Qəbul imtahanları BİTDİ, stress BAŞLADI – 30 min abituriyent kənarda QALACAQ?

Bir neçə qabiliyyət imtahanı istisna olmaqla, ali təhsil müəssisələrinə qəbul imtahanları bitmiş hesab olunur. Qəbul imtahanlarının ikinci cəhdinin nəticələri bu yaxınlarda açıqlanacaq. Lakin qruplar üzrə mübarizə aparacaq abituriyent sayı və birinci cəhddəki nəticələr qruplar üzrə mübarizənin hansı formada keçəcəyindən xəbər verir.

Birinci cəhddə 700 bal toplayan olmasa da bu il qəbul ballarının yüksək olması ilə bağlı müzakirələr gedir.

Sosial şəbəkələrdə bu gərginliyi yaradanların, qəbul ballarının yüksələcəyini deyənlərin əksəriyyətinin abituriyentlərə ixtisas seçimində pul qarşılığında məsləhət edən, xidmət edənlərin olduğu deyilir. Çünki onlar valideynlərə bununla təsir edərək xidmət haqqını artırmış olurlar.

Bəs real mənzərə necədir? Bu il həqiqətən də abituriyentlər üçün çətin ildimi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil sahəsi üzrə ekspert Eçin Əfəndi deyib ki, abituriyent sayı ilə yanaşı plan yerlərində də artım var:

“Bu il ali təhsil müəssisələrinə müraciət edən abituriyent sayı ötən illə xeyli müqayisədə çoxdur. Yəni 131 mindən çox abituriyent ali təhsil müəssisələrinin 1,2,3, 4 və 5-ci ixtisas qrupu müsabiqəsində iştirak edəcəyini qeyd edib. Onların içərisində isə 93 min nəfərə yaxın konkret olaraq 1,2,3 və 4-cü ixtisas qrupunun abituriyentləridir. Ötən illə müqayisədə hər qrup üzrə abituriyent sayında artım var. Bununla paralel, dövlət sifarişli, eyni zamanda, ödənişli ixtisaslarda plan yerləri də artıb. Ötən il təxminən 58 min 600 bakalavr pilləsinə qəbul aparılmışdırsa, bu il xüsusi təyinatlı ali təhsil müəssisələri ilə paralel ümumilikdə 63 min tələbə qəbulu planlaşdırılır.

Nazirlər Kabineti tərəfindən xüsusi təyinatlı ali təhsil müəssisələri ilə paralel mülki təyinatlı ali təhsil müəssisələrində ayrılan plan yerləri, səhv etmirəmsə, 60459-dur. Bu da onu deməyə əsas verir ki, ötən dövrlə müqayisədə ümumi plan yerlərində müəyyən qədər artım var”.

Ekspert qruplar üzrə hazırkı durumu belə izah edib:

“I ixtisas qrupunda 20 mindən bir az çox plan yeri ayrılıb. Plan yerlərini bu qrupa müraciət edən abituriyent sayı ilə müqayisə edəndə təxminən 11 min nəfərin müsabiqədən kənarda qalacağı gözlənilir. 31 mindən çox I ixtisas qrupunda müvafiq olaraq ali təhsil müəssisələrinə müraciət edib.

II ixtisas qruopunda ötən il 23 min iştirakçı qeydə alınmışdı, bu il isə 25 min nəfər iştirakçı sayı var. Təxminən 2 min nəfərdən çox artım var. Ümumi plan yeri ilə müaqayisə etsək burda da təxminən 14 min üzəri plan yeri ayrılıb, yəni bu da o deməkdir ki, ən azı 11 min nəfər II ixtisas qrupunda müsabiqədən kənarda qala bilər.
 

Ən gərgin vəziyyət III ixtisas qrupundadır. Burada ötən dövrlə müqayisədə abituriyent sayında 3 mindən çox artım var. Ötən il 25 min nəfər idisə, bu il 28 min nəfərdən çox abituriyent qeydə alınıb. Ayrılan plan yeri təxminən 15 mindir. Burada ən azı 13 min nəfərin müsabiqədən kənarda qalma ehtimalı var. Digər qruplarla müqayisədə bu qrupun bir problemi də ondan ibarətdir ki, ən yüksək göstəricilərə sahib abituriyentlər hazırda bu qrupdadır. Bu qrupda 1200 nəfərdən çox 600 baldan yuxarı göstəricisi olan abituriyent var.


IV ixtisas qrupuna gəldikdə isə ümumi 6500 nəfərdən çox iştirakçı sayı var. Ayrılan plan yeri isə 4500 yer olamlıdr. Burda da 2 min nəfərdən çox abituriyent kənarda qala bilər.

V ixtisas qrupuna gəldikdə isə ayrılan plan yeri 4700-ə yaxındır. Müraciət edən abituriyent sayına baxsaq, təxminən 15 min nəfərdən çox müraciətçi var. Bu qrupda da ən azı 10 min nəfərin müsabiəqədən kənarda qalmaq ehtimalı  var.

Ümumiləşdirsək 1,2,3,4-cü qruplar üzrə 93 min nəfər müraciət edən abituriyent sayı var idisə, onlardan 63 min nəfərinin qəbul olacağı, digərlərinin, yəni qruplar üzrə ən azı 30 min nəfəri, təssüflər olsun ki, müsabiqədən kənarda qalacaq”.

O, qeyd edib ki, real mənzərə bu olsa da bunu daha mübaliğəli formada, ağlına və ağzına gələn kimi təqdim etmək doğru deyil:

“Biz çalışmalıyıq ki, abituriyentlər daha çox motivasiyalı olsunlar. Amma real statistik təhlillərə əsaslanan fikirləri söyləməkdən çəkinməməliyik. Biz real mənzərəni təqdim etməliyik ki, insanlar vəziyyətin hansı dərəcədə olduğunu bilsinlər. Bunu hər kəs kəsiləcək, dövlət sifarişli qəbul olmayacaq demək düzgün deyil.

Dövlət başçısının müavfiq tapşırığına əsasən, hər il dövlət sifarişli yerlərin sayı artır. Bu il 28 min nəfərdən çox abituriyent pulsuz yerləri qazanacaq. Sosial-həssas qrupa daxil olan şəhid ailələrinin üzvü, hər iki valideynini itirənlər, məcburi köçkün statusu olanlar, valideynin birini itirmiş digəri əlil olan şəxslər və bu kateqoriyaya daxil olanları da nəzərə alsaq, təxminən bu il ali təhsil müəssislərini qazanacaq 32 mindən çox şəxsin pulsuz təhsil almaq imkanı olacaq.Bizdə 2012-2013-cü il qədər ali təhsil müəssisələrində ümumi plan yeri heç 32 min deyildi”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qobustanda AĞIR QƏZA – Yaralılar var - VİDEO

Qobustanda AĞIR QƏZA – Yaralılar var - VİDEO

Suda boğulan şəxsə ilk yardım: Xilasedicidən həyat qurtaran məsləhətlər

Suda boğulan şəxsə ilk yardım: Xilasedicidən həyat qurtaran məsləhətlər

Bakı–Şamaxı yolunda “KamAZ” aşdı – VİDEO

Bakı–Şamaxı yolunda “KamAZ” aşdı – VİDEO

Orxan Amaşov: “Kolonializm həm də insanların şüurunun idarə olunmasına yönəlib” – FOTO

Orxan Amaşov: “Kolonializm həm də insanların şüurunun idarə olunmasına yönəlib” – FOTO

Oğluna aktyor olmaq üçün şərt qoyubmuş

Oğluna aktyor olmaq üçün şərt qoyubmuş

İran nüvə obyektlərini bərpa edir – FOTOFAKT

İran nüvə obyektlərini bərpa edir – FOTOFAKT

Abbas Abbasovdan müstəmləkəçiliyə qarşı mübarizədə medianın rolu ilə bağlı AÇIQLAMA - FOTO

Abbas Abbasovdan müstəmləkəçiliyə qarşı mübarizədə medianın rolu ilə bağlı AÇIQLAMA - FOTO

Türkiyədə yol belə çökdü – ANBAAN VİDEO

Türkiyədə yol belə çökdü – ANBAAN VİDEO

BTQ-dan media platforması: Dekolonizasiya gündəmi Bakıda müzakirə olunur - FOTO

BTQ-dan media platforması: Dekolonizasiya gündəmi Bakıda müzakirə olunur - FOTO

Arıqlamaq üçün ən faydalı iki bitki: Düyü və qarabaşağın fərqi nədir?

Arıqlamaq üçün ən faydalı iki bitki: Düyü və qarabaşağın fərqi nədir?

Tətil üçün ən sərfəli 3 ölkə: Həm büdcənizi qoruyun, həm də istirahətdən zövq alın

Tətil üçün ən sərfəli 3 ölkə: Həm büdcənizi qoruyun, həm də istirahətdən zövq alın

ABŞ-ın yeni sanksiyalarına Əraqçidən REAKSİYA - FOTO

ABŞ-ın yeni sanksiyalarına Əraqçidən REAKSİYA - FOTO

Vətəndaşların həyətlərində saxladığı toyuqlar da vaksin olunacaq? – RƏSMİ AÇIQLAMA

Vətəndaşların həyətlərində saxladığı toyuqlar da vaksin olunacaq? – RƏSMİ AÇIQLAMA

Kiyev ballistik raketlə VURULDU – Yaralılar var – VİDEO

Kiyev ballistik raketlə VURULDU – Yaralılar var – VİDEO

Ucuz torpaq sahələri satışa çıxarıldı: Sotu 162 manata...

Ucuz torpaq sahələri satışa çıxarıldı: Sotu 162 manata...

Tədbirdə halı pisləşən Şimali Kipr Prezidenti xəstəxanaya YERLƏŞDİRİLDİ

Tədbirdə halı pisləşən Şimali Kipr Prezidenti xəstəxanaya YERLƏŞDİRİLDİ

Təyyarənin pəncərəsi sındı, sərnişin yıxılmaqdan son anda xilas edildi - Dəhşətli anlar - Video

Təyyarənin pəncərəsi sındı, sərnişin yıxılmaqdan son anda xilas edildi - Dəhşətli anlar - Video

ABŞ-İran danışıqları yenidən BAŞLAYIR

ABŞ-İran danışıqları yenidən BAŞLAYIR

DÇ-2026: İspaniya yarımfinalda – VİDEO

DÇ-2026: İspaniya yarımfinalda – VİDEO

BİZİM TƏQVİM:11 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:11 iyulda baş vermiş tarixi hadisələr

Alkotesterdən keçən sürücünün sevinci gündəm oldu - VİDEO

Alkotesterdən keçən sürücünün sevinci gündəm oldu - VİDEO

Qarpızın şirin olduğunu göstərən 5 ƏSAS ƏLAMƏT

Qarpızın şirin olduğunu göstərən 5 ƏSAS ƏLAMƏT

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

End of content

No more pages to load

RADİO