Yuyucu toz yerinə duz satılır? – Azad İstehlakçılar Birliyi araşdırma tələb edir

Son günlər sosial şəbəkələrdə yuyucu toz markası “Ariel”lə bağlı müxtəlif şikayətlər yayılmaqdadır.

Bizim.Media xəbər verir ki, istifadəçilərdən biri öz sosial media hesabında aldığı məhsuldan narazılığını yumoristik formada paylaşaraq diqqət çəkib. O, paylaşımında belə yazıb:

“Ariel deyib almışıq, 10 kiloqram duz çıxıb. Kimin duza ehtiyacı varsa “Ariel”dən ala bilər. Əladır”.

Paylaşım sosial şəbəkələrdə sürətlə yayılıb və bənzər vəziyyətlə üzləşdiyini deyən digər alıcıların da reaksiyasına səbəb olub.

Başqa bir xanım isə daha ətraflı şəkildə yaşadığı problemi ictimailəşdirib. O, çəkdiyi videoda aldığı yuyucu tozdan istifadəni nümayiş etdirərək ciddi narazılığını bildirib. Videoda bir qaşıq yuyucu tozu suya töküb qarışdırır və suda həll olmayan iri dənəcikləri əlində göstərərək bunun duz olduğunu iddia edir. O, dadına da baxaraq duz dadı gəldiyini təsdiqlədiyini deyir. Şikayətçi qadın videoda izləyicilərə belə xəbərdarlıq edir:

“Baxın, aldanmayın! Bizə duz satırlar”.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Musavat.com”a açıqlama verib.

O bildirib ki, bir neçə il əvvəl quru sərhədlər açıq olan dövrdə Gürcüstandan gətirilən saxta “Ariel” yuyucu tozlarının satışını araşdırıb və qarşısını alıblar.
 

“Lakin indi də Sədərək bazarında iri torbalarda belə məhsulların satıldığını görürük. Bunlar standartlara uyğun olmayan mallardır. Təkcə yuyucu keyfiyyətinin zəifliyi ilə deyil, əllə və paltarla təmasda dəri qaşınmaları, qızartılar kimi xoşagəlməz hallara da səbəb ola bilər”, – deyə Eyyub Hüseynov vurğulayıb.


Sədr qeyd edib ki, bəzi dünya brendləri bazarlarını qorumaq üçün yerli mediayla iş aparmır, nəticədə bazarda saxta və keyfiyyətsiz mallar geniş yayılır:

“Çox təəssüf ki, dünyaca məşhur brendlər bazarlarını qorumaq üçün media ilə heç bir iş görmürlər. Bazar nə qədər çirklənsə də susurlar. Bəzən firmaların özlərinin də bu işdə əlləri olur. Standartlara uyğun mallarla yanaşı uyğun olmayanları da satışa çıxarırlar”.

Eyyub Hüseynov onu da əlavə edib ki, belə hallarda məhsulun maya dəyərinin süni şəkildə aşağı salınması və ya rəqabətdə olan şirkətlərin, şirkətin işdən çıxarılan işçilərin məqsədli fəaliyyəti də rol oynaya bilər.

İstehlakçılara tövsiyə olaraq o bildirib ki, belə məhsulları alarkən qablaşdırmanın möhkəm bağlanmasına, etiketin düzgün yazılmasına diqqət etsinlər və üzərində “qaynar xətt” nömrəsi varsa, həmin xidmətə müraciət etsinlər. Hüquqlarının pozulduğunu düşünən vətəndaşlara isə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə əlaqə saxlayaraq şikayətlərini bildirməyi məsləhət görüb.

“Bütün hallarda Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (012) 599-76-00 nömrəsi ilə əlaqə saxlayıb hüquqlarını qorumağı tələb etsinlər”, – deyə Eyyub
Hüseynov bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qarpızın şirin olduğunu göstərən 5 ƏSAS ƏLAMƏT

Qarpızın şirin olduğunu göstərən 5 ƏSAS ƏLAMƏT

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

3 BÜRC üçün dönüş dövrü başlayır

3 BÜRC üçün dönüş dövrü başlayır

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

BÜRCLƏR bu günə nə deyir?

BÜRCLƏR bu günə nə deyir?

Ruzanna Məmmədova Avropa çempionu oldu

Ruzanna Məmmədova Avropa çempionu oldu

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Turistlər bu ölkədə istidən ölürlər

Turistlər bu ölkədə istidən ölürlər

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

Ucarda yeniyetmə su arxında boğuldu

Ucarda yeniyetmə su arxında boğuldu

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

End of content

No more pages to load

RADİO