BİZİM TƏQVİM:9 iyulda baş vermiş tarixi hadisələr

9 iyul Azərbaycanda diplomatik xidmət əməkdaşlarının bayramıdır. 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyi diplomatiya fəaliyyətini tənzimləyən ilk normativ sənədi – XİN-in katibliyi haqqında müvəqqəti təlimatı təsdiq edib. Prezident İlham Əliyevin 24 avqust 2007-ci il tarixli sərəncamı ilə 9 iyul Azərbaycanda diplomatik xidmət əməkdaşlarının peşə bayramı günü elan edilib.

Bəs, iyulun 9-da dünyada daha hansı hadisələr baş verib?

1. 1357-ci ildə Praqada kral IV Karl Vltava çayı üzərindən Taclı körpü saldırdı. Görkəmli çex memarı və heykəltaraşı Pyotr Parlerj tərəfindən inşa edilən bu körpü şəhərin ən məşhur memarlıq abidələrindəndir. 1683-cü ildə Taclı körpünün hər iki tərəfində Praqanın tarixini nümayiş etdirən heykəllər qoyuldu.

2. Astronom və riyaziyyatçı İohan Kepler (Johannes Kepler) o zamana qədər Günəş Sistemində təsbit edilən 6 planetin orbitləri haqqında ən doğru məlumatları ehtiva edən "Kainatın sirri" məşhur əsərini 1595-ci ilin 9 iyulunda çap etdirdi.  

3. Rusiya və Osmanlı dövlətləri arasında imzalanan Kiçik Qaynarca müqaviləsi ilə müstəqilliyə qovuşmuş Krım 1783-cü ilin 9 iyulunda  Rusiyanın işğalına məruz qaldı. Rusiya əsgərləri 2 ay içində minlərlə adamı öldürdü, Krımın müsəlman-türk əhalisinin böyük bir hissəsini silah gücünə köç etdirdi.

4. 9 İyul Argentinanın İstiqlaliyyət Günüdür.  Argentina 1530-cu ildən İspaniyanın müstəmləkəsi olub, 17-ci əsrin əvvəllərində isə ərazisi La-Plata qubernatorluğu adlanıb. 1810-cu ildə İspaniya ağalığı əleyhinə başlayan üsyan 1816-cı ildə qələbə və müstəqilliklə bitib.

5. 1942-ci il 9 iyulda general Montqomerinin başçılıq etdiyi ingilis qoşunları Almaniya və İtaliyanın Misirdə birləşmiş qüvvələrinə qarşı döyüşə başladı. Savaş zamanı Avstraliya diviziyası ingilislərin köməyinə çatdı. Əl-Əlameyn şəhəri yaxınlığındakı həmin döyüş almanların məğlubiyyəti ilə nəticələndi.Sonradan general Montqomeri qələbə şərəfinə döyüşün baş verdiyi Əl-Əlameyn şəhərinin adını özünə təxəllüs götürdü.

6. 9 iyul 1991-ci ildə Cənubi Afrika irqçilik rejiminə son qoyacağını elan edincə ölkənin 30 illik fasilədən sonra olimpiada yarışlarına qatılmasına icazə verildi.

9 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır

1. Azərbaycan klassik ədəbiyyatı və aşıq poeziyasının görkəmli nümayəndələrindən biri Aşıq Ələsgər 1821-ci ilin bu günü Göyçə mahalında anadan olub. Yaradıcılığında klassik ədəbiyyatın və 19-cu əsr aşıq sənətinin ən yaxşı xüsusiyyətlərini birləşdirən Aşıq Ələsgər təkcə Azərbaycan deyil, bütün Qafqazda ustad sənətkar kimi tanınıb. Aşıq Ələsgər yaradıcılığı indiyədək gənc şair və aşıqlar üçün bir məktəb olaraq qalır. (1821-1926)

2. 9 iyul 1835-ci ildə Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvani anadan olub(1835-1888). Seyid Əzim Şirvani yaradıcılığının çox hissəsi lirik janrda yazılmış orijinal əsərlərdən ibarətdir ki, bunların da çoxu qəzəllərdir. Seyid Əzim realist şeir yaradıcılığı sahəsinə keçməsində "Əkinçi" qəzetinin mühüm rolu olub. 
 

3.    Dünyaşöhrətli alim, akademik, bir sıra xarici akademiya və elmi cəmiyyətlərin üzvü, SSRİ Dövlət və Nobel mükafatları laureatı Pyotr Kapitsa 1894-cü il 9 iyulda doğulub.  Kapitsa atomların maqnit məqamının təyini, ifrat güclü maqnit sahəsinin alınması üçün üsul verib, axıcılığı kəşf edib. (1894-1982)


4. 9 iyul Azərbaycan dramaturgiyasının görkəmli nümayəndələrindən biri, milli teatrın yaranmasında əvəzsiz xidmətləri olan Nəcəf bəy Vəzirovun xatirə günüdür. Öz dram əsərlərində 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Azərbaycan cəmiyyətinin həyatını parlaq boyalarla əks etdirən Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” pyesi Azərbaycan teatrlarının repertuarında mühüm yer tutur. (1854-1926)

5. 9 iyul həm də geologiya-minerologiya üzrə Azərbaycan alimi, professor Həsən Əhmədovun xatirə günüdür. Yerin dərin qatlarının öyrənilməsi, Azərbaycanda mezozoy qatlarının neftlilik-qazlılıq problemlərinin tədqiqi, yeni neft yataqların açılması və elmi kadrların hazırlanmasında akademik Həsən Əhmədovun xidmətləri böyükdür. (1906-1984)

6. 9 iyul 1939-cu ildə Əməkdar artist Firuz Xudaverdiyev (1939–2017) Bakının Lökbatan qəsəbəsində doğulub. Mingəçevir teatrında, Milli Dram Teatrında çalışıb. Televiziya tamaşalarında, filmlərdə çəkilib.

7. 9 iyul 1981-ci ildə Xalq şairi, tərcüməçi Nigar Rəfibəyli (23.6.1913 – 1981) vəfat edib. Lirik şeirləri ilə XX əsr Azərbaycan poeziyasını zənginləşdirib, rus ədəbiyyatından tərcümələr edib.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qarpızın şirin olduğunu göstərən 5 ƏSAS ƏLAMƏT

Qarpızın şirin olduğunu göstərən 5 ƏSAS ƏLAMƏT

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

3 BÜRC üçün dönüş dövrü başlayır

3 BÜRC üçün dönüş dövrü başlayır

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

BÜRCLƏR bu günə nə deyir?

BÜRCLƏR bu günə nə deyir?

Ruzanna Məmmədova Avropa çempionu oldu

Ruzanna Məmmədova Avropa çempionu oldu

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Turistlər bu ölkədə istidən ölürlər

Turistlər bu ölkədə istidən ölürlər

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

Ucarda yeniyetmə su arxında boğuldu

Ucarda yeniyetmə su arxında boğuldu

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

End of content

No more pages to load

RADİO