Lerikdə Büzeyir mağarasına yol çəkilir – FOTO

Lerik rayonunun Talış dağları qoynunda, Zuvand çayının sol sahilində yerləşən qədim Büzeyir mağaralarına gedən yeni yolun tikintisinə start verilib. 

Büzeyir kəndinə çəkiləcək bu yol həm kənd sakinlərinin gündəlik həyatını asanlaşdıracaq, həm də ərazidə yerləşən unikal arxeoloji abidəyə çıxışı mümkün edəcək.

Bizim.Media xəbər verir ki, tikinti işlərinin başlanması münasibətilə təşkil olunan təməlqoyma mərasimində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Milli Məclisin deputatı Vasif Qafarov, hüquq-mühafizə orqanlarının rəhbərləri, alimlər, publisistlər və kənd sakinləri iştirak ediblər. 

Tədbirdə şəhid valideynləri də xüsusi hörmətlə qarşılanıb.

Mütəxəssislərin fikrincə, bu yol təkcə infrastruktur baxımından deyil, həm də elmi, tarixi və turizm potensialı baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki Büzeyir mağarası Azərbaycanın cənub zonasında Paleolit dövrünə aid ilk insan məskənlərindən biri hesab olunur.

Ərazidə aparılmış arxeoloji qazıntılar zamanı qədim ocaq layları və insan yaşayışına dair izlər aşkarlanıb.

Alimlərin araşdırmalarına görə, mağaradakı çöküntü laylarında tapılan qalıqlar burada 80-100 min il əvvəl insan yaşayışının olduğunu göstərir. Bu isə Azərbaycan arxeologiyası üçün mühüm elmi fakt kimi qiymətləndirilir.
 

Uzun illər dağ yolları ilə hərəkət edən kənd əhalisi üçün yeni yol layihəsi böyük rahatlıq yaradacaq. Yeni yol həm təhsil, səhiyyə və digər sosial xidmətlərə çıxışı asanlaşdıracaq, həm də kəndin iqtisadi və mədəni inkişafına təkan verəcək.


Qeyd edək ki, uzunluğu 17 metr, eni 8 metr, hündürlüyü isə 2.5 metr olan Büzeyir mağarası regionun ən qədim arxeoloji məkanlarından biri hesab olunur və bu gündən etibarən həm tarixi, həm də gələcəyə aparan bir yol kimi yenidən ön plana çıxır.

 

 


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avropa İttifaqının vahid ordu ideyası siyasi ambisiyalar fonunda dalana dirənib - RƏY

Avropa İttifaqının vahid ordu ideyası siyasi ambisiyalar fonunda dalana dirənib - RƏY

Rütbə verilən bütün səfirlər bu universitetin məzunlarıdır - SİYAHI

Rütbə verilən bütün səfirlər bu universitetin məzunlarıdır - SİYAHI

İlkin Misgərli autizmli uşağı ziyarət etdi – VİDEO

İlkin Misgərli autizmli uşağı ziyarət etdi – VİDEO

Belçikada anomal istilər son 26 ilin ölüm rekordunu qırdı

Belçikada anomal istilər son 26 ilin ölüm rekordunu qırdı

28 May stansiyasında bir eskalator təmirə BAĞLANIR

28 May stansiyasında bir eskalator təmirə BAĞLANIR

Bakıda ağac gənclərin üzərinə aşdı – FOTO

Bakıda ağac gənclərin üzərinə aşdı – FOTO

Bakı Dairəvi yolundan istifadə edənlərin NƏZƏRİNƏ: Hərəkət tam dayandırılır!

Bakı Dairəvi yolundan istifadə edənlərin NƏZƏRİNƏ: Hərəkət tam dayandırılır!

“Fənərbağça”nın sabiq hücumçusu “Qalatasaray”a keçir

“Fənərbağça”nın sabiq hücumçusu “Qalatasaray”a keçir

Çexiya və Slovakiyada zəlzələ oldu

Çexiya və Slovakiyada zəlzələ oldu

MİQ üzrə test imtahanlarının tarixləri ELAN EDİLDİ - CƏDVƏL

MİQ üzrə test imtahanlarının tarixləri ELAN EDİLDİ - CƏDVƏL

"Mən Elariz heç vaxt heç kimi axtarmıram, məni axtarıb tapırlar"

"Mən Elariz heç vaxt heç kimi axtarmıram, məni axtarıb tapırlar"

Samvel Karapetyanın ev dustaqlığı daha 2 AY UZADILDI

Samvel Karapetyanın ev dustaqlığı daha 2 AY UZADILDI

Dünyanın ən keyfiyyətli saxta dollarları: İllərlə heç kim anlamadı - FOTO

Dünyanın ən keyfiyyətli saxta dollarları: İllərlə heç kim anlamadı - FOTO

Sabiq nazirin dəbdəbəli mənzili yarı qiymətinə satışa çıxarıldı

Sabiq nazirin dəbdəbəli mənzili yarı qiymətinə satışa çıxarıldı

Nərgiz Muxtarovaya HÖKM OXUNDU

Nərgiz Muxtarovaya HÖKM OXUNDU

“Beşiktaş” “Bavariya”nın qapıçısını transfer etdi

“Beşiktaş” “Bavariya”nın qapıçısını transfer etdi

Ruslan Abdullayev müşavir təyin olundu - FOTO

Ruslan Abdullayev müşavir təyin olundu - FOTO

Səlcuq Bayraktar Bakıda Müdafiə Sənayesi naziri ilə GÖRÜŞDÜ - FOTO

Səlcuq Bayraktar Bakıda Müdafiə Sənayesi naziri ilə GÖRÜŞDÜ - FOTO

AZAL Çinə uçuş istiqamətlərini ARTIRIR

AZAL Çinə uçuş istiqamətlərini ARTIRIR

Xalq artistinin bloqer qızının müğənni əri ilə maraqlı rəqsi - VİDEO

Xalq artistinin bloqer qızının müğənni əri ilə maraqlı rəqsi - VİDEO

Nazir şöbə müdirini vəzifədən azad etdi - FOTO

Nazir şöbə müdirini vəzifədən azad etdi - FOTO

Hakan Fidan Abbas Əraqçiyə zəng etdi

Hakan Fidan Abbas Əraqçiyə zəng etdi

Millimizin üzvü Rumıniya klubu ilə danışıq aparır

Millimizin üzvü Rumıniya klubu ilə danışıq aparır

ADNSU “QS Africa Forum 2026”da Azərbaycanı təmsil edən yeganə universitetdir - FOTO

ADNSU “QS Africa Forum 2026”da Azərbaycanı təmsil edən yeganə universitetdir - FOTO

End of content

No more pages to load

RADİO