Azərbaycanda silsilə qətllər törədən dəstə başçısı: "İşgəncə ilə öldürdük, getdik yeyib-içməyə"

Üç nəfərin qətlində, həmçinin oğurluq, quldurluq, sənəd saxtakarlığı və sərhədi qanunsuz keçməyə cəhd də daxil olmaqla bir sıra ağır cinayətlərdə təqsirləndirilən Xalid Tağıyevin növbəti məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Xalid Tağıyev sərbəst ifadə verib.

İttiham üzrə özünü təqsirli hesab edən müttəhim bildirib ki, həbs olunmazdan əvvəl Ukraynada qardaşının pasportu ilə yaşayıb:

"Orada işləyirdim. Ukraynada qardaşım Yusif Tağıyevə məxsus sənədlərlə yaşayırdım. Azərbaycana qayıdanda da qardaşıma aid sənədlə keçdim. İdris Kərimovu, Eldar Məmmədovu əvvəldən tanıyırdım. Quldurluq üçün girdiyimiz Məmməd Hacıyevin evinə Arif istiqamətləndirmişdi. Pəncərəsiz eyvandan daxil olduq. Evdə olan kişinin əl-qolunu bağladıq.

Sonra işgəncə verməyə başladıq. Bədənin bir sıra nahiyələrinə xəsarət yetirdik, öldürdük. Sonra yeyib-içməyə getdik.

Yeməkdən sonra Arifi öldürmək istədik ki, birdən cinayəti başqasına deyər. Bir az keçəndən sonra Arif söyüş söydü. Ona görə başladıq Arifi döyməyə. Daha sonra bel ilə Arifə xəsarət yetirdik, işgəncə verdik. Gördük ki, ağzından qan gəlir və can verir. Qonşu Cavanşirin bağında 2 metr dərinliyində məzar qazdıq. Arifi orada basdırdıq. Hadisədən heç kimin xəbəri olmadı. 1999-cu ildə isə "Makarov" tipli tapança ilə Zahidi öldürdüm. Həmin an İsmayıl da atəş açmışdı".

Zərərçəkmişin hüquqi varisi Vahid Vəliyev təqsirləndirilən şəxs Xalid Tağıyevdən qardaşı Zahid Vəliyevi niyə öldürdüyünü soruşduqda onu pula görə öldürdüyünü bildirib. Proses zərərçəkmişin hüquqi varisi Vahid Vəliyevin ifadəsi ilə davam edib.

Vahid Vəliyev hadisədən əvvəl təqsirləndirilən şəxsi tanımadığını qeyd edib.

"Mən əvvəl onu tanımırdım. Hadisə 1999-cu il 11 sentyabrda baş verib. Həmin gün evə gedirdim. Qonşumuz zəng elədi, xəbər verdi. Qardaşımı xəstəxanaya aparırdılar. Mən çatanda artıq gec idi, ölmüşdü. Hadisədən 1 həftə sonra cinayət işi açıldı. Bütün məhkəmə proseslərində iştirak etmişəm. Ümumilikdə 7-8 nəfərlik dəstə idilər. Dəstənin təşkilatçısı Eldar Məmmədov idi.

Hətta Eldar onları silahla da təmin edirdi. Eldar özü hadisə yerində olmasa da, planları cızan məhz o olub. Məhkəmədə isə 5 nəfər cəzalandırıldı. İsmayıl Məmmədov və İlham Əzizova ömürlük həbs cəzası verildi. İndi də Xalid Tağıyev üçün ən ağır cəzanın verilməsini tələb edirəm".

Növbəti məhkəmə iclası iyulun 29-na təyin edilib.

Qeyd edək ki, rəsmi məlumatda Azərbaycanın 01.09.2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilərək barəsində axtarış elan olunan Xalid Tağıyev barəsində Baş Prokurorluğun İstintaq İdarəsində araşdırma aparılıb. Ona qarşı Cinayət Məcəlləsinin 2025-ci il aprelin 29-da Azərbaycanın 01.09.2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 70 (qəsdən adam öldürmə) 94.1 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 94.6 (iki və ya daha çox şəxsi öldürmə) 94.7 (təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi öldürmə), 94.8 (başqa cinayəti gizlətmək və ya onun törədilməsini asanlaşdırmaq məqsədilə adam öldürmə), eləcə də hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 29 (cinayət etməyə cəhd) 318.1 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə)və 320.2-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və ya satma, habelə belə sənədlərdən istifadə etmə) maddələri ilə ittihamlar irəli sürülüb. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qarpızın şirin olduğunu göstərən 5 ƏSAS ƏLAMƏT

Qarpızın şirin olduğunu göstərən 5 ƏSAS ƏLAMƏT

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

3 BÜRC üçün dönüş dövrü başlayır

3 BÜRC üçün dönüş dövrü başlayır

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

BÜRCLƏR bu günə nə deyir?

BÜRCLƏR bu günə nə deyir?

Ruzanna Məmmədova Avropa çempionu oldu

Ruzanna Məmmədova Avropa çempionu oldu

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Turistlər bu ölkədə istidən ölürlər

Turistlər bu ölkədə istidən ölürlər

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

Ucarda yeniyetmə su arxında boğuldu

Ucarda yeniyetmə su arxında boğuldu

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

End of content

No more pages to load

RADİO