ADNSU tələbələri Oksford Universitetində yay məktəbinə SEÇİLDİLƏR - FOTO

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri beynəlxalq səviyyədə mühüm uğura imza atıblar.

Bizim.Media xəbər verir ki, kimya texnologiya fakültəsinin 3-cü kurs tələbələri- Aydan Nadirova və Murad Bağırzadə dünyanın ən nüfuzlu ali təhsil ocaqlarından biri olan Oksford Universitetinin Said Biznes Məktəbində yay məktəbinə qatılacaqlar.

Tələbələr "Sahibkarlıq, davamlılıq və innovasiya" mövzusunda keçiriləcək 1 həftəlik Yay məktəbinin proqramda iştirak edəcək, proqram çərçivəsində qlobal biznes trendləri, davamlı inkişaf strategiyaları və innovativ yanaşmalarla tanış olmaq, həmçinin müxtəlif ölkələrdən olan tələbələrlə fikir mübadiləsi aparmaq imkanı əldə edəcəklər.

Bununla yanaşı hər bir tələbə öz startap ideyası üzərində işləyəcək, onu ilkin konsepsiyadan təqdimat mərhələsinə qədər inkişaf etdirmək imkanı əldə edəcəklər.

Tələbələr yaradıcılığı, əməkdaşlığı və liderliyi təşviq edən seminarlarda iştirak edəcək və bunun əsasında onlar innovativ ideyalarını gerçəkləşdirmək imkanı əldə edəcəklər. Proqramın sonunda tələbələrin startap ideyaları münsiflər heyətinə təqdim ediləcək ki, bu da onlara real həyatdakı sahibkarlıq təcrübəsini yaşadacaq.

Həmçinin gənclər dünyanın müxtəlif yerlərindən olan həmyaşıdları ilə ünsiyyət quracaq, qlobal problemlərin sahibkarlıq yolu ilə necə həll oluna biləcəyini müxtəlif baxış bucaqlarından öyrənəcəklər.
 

Proqram həmçinin sahibkarlığı müsbət dəyişiklik vasitəsi kimi araşdırmaq üçün unikal bir platforma təqdim edir. Burada seçilmiş namizədlər real dünya problemləri ilə məşğul olacaq, fürsətləri necə müəyyənləşdirməyi öyrənəcək və cəmiyyət üçün vacib olan məsələlərə cavab verən, genişlənə bilən biznes modelləri hazırlamağı öyrənəcəklər. Bu unikal təcrübə onlara ideyalarını inkişaf etdirmək və dünyanın ən aktual problemlərinə yönələn innovativ bizneslər qurmaq üçün zəruri bilik, bacarıq verəcək. Eyni zamanda fürsətləri necə müəyyənləşdirməyi, sahibkarlıq düşüncəsini formalaşdırmağı, sosial və ekoloji baxımdan müsbət təsir yaradan həllər yaratmağı öyrənəcəklər. Proqramın sonunda içtirakçılar əhəmiyyətli dəyişikliklər etmək üçün lazım olan alətlərlə təmin olunacaqlar.



Qeyd edək ki, gənc və iddialı sahibkarlar üçün nəzərdə tutulan yay məktəbi iyulun 12-dən 18-dək davam edəcək. Proqramın məqsədi gənclərə qlobal problemlərə cavab verə biləcək innovativ biznes ideyaları vermək üçün zəruri bilik, bacarıq və motivasiya qazandırmaqdır.

Xatırladaq ki, tələbələrimizin yay məktəbi çərçivəsində nüfuzlu ali təhsil müəssisəsində iştirakı həm də ADNSU-nun beynəlxalq əməkdaşlıq sahəsində atdığı addımların və tələbələrinin yüksəksəviyyəli hazırlığının göstəricisidir.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qarpızın şirin olduğunu göstərən 5 ƏSAS ƏLAMƏT

Qarpızın şirin olduğunu göstərən 5 ƏSAS ƏLAMƏT

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

3 BÜRC üçün dönüş dövrü başlayır

3 BÜRC üçün dönüş dövrü başlayır

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

BÜRCLƏR bu günə nə deyir?

BÜRCLƏR bu günə nə deyir?

Ruzanna Məmmədova Avropa çempionu oldu

Ruzanna Məmmədova Avropa çempionu oldu

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Turistlər bu ölkədə istidən ölürlər

Turistlər bu ölkədə istidən ölürlər

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

Ucarda yeniyetmə su arxında boğuldu

Ucarda yeniyetmə su arxında boğuldu

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

End of content

No more pages to load

RADİO