Bakıda 2 məktəbin 1 abituriyenti belə universitetə qəbul olmayıb 

2020-ci ildə Bakı şəhərinin ümumtəhsil müəssisələrini 19 628 şagird bitirib və onların 19 172 nəfəri buraxılış imtahanında iştirak edib. 

Bizim.Media xəbər verir ki, şəhərin məzunlarının buraxılış imtahanında topladıqları orta bal ölkə üzrə orta göstəricidən tədris dili fənni üzrə (59,44) 19,61 %, riyaziyyat fənni üzrə (33,96) 15,35 %, xarici dil fənni üzrə (45,23) 22,93 %, hər üç fənn üzrə birlikdə topladıqları orta bal (138,64) isə ölkə üzrə orta göstəricidən 19,67 % yuxarıdır. 
 

MÖVZU İLƏ BAĞLI:

Abituriyentlər ən çox bu ixtisasları seçir - SİYAHI


Buraxılış imtahanında tədris dili fənni üzrə məzunların 12,42 %-i 30 və daha az, 50,09 %-i 30-70 intervalında, 37,48 %-i 70-dən çox bal toplayıb. Riyaziyyat fənni üzrə bu göstəricilər müvafiq olaraq, 55,53 %, 31,69 % və 12,78 %, xarici dil fənni üzrə isə 37,90 %, 39,32 % və 22,78 % olub. Ümumilikdə 19 421 nəfər attestat alıb. Attestat alanların 82,33 %-i (15 989 nəfəri) I-IV qruplar üzrə qəbul imtahanlarında iştirak edib, 61,21 %-i (11 888 nəfəri) isə buraxılış imtahanlarının nəticələri əsasında V qrupa daxil olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün ərizə verib. 

Qəbul imtahanlarının nəticələrinə əsasən şəhərin 9 971 məzunu (imtahanlarda iştirak edənlərin 55,47 %-i) tələbə adını qazanıb. Onların 55,06 %-i (5 490 nəfəri) dövlət, 2,35 %-i (234 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 33,11 %-i (3 301 nəfəri) dövlət, 9,49 %-i (946 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub. Şəhərin məzunlarının 2 010 nəfəri 500-dən, o cümlədən 573 nəfəri 600-dən yuxarı bal toplayıb. 

Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olub. 

Abituriyentlərin göstəriciləri bal intervalları üzrə aşağıdakı kimi paylanıb: 0-100 intervalında 10,58 % (1 692 nəfər), 100-200 intervalında 23,44 % (3 748 nəfər), 200-300 intervalında 22,38 % (3 578 nəfər), 300-500 intervalında 31,03 % (4 961 nəfər), 500-dən yuxarı 12,57 % (2 010 nəfər).

Beləliklə, şəhərin abituriyentlərinin yalnız 43,60 %-i 300-dən yuxarı bal toplayıb. Şəhərin attestat qiymətləri əla olan abituriyentlərindən 4,67 %-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 45,53 %-dir.

Qəbul imtahanlarında 304 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən 185 saylı və 105 saylı tam orta məktəblərin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ən yaxşı babalar bu 4 TARİXDƏ doğulur

Ən yaxşı babalar bu 4 TARİXDƏ doğulur

BÜRCLƏR bu günə nə deyir?

BÜRCLƏR bu günə nə deyir?

Daşkəsəndə yumurta boyda dolu yağdı - VİDEO

Daşkəsəndə yumurta boyda dolu yağdı - VİDEO

Kanada - Bosniya və Herseqovina oyununda hesab bərabərləşdi

Kanada - Bosniya və Herseqovina oyununda hesab bərabərləşdi

33 il sonra Kəlbəcərin ilk məzunu - FOTO

33 il sonra Kəlbəcərin ilk məzunu - FOTO

Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs HƏBS OLUNDU

Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs HƏBS OLUNDU

Zeynəb Xanlarova: Şəklə baxıb ərə getdim, görüşmədim - VİDEO

Zeynəb Xanlarova: Şəklə baxıb ərə getdim, görüşmədim - VİDEO

Zəlzələdən təşvişə düşən sakinlər DANIŞDILAR - VİDEO

Zəlzələdən təşvişə düşən sakinlər DANIŞDILAR - VİDEO

DÇ-2026: Kanada - Bosniya və Herseqovina oyununda ilk hissə YEKUNLAŞDI

DÇ-2026: Kanada - Bosniya və Herseqovina oyununda ilk hissə YEKUNLAŞDI

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılışı keçirildi - FOTO/VİDEO

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılışı keçirildi - FOTO/VİDEO

Kadırov pişiyindən DANIŞDI: “Qorxuram ona da sanksiya tətbiq edələr”

Kadırov pişiyindən DANIŞDI: “Qorxuram ona da sanksiya tətbiq edələr”

Texasda kütləvi atışma: ölən və yaralılar var

Texasda kütləvi atışma: ölən və yaralılar var

Putin: “Məqsəd rusiya cəmiyyətini parçalamaqdır”

Putin: “Məqsəd rusiya cəmiyyətini parçalamaqdır”

Roma Papasının təyyarəsi xarab oldu – İspaniya Kralı öz laynerini verdi

Roma Papasının təyyarəsi xarab oldu – İspaniya Kralı öz laynerini verdi

Zelenski rus dili ilə bağlı qanun İMZALADI

Zelenski rus dili ilə bağlı qanun İMZALADI

Acun Ilıcalı Rəcəb Tayyib Ərdoğana hədiyyə verdi - FOTO

Acun Ilıcalı Rəcəb Tayyib Ərdoğana hədiyyə verdi - FOTO

“Son zəng”lə bağlı MARAQLI AÇIQLAMA - “Qaqa” mahnıları, kriminal, bayağı...”

“Son zəng”lə bağlı MARAQLI AÇIQLAMA - “Qaqa” mahnıları, kriminal, bayağı...”

BDU-nu maksimal nəticə ilə bitirən MƏZUNLARIN ADI

BDU-nu maksimal nəticə ilə bitirən MƏZUNLARIN ADI

Aparıcı Çinarə ana oldu - VİDEO

Aparıcı Çinarə ana oldu - VİDEO

Bakı və Bratislava arasında çoxşaxəli strateji tərəfdaşlıq genişlənir — Rəsmi görüşdən detallar

Bakı və Bratislava arasında çoxşaxəli strateji tərəfdaşlıq genişlənir — Rəsmi görüşdən detallar

Bu əlaməti görsəniz, çiyələk almayın - RİSKLƏR

Bu əlaməti görsəniz, çiyələk almayın - RİSKLƏR

"Hansı ixtiyarla xalqımın qarşısına bu geyimdə çıxırsan?"

"Hansı ixtiyarla xalqımın qarşısına bu geyimdə çıxırsan?"

MEDİA-dan Fransanın qarayaxma kampaniyasına sərt BƏYANAT - FOTO

MEDİA-dan Fransanın qarayaxma kampaniyasına sərt BƏYANAT - FOTO

Britaniya SEPAH-ı terror təşkilatı kimi tanıya bilər

Britaniya SEPAH-ı terror təşkilatı kimi tanıya bilər

End of content

No more pages to load

RADİO