Qətllərdə ön plana çıxan QAYINATALAR - “Psixi problemi var idisə, nəyə görə məhz gəlini öldürür?”

Xəbər verdiyimiz kimi, Qobustan rayonunun Təklə kəndində öz gəlinini öldürməkdə şübhəli bilinən qayınata hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Məlumata görə, 2001-ci il təvəllüdlü Günel Ağabəyli yaşadığı evdə bıçaqlanaraq öldürülüb. Onun qayınanası Sevil Ağayeva isə bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə isə şübhəli bilinən gəlinin qayınatası Orucağa Ağayevdir. Saxlanılan şəxsin oğlu mətbuata açıqlamasında atasının son günlər psixi problemlərinin olduğunu deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Atamın arvadımı qətlə yetirəcəyini düşünməzdim...”


Faktla bağlı Qobustan Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam edir.

Ötən ay Bakı şəhəri Maştağa qəsəbəsində də qayınata öz gəlinini öldürüb. Qətlin ailə münaqişəsi zəminində baş verməsi qeyd edilib.

Ümumiyyətlə, qayınataların iştirakı ilə gəlinlərin ölümü hadisəsi dəfələrlə baş verib.

Bəs buna səbəb nədir? Birgəyaşayışdan qaynaqlanan məsələ, yoxsa psixi problem?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib ki, adətən, ailədə danışılan neqativ söz-söhbət insanlara təsir edir:

“Psixi problemi var idisə, nəyə görə məhz gəlini öldürür? Ailədə ümumən o qədər dedi-qodu olur, kişinin yanında o qədər neqativ danışılır ki, ola bilsin onun da psixi problemləri olub və gəlinini şər qüvvə kimi görüb və onu öldürüb. Hətta 19 bıçaq zərbəsi vurub. Bütün bunlar ailə münasibətlərinin, ailədə baş verənlərin fonunda yaranır. Ailə münasibətlərinin gərginliyi bunlara təsir edir. Ehtimallar budur ki, gəlin haqda ancaq neqativ danışılıb, bu da kişinin psixologiyasına yerləşib. Burda kişilərin, yəni ailə başçılarının zəif xarakterə sahib olması da önəmlidir”.

O, bildirib ki, psixi problemi olan adamlara xüsusi nəzarət olmalıdır:

“Bilmirik, bəlkə də iş görə bilməyib, ancaq oxuyub, təhsil alıb, buna görə evdə söz-söhbət yaranıb, gərginlik bundan qaynaqlanıb. Amma təəssüflər ki, son vaxtlar qətllərin səbəbini ya telefona, ya kiminləsə danışmağa gətirib çıxarırlar. Özlərinin bəzi məsələlərdə dözümsüzlüyünü isə qeyd etmirlər.
 

Ola bilisn ki, oğulun dediyi kimi, həqiqətən atanın psixi problemləri olub, yanında müxtəlif gərgin söhbətlər gedib və o da son nəticədə bu hərəkəti edib. Amma psixi problemlərinin olduğu iddiası müdafiə xarakterli də ola bilər. Əksər vaxtlarda bunu qeyd edirlər.


Ümumiyyətlə, psixi problemli adamı evdə saxlamazlar. Bizdə mentalitet baxımından o cür xəstələri xəstəxanaya qoymurlar, amma belə hadisələri də nəzərə almaq lazımdır. İdarə olunmayan psixi xəstələr evdə qala bilməzlər. Həmin sahə üzrə həkimlər gedib vəziyyəti yoxlamalıdırlar. Niyə psixi xəstə məhz qadını öldürür? Bunlar psixi xəstəyəm deyib hər gün bir qadını öldürəcəklər?!”

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qarpızın şirin olduğunu göstərən 5 ƏSAS ƏLAMƏT

Qarpızın şirin olduğunu göstərən 5 ƏSAS ƏLAMƏT

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

3 BÜRC üçün dönüş dövrü başlayır

3 BÜRC üçün dönüş dövrü başlayır

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

BÜRCLƏR bu günə nə deyir?

BÜRCLƏR bu günə nə deyir?

Ruzanna Məmmədova Avropa çempionu oldu

Ruzanna Məmmədova Avropa çempionu oldu

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Turistlər bu ölkədə istidən ölürlər

Turistlər bu ölkədə istidən ölürlər

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

Ucarda yeniyetmə su arxında boğuldu

Ucarda yeniyetmə su arxında boğuldu

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

End of content

No more pages to load

RADİO