DİM: Bu ixtisaslar üzrə plan yerlərinin 70 faizi boş qalıb

İxtisaslaşma seçimində iştirak edən 15555 bakalavrdan 13446 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub.

Bizim.Media xəbər verir ki, bu barədə DİM-in yaydığı statistikada qeyd olunub.

Məlumata görə, qəbul olunanlardan 5798 nəfər dövlət sifarişi, 7648 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 9790 nəfər ali təhsil müəssisələrinin cari, 3656 nəfər isə əvvəlki illərin məzunudur.

Nəticələrə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılmış 16848 plan yerinin 79.81%-i dolub.

Magistraturaya qəbul 67 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti müxtəlif olub. Proqramlar üzrə ayrılmış plan yerlərinin dolma göstəriciləri fərqlidir. Misal üçün, standartlaşdırma və sertifikatlaşdırma, aviasiya təhlükəsizliyi, hüquqşünaslıq, musiqişünaslıq, idman, nəqliyyatda servis, aerokosmik mühəndislik, yanğın təhlükəsizliyi mühəndisliyinə uyğun olan 21, 25, 49, 50, 54, 57, 60, 71 saylı proqramlara ayrılmış plan yerləri tam (100%) dolub. Ancaq nəzərə almaq lazımdır ki, bu proqramların bəziləri üzrə plan yerlərinin sayı az idi və onların tam dolacağı əvvəlcədən gözlənilirdi.

Ən aşağı müsabiqə vəziyyətinin formalaşdığı soyuducu, kompressor maşın və qurğuları, dəmiryol nəqliyyatı, mədən mühəndisliyi, kitabxanaçılıq, hava nəqliyyatı, silah sistemləri mühəndisliyi, xüsusi rabitə vasitələri mühəndisliyi, biotexnologiya sahələrinə aid 4, 8, 29, 45, 58, 61, 64, 66 saylı proqramlara ayrılmış plan yerlərinin 70% və ya daha çoxu boş qalıb.

Ümumiyyətlə qəbul proqramlarının bəziləri üzrə qəbul planının bu və ya digər səviyyədə kəsirdə qalacağı əvvəlcədən bəlli idi. Belə ki, imtahan nəticələrinə uyğun olaraq həmin proqramlar üzrə ixtisaslaşma seçiminə buraxılan bakalavrların sayı plan yerlərinin sayından az idi.

Müsabiqənin nəticələrinə əsasən, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Ali Neft Məktəbi, Dövlət Gömrük Komitəsinin Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Bakı Qızlar Universitetində plan yerləri tam (100%), Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyasında 90% və daha çox dolub. Plan yerlərinin dolma göstəricisi üzrə ən zəif nəticə (40%) Azərbaycan Kooperasiya Universiteti və Azərbaycan İlahiyyat İnstituna aiddir.

Verilən cədvəldən hər bir proqram üzrə qəbul planı, qəbul olunanların sayı (qəbulolma faizi), vakant yerlərin sayı (faizi) ilə bağlı ətraflı məlumat əldə edə bilərsiniz.

Magistraturaya qəbul olmuş şəxslər 24 iyul – 1 avqust tarixlərində //portal.edu.az/ platformasında qeydiyyatdan keçərək yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlərdən “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanların qeydiyyatı”nı seçməlidirlər.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı DİM tərəfindən elan olunacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ermənistanda qəzet baş redaktorunun evində axtarış aparıldı

Ermənistanda qəzet baş redaktorunun evində axtarış aparıldı

Sabunçuda ƏMƏLİYYAT: Saxlanılanlar var – VİDEO

Sabunçuda ƏMƏLİYYAT: Saxlanılanlar var – VİDEO

"Zəngəzur" neft tankeri Britaniyanın sanksiyalar siyahısından çıxarıldı - FOTO

"Zəngəzur" neft tankeri Britaniyanın sanksiyalar siyahısından çıxarıldı - FOTO

Samuxdakı qəzada həyatını itirənlərin FOTOSU

Samuxdakı qəzada həyatını itirənlərin FOTOSU

Katex çayında batan şəxsin meyiti tapıldı

Katex çayında batan şəxsin meyiti tapıldı

Rep ifaçısı dilinə 50 min dollarlıq brilyant pirsinq taxdırdı - FOTO

Rep ifaçısı dilinə 50 min dollarlıq brilyant pirsinq taxdırdı - FOTO

“LUKOİL”in yanacaqdoldurma məntəqələrində müştərilər aldadılır? – Şirkətdən AÇIQLAMA – VİDEO

“LUKOİL”in yanacaqdoldurma məntəqələrində müştərilər aldadılır? – Şirkətdən AÇIQLAMA – VİDEO

Hadrut sakinlərinin NƏZƏRİNƏ! - Qəbul başlanılır

Hadrut sakinlərinin NƏZƏRİNƏ! - Qəbul başlanılır

“Könüllülər yol təhlükəsizliyinin təşviqində” layihəsinə start verilir

“Könüllülər yol təhlükəsizliyinin təşviqində” layihəsinə start verilir

Bu il neçə nəfərə əlillik təyin olunub?

Bu il neçə nəfərə əlillik təyin olunub?

Ağstafa sakinləri dəhşət yaşadı - VİDEO

Ağstafa sakinləri dəhşət yaşadı - VİDEO

Yük maşınının sürücüsü yuxuladı, qəza törətdi - VİDEO

Yük maşınının sürücüsü yuxuladı, qəza törətdi - VİDEO

Allergiyadan əziyyət çəkənlərin yeməməli olduğu meyvə-tərəvəzlər: Buna dözmək üçün DAŞ olmalısan...

Allergiyadan əziyyət çəkənlərin yeməməli olduğu meyvə-tərəvəzlər: Buna dözmək üçün DAŞ olmalısan...

Bu futbolçu da "Qarabağ"dan ayrılır - FOTO

Bu futbolçu da "Qarabağ"dan ayrılır - FOTO

Qonşunu izləyən kamera qanunsuzdur? - RƏSMİ AÇIQLAMA

Qonşunu izləyən kamera qanunsuzdur? - RƏSMİ AÇIQLAMA

ABŞ-ın Türkiyəyə vəd etdiyi F35-lərin TEXNİKİ GÖSTƏRİCİLƏRİ – ARAŞDIRMA

ABŞ-ın Türkiyəyə vəd etdiyi F35-lərin TEXNİKİ GÖSTƏRİCİLƏRİ – ARAŞDIRMA

Pərvin ağır xəstəliyindən danışdı: "Müalicəsi bizdə yoxdu" – VİDEO

Pərvin ağır xəstəliyindən danışdı: "Müalicəsi bizdə yoxdu" – VİDEO

“Qoyun-quzunu limuzində daşımalıdırlar?!” - Rəsmi cavab

“Qoyun-quzunu limuzində daşımalıdırlar?!” - Rəsmi cavab

Ərdoğan NATO liderlərinə qeyri-adi hədiyyə verdi: Baş nazir qəbul etmədi - FOTO

Ərdoğan NATO liderlərinə qeyri-adi hədiyyə verdi: Baş nazir qəbul etmədi - FOTO

Yük maşını yanacaqdoldurma məntəqəsinə çırpıldı – Video

Yük maşını yanacaqdoldurma məntəqəsinə çırpıldı – Video

Samux qəzasında xəsarət alan şəxslərin SON DURUMU

Samux qəzasında xəsarət alan şəxslərin SON DURUMU

Soçidə 70-dən çox reys təxirə salındı

Soçidə 70-dən çox reys təxirə salındı

Qubada keçmiş məhkum həyətində ölü TAPILDI

Qubada keçmiş məhkum həyətində ölü TAPILDI

Biləsuvarda film kimi TƏBİƏT HADİSƏSİ - Qum burulğanının əsl səbəbi BƏLLİ OLDU – VİDEO

Biləsuvarda film kimi TƏBİƏT HADİSƏSİ - Qum burulğanının əsl səbəbi BƏLLİ OLDU – VİDEO

End of content

No more pages to load

RADİO