Ağalı kəndinə qayıdışın 3-cü ildönümü qeyd olunub - VİDEO

İşğaldan azad edilmiş ərazilərimizdə Böyük Qayıdışın ilk ünvanı olan Zəngilan rayonunun Ağalı kəndində keçmiş məcburi köçkünlərin daimi məskunlaşdırılmasına başlanmasının 3-cü ildönümü tamam olub. 

Bizim.Media xəbər verir ki, bu münasibətlə Abşeron rayonunun Masazır kəndində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksindəki Zəngilan Mədəniyyət Evində təntənəli yığıncaq keçirilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunmuş tədbirdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Zəngilan Rayon İcra Hakimiyyətinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin nümayəndələri və 100-dən çox keçmiş məcburi köçkün iştirak ediblər.
 

İlk olaraq tədbir iştirakçıları Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasında ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib.


Daha sonra Böyük Qayıdışa dair foto-sərgiyə baxış keçirilib.

Yığıncaqda Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov tədbiri giriş sözü ilə açaraq Azərbaycan xalqının xilaskarı, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycanın rifahı naminə gördüyü işlərdən, Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərdən danışıb.

Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti və sərkərdəlik qüdrəti, şanlı Ordumuzun rəşadəti sayəsində ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunduğunu vurğulayıb və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın Ağalı kəndindən başlanmasının zəngilanlılar üçün qürurverici hadisə olduğunu bildirib.

“Ağıllı kənd” konsepsiyası ilə salınmış bu yaşayış məntəqəsində ağalılar üçün təhlükəsiz və layiqli həyat şəraitinin yaradıldığı, doğma yurda qayıtmış insanların ötən üç ildə bu şəraitə uyğunlaşdıqları, kəndin sosial-iqtisadi inkişafında fəal iştirak etdikləri qeyd olunub.

Zəngilanın məcburi köçkün sakinlərinin hamısının ata-baba yurduna dönüşü səbrsizliklə gözlədikləri diqqətə çatdırılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsisinin sədr müavini Fuad Hüseynov Böyük Qayıdışın xalqımız öz torpağına bağlılığını nümayiş etdirdiyini, mühüm tarixi-siyasi əhəmiyyət daşıdığını bildirib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üçün uzunmüddətli tədbirlər həyata keçirildiyi, Böyük Zəfərdən sonra isə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin geniş vüsət aldığı, Böyük Qayıdışın başlandığı və uğurla davam etdiyi xatırladılıb. Vurğulanıb ki, Birinci vitse-prezident Mehriban Əliyeva da qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlərə xüsusi həssaslıqla yanaşır, onların həllinə təsirli dəstək göstərir.
 

Ağalıları və bütün zəngilanlıları Dövlət Komitəsinin rəhbərliyi adından təbrik edən Fuad Hüseynov ötən üç ildə qazanılan təcrübənin Böyük Qayıdışın daha səmərəli aparılmasında, keçmiş məcburi köçkünlərin arzu və istəklərinə uyğun həyata keçirilməsində mühüm rol oynadığını bildirib.


Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Aqil Qurbanov tədbirdəki çıxışında Ağalı kəndinin sosial-iqtisadi inkişafı üçün lazımi imkanların olduğunu, məcburi köçkünlüyün ağrı-acılarını yaşamış sakinlərin onlar üçün yaradılan şəraitdən istifadə edib, böyük həvəslə yeni həyata başladıqlarını vurğulayıb.

Qeyd edilib ki, kənd sakinlərinin əksəriyyətinin məşğulluğu təmin edilib, həyətyanı sahədə əkin-biçin işləri görür, ev quşları saxlayırlar. Diqqətə çatdırılıb ki, təsdiq edilmiş Baş plana əsasən, Zəngilan rayonunda abadlıq-quruculuq işləri davam etdirilir, sakinlərin rahatlığı və təhlükəsizliyinin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülür.   

ANAMA-nın əməkdaşı Ceyhun Quliyev mina və partlamamış hərbi sursatların növləri, xarakteri, minalanmış və minalardan təmizlənmiş ərazilərdə davranış qaydaları, aidiyyəti üzrə müraciət qaydaları ilə bağlı ətraflı məlumat verib.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşı Fatimə Cəfərova təmsil etdiyi qurumun fəaliyyəti barədə danışıb.

Hazırda Agentlik tərəfindən 42 ixtisas üzrə peşə təlimlərinin verildiyi, məcburi köçkünlərin də bu təlimlərə cəlb olunduğu qeyd edilib. Bildirilib ki, peşə bacarıqlarını artırmaq istəyən şəxslər Agentliyə müraciət edə bilərlər.

Ağalı kəndinə ilk köçürülənlərdən olan tanınmış ictimai fəal-bloger Çiçək Gəraylının çıxışını da yığıncaq iştirakçıları maraqla dinləyiblər.

O, doğma yurdda yeni həyatını necə qurduğu barədə söhbət açıb, yaradılan şəraitdən məmnunluğunu bildirib, işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq və abadlıq işlərinin orada yaşayan hər kəsdə böyük sevinc və qürur hissi doğurduğunu qeyd edib. Çiçək Gəraylıya işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın sosial mediada təbliğat-təşviqatına verdiyi müsbət töhfəyə görə Dövlət Komitəsinin sədri adından təşəkkürnamə təqdim edilib.
 

Məcburi köçkün Mahirə Quliyeva isə Böyük Qayıdışla bağlı bütün yenilikləri diqqətlə izlədiklərini, dövlətimizin bu sahədə gördüyü işləri ürəkdən bəyəndiyini və doğma yurda geri dönəcəkləri günü səbrsizliklə gözlədiklərini bildirib.


Tədbirdə çıxış edən digər rəsmi şəxslər Böyük Qayıdış proqramı çərçivəsində görülən işlər, mina təmizləmə prosesi, infrastruktur layihələrinin icrası və gələcək planlar barədə ətraflı məlumat veriblər. Bildirilib ki, təkcə Ağalı kəndi deyil, bütövlükdə Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarında yenidənqurma işləri sürətlə davam etdirilir və yaxın illərdə daha çox ailənin öz doğma yurduna qayıtması nəzərdə tutulur.

Ağalı kəndinin yığıncaqda iştirak edən sakinləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər, qayıdış prosesinin onların həyatında yaratdığı müsbət dəyişikliklərdən danışıblar.

Tədbir iştirakçılarını maraqlandıran suallar Dövlət Komitəsinin aidiyyəti şöbələrinin rəhbər şəxsləri, həmçinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı tərəfindən cavablandırılıb.

Sonda Zəngilan rayonuna qayıdış, sosial müdafiə tədbirləri və mina təhlükəsinə qarşı maarifləndirməyə dair video çarxlar nümayiş olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşuldu

Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşuldu

Günün qəhrəmanı olan Samir keçən il də “Əlaçı” idi – VİDEO

Günün qəhrəmanı olan Samir keçən il də “Əlaçı” idi – VİDEO

Dövlət Baxçalı bu serialın bir bölümünü belə buraxmır

Dövlət Baxçalı bu serialın bir bölümünü belə buraxmır

ÇEMPİON güləşçilərimiz Vətənə qayıdıblar - FOTO

ÇEMPİON güləşçilərimiz Vətənə qayıdıblar - FOTO

Ərdoğan da uşaqla birlikdə AĞLADI - Prezident Sarayındakı görüşdən GÖRÜNTÜLƏR - FOTO/VİDEO

Ərdoğan da uşaqla birlikdə AĞLADI - Prezident Sarayındakı görüşdən GÖRÜNTÜLƏR - FOTO/VİDEO

SON DƏQİQƏ: Dövlət Xidmətinin dörd vəzifəli şəxsi HƏBS EDİLDİ

SON DƏQİQƏ: Dövlət Xidmətinin dörd vəzifəli şəxsi HƏBS EDİLDİ

Bacısı öldürüldü, Çar Rusiyasına düşmən oldu... – Şəkili Səlim xanın 200 ildir sirri açılmayan MÜƏMMALI ÖLÜMÜ

Bacısı öldürüldü, Çar Rusiyasına düşmən oldu... – Şəkili Səlim xanın 200 ildir sirri açılmayan MÜƏMMALI ÖLÜMÜ

Birinci Liqa: “Səbail” və “Şimal” qələbə qazandı

Birinci Liqa: “Səbail” və “Şimal” qələbə qazandı

May ayına bir neçə gün qalıb... Bir metr qar yağdı

May ayına bir neçə gün qalıb... Bir metr qar yağdı

Aynişan bu dəfə geyimlərini satışa çıxardı - FOTO

Aynişan bu dəfə geyimlərini satışa çıxardı - FOTO

NAZİR növbəti 4 il üçün PREZİDENT SEÇİLDİ

NAZİR növbəti 4 il üçün PREZİDENT SEÇİLDİ

İran millisi dünya çempionatında iştirak edəcək

İran millisi dünya çempionatında iştirak edəcək

Azərbaycanda bu müddəalara DƏYİŞİKLİK ediləcək

Azərbaycanda bu müddəalara DƏYİŞİKLİK ediləcək

Tramp: “Hörmüz boğazında onları məhv etməyi ƏMR ETDİM” - FOTO

Tramp: “Hörmüz boğazında onları məhv etməyi ƏMR ETDİM” - FOTO

Bakı və Bratislava arasındakı əməkdaşlığı müzakirə etdilər - FOTO

Bakı və Bratislava arasındakı əməkdaşlığı müzakirə etdilər - FOTO

Müctəba Xameneinin SON VƏZİYYƏTİ: SEPAH komandanları onu ziyarət etməyə QORXUR

Müctəba Xameneinin SON VƏZİYYƏTİ: SEPAH komandanları onu ziyarət etməyə QORXUR

Sanksiyalar paketində məşhur MÜĞƏNNİ də var

Sanksiyalar paketində məşhur MÜĞƏNNİ də var

“Avroviziya 2026”nın təmsilçisi Jiva yeni obrazda – FOTOSSESSİYA

“Avroviziya 2026”nın təmsilçisi Jiva yeni obrazda – FOTOSSESSİYA

Rusiyaya qarşı 20-ci sanksiyalar paketi: ƏSAS BƏNDLƏR

Rusiyaya qarşı 20-ci sanksiyalar paketi: ƏSAS BƏNDLƏR

Mübahisəli penalti barədə QƏRAR AÇIQLANDI: "Sabah" - "Qarabağ" oyunu

Mübahisəli penalti barədə QƏRAR AÇIQLANDI: "Sabah" - "Qarabağ" oyunu

Milli Qəhrəmanın qardaşı VƏFAT ETDİ – FOTO

Milli Qəhrəmanın qardaşı VƏFAT ETDİ – FOTO

Dənizçilərin sertifikatlaşdırılması qaydaları sadələşdirilir - FOTO

Dənizçilərin sertifikatlaşdırılması qaydaları sadələşdirilir - FOTO

Buraxılış imtahanından 300 bal toplayanların FOTOLARI

Buraxılış imtahanından 300 bal toplayanların FOTOLARI

Sürücülərə XƏBƏRDARLIQ: Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərə XƏBƏRDARLIQ: Yollarda görünüş məsafəsi məhdudlaşacaq

End of content

No more pages to load

RADİO