Samirə Bağırovadan Fərhad Pərviziyə CAVAB – “Pul qazanmaq kişini güclü göstərmir”

Türkiyəli məşhur sənətçi Hülya Avşarın “Məndən az qazanan kişiyə hörmət etmərəm” fikri, eyni zamanda iqtisadçı Fərhad Pərvizinin “Kişi elə olmalıdır ki, qadını özünə tabe etdirsin” açıqlaması son günlərdə cəmiyyətin diqqət mərkəzinə düşüb.

Bu cür fikirlər gündəmdə mübahisələrə səbəb olduğu bir vaxtda, məsələyə psixoloq Samirə Bağırova münasibət bildirib.

Bizim.Media-ya açıqlamasında psixoloq qeyd edib ki, bu tip fikirlərin hər birinin arxasında fərqli motivlər dayanır:

 “Bəziləri belə açıqlamaları diqqət çəkmək üçün verir, bəziləri isə maarifləndirici məqsəd güdür. Amma hər iki halda, emosional və sosial kodlarla yüklü, fərdi dəyərlərin təzahürüdür. Hülya Avşarın dediyi “kişinin maliyyə gücü hörmətin şərtidir” yanaşması, əslində bəzi qadınların səssizcə düşündüyü, lakin açıq ifadə etməyə çəkinə biləcəyi fikirdir. Bu isə nəfsin, eqonun, maddi düşüncələrin hökm sürdüyü yanaşmadır  və bu tip fikirlər ailədaxili sabitliyi zədələyən amillərdəndir”.

Bağırova vurğulayıb ki, evlilik təkcə maddi rahatlıq, ehtiras və ya xarici görünüşə əsaslanmamalıdır:

“Ailə birliyi iki insan arasında ruhən bağlanan müqavilədir. Burada təməl olan dəyərlər - güvən, sevgi, səmimiyyət və dayaqdır. Bu dəyərlər üzərində qurulmayan münasibətlər, istər-istəməz sarsıntıya məhkum olur”, - deyə o, bildirib.

Psixoloq hesab edir ki, şou-biznes nümayəndələrinin, xüsusilə də populyar simaların belə fikirlər səsləndirməsi, onların öz yaşam tərzləri və ətrafdan aldıqları təzyiqlərlə əlaqəlidir:

“Onlar daim diqqət və maddi imkanlarla əhatələndikləri üçün, zamanla dəyərləri də bu çərçivədə formalaşır. “Aşıq gördüyünü çalar” məsəlində olduğu kimi, gördükləri və yaşadıqları həyat onların dəyər sistemini müəyyənləşdirir”.

İqtisadçı Fərhad Pərvizin fikirlərinə toxunan Samirə Bağırova isə əlavə edib:

“Kişi çox pul qazanmalıdır” yanaşması artıq keçmişdə qalan düşüncə tərzidir. Əgər bir kişi məsuliyyətli, intellektual və ya fiziki bacarığı ilə ailəsini dolandırmağa çalışırsa, bu kifayətdir. Kiminsə az, kiminsə çox qazandığını müqayisə etmək, bərabərhüquqlu cəmiyyət anlayışına ziddir. Əgər biz həqiqətən ədalətli və bərabərhüquqlu bir cəmiyyət qurmaq istəyiriksə, o zaman nə kişini, nə qadını qazancına görə dəyərləndirməliyik”.

Müsahib sonda vurğulayıb ki, hörmət və sevgi pulla ölçülməməlidir:

“Pul qazanmaq kişini güclü göstərmir. Əgər onun vicdanı, dürüstlüyü, sevgisi və mənəvi dayağı yoxdursa, o zaman bu şəxsi nümunəvi kişi kimi təqdim etmək olmaz. Əksinə, qadınına dəyər verən, sevgi göstərən və könül qazanan kişi hörmətə layiqdir - pul qazanan deyil”.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qarpızın şirin olduğunu göstərən 5 ƏSAS ƏLAMƏT

Qarpızın şirin olduğunu göstərən 5 ƏSAS ƏLAMƏT

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

3 BÜRC üçün dönüş dövrü başlayır

3 BÜRC üçün dönüş dövrü başlayır

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

BÜRCLƏR bu günə nə deyir?

BÜRCLƏR bu günə nə deyir?

Ruzanna Məmmədova Avropa çempionu oldu

Ruzanna Məmmədova Avropa çempionu oldu

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Turistlər bu ölkədə istidən ölürlər

Turistlər bu ölkədə istidən ölürlər

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

Ucarda yeniyetmə su arxında boğuldu

Ucarda yeniyetmə su arxında boğuldu

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

End of content

No more pages to load

RADİO