zərərçəkmiş şəxsi nalayiq ifadələrlə təhqir edib, arvadı və övladları qarşısında ov tüfəngi ilə Maqsudun sağ ayağından nişan alıb qəsdən bir dəfə atəş açıb. Zərərçəkmiş şəxs sağ baldır nahiyəsindən xəsarət alıb.


Hadisədən sonra Binnət Məlikov saxlanılaraq istintaqa cəlb edilib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu il neçə nəfərə əlillik təyin olunub?

Bu il neçə nəfərə əlillik təyin olunub?

Ağstafa sakinləri dəhşət yaşadı - VİDEO

Ağstafa sakinləri dəhşət yaşadı - VİDEO

Yük maşınının sürücüsü yuxuladı, qəza törətdi - VİDEO

Yük maşınının sürücüsü yuxuladı, qəza törətdi - VİDEO

Allergiyadan əziyyət çəkənlərin yeməməli olduğu meyvə-tərəvəzlər: Buna dözmək üçün DAŞ olmalısan...

Allergiyadan əziyyət çəkənlərin yeməməli olduğu meyvə-tərəvəzlər: Buna dözmək üçün DAŞ olmalısan...

Bu futbolçu da "Qarabağ"dan ayrılır - FOTO

Bu futbolçu da "Qarabağ"dan ayrılır - FOTO

Qonşunu izləyən kamera qanunsuzdur? - RƏSMİ AÇIQLAMA

Qonşunu izləyən kamera qanunsuzdur? - RƏSMİ AÇIQLAMA

ABŞ-ın Türkiyəyə vəd etdiyi F35-lərin TEXNİKİ GÖSTƏRİCİLƏRİ – ARAŞDIRMA

ABŞ-ın Türkiyəyə vəd etdiyi F35-lərin TEXNİKİ GÖSTƏRİCİLƏRİ – ARAŞDIRMA

Pərvin ağır xəstəliyindən danışdı: "Müalicəsi bizdə yoxdu" – VİDEO

Pərvin ağır xəstəliyindən danışdı: "Müalicəsi bizdə yoxdu" – VİDEO

“Qoyun-quzunu limuzində daşımalıdırlar?!” - Rəsmi cavab

“Qoyun-quzunu limuzində daşımalıdırlar?!” - Rəsmi cavab

Ərdoğan NATO liderlərinə qeyri-adi hədiyyə verdi: Baş nazir qəbul etmədi - FOTO

Ərdoğan NATO liderlərinə qeyri-adi hədiyyə verdi: Baş nazir qəbul etmədi - FOTO

Yük maşını yanacaqdoldurma məntəqəsinə çırpıldı – Video

Yük maşını yanacaqdoldurma məntəqəsinə çırpıldı – Video

Samux qəzasında xəsarət alan şəxslərin SON DURUMU

Samux qəzasında xəsarət alan şəxslərin SON DURUMU

Soçidə 70-dən çox reys təxirə salındı

Soçidə 70-dən çox reys təxirə salındı

Qubada keçmiş məhkum həyətində ölü TAPILDI

Qubada keçmiş məhkum həyətində ölü TAPILDI

Biləsuvarda film kimi TƏBİƏT HADİSƏSİ - Qum burulğanının əsl səbəbi BƏLLİ OLDU – VİDEO

Biləsuvarda film kimi TƏBİƏT HADİSƏSİ - Qum burulğanının əsl səbəbi BƏLLİ OLDU – VİDEO

Azərbaycanda yayılan çəyirtkələr Qazaxıstan və Rusiyadan gəlib – RƏSMİ – FOTO/VİDEO

Azərbaycanda yayılan çəyirtkələr Qazaxıstan və Rusiyadan gəlib – RƏSMİ – FOTO/VİDEO

ABŞ-ın İrana son hücumlarında 14 nəfər ölüb, 78 nəfər yaralanıb

ABŞ-ın İrana son hücumlarında 14 nəfər ölüb, 78 nəfər yaralanıb

Azərbaycanın strateji valyuta ehtiyatları 85,8 milyard dollara çatdı

Azərbaycanın strateji valyuta ehtiyatları 85,8 milyard dollara çatdı

Daşkənddə “Türk dünyasında mənəvi dirçəliş və informasiya təhlükəsizliyi” forumu keçirildi - FOTOLAR

Daşkənddə “Türk dünyasında mənəvi dirçəliş və informasiya təhlükəsizliyi” forumu keçirildi - FOTOLAR

Sosial müavinətlərlə bağlı YENİ XƏBƏR VAR

Sosial müavinətlərlə bağlı YENİ XƏBƏR VAR

Azərbaycanın UEFA əmsallar cədvəlində xal ehtiyatını artırdı - FOTO

Azərbaycanın UEFA əmsallar cədvəlində xal ehtiyatını artırdı - FOTO

Bakıda 88 yaşlı qadın evində ölü tapıldı

Bakıda 88 yaşlı qadın evində ölü tapıldı

“TRIPP ilə bağlı yaxın vaxtlarda yeni xəbərlər olacaq” - Ceyhun Bayramov

“TRIPP ilə bağlı yaxın vaxtlarda yeni xəbərlər olacaq” - Ceyhun Bayramov

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul BAŞLADI

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul BAŞLADI

End of content

No more pages to load

RADİO