Naxçıvanda Dövlət Proqramı çərçivəsində yeni laboratoriya binası tikiləcək

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başladığı ilk dövrlərdə muxtar respublikada mövcud olan resurslar çərçivəsində 2 istiqamət üzrə - qida və baytarlıq laboratoriyalarının fəaliyyətinin təmin edilməsi üçün işlərə başlanıldı. Hazırda agentliyin tabeliyində Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun tərkibində həmin 2 istiqamət üzrə laboratoriyalar fəaliyyət göstərir. Lakin bu laboratoriyaların tam fəaliyyət göstərməsi üçün əlavə cihaz və avadanlıqlara ehtiyac duyulurdu”.

Bizim.Media xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikası Quda Təhlükəsizliyi Agentliyinin aparat rəhbəri Vasif Orucov deyib.

O qeyd edib ki, həm bu iki istiqamət üzrə, həm də muxtar respublikada mövcud olmayan, lakin zəruri ehtiyac duyulan digər iki istiqamət üzrə-fitosanitar və kompleks tədqiqatlar laboratoriyasının fəaliyyəti üçün lazım olan cihaz və avadanlıqların siyahısı və texniki göstəriciləri agentlik tərəfindən müəyyənləşdirilib. Ötən və cari il ərzində qida və baytarlıq laboratoriyaları üzrə zəruri ehtiyac olan bəzi laboratoriya avadanlıqları alınıb və laboratoriyaların istifadəsinə verilib. Hazırda idxal-ixrac əməliyyatları, eləcə də digər dövlət nəzarəti tədbirləri zamanı qida və heyvan mənşəli məhsulların laboratoriya üzrə mövcud resurslar çərçivəsində bəzi analizlərin aparılması təmin edilir.

Lakin həmin laboratoriyaların yerləşdiyi binalar müasir tələblərə tam uyğun deyil, mövcud, həmçinin cari il ərzində yeni alınmış cihazlardan əlavə cihaz və avadanlıqlara ehtiyac vardır. Bununla yanaşı fitosanitar və kompleks tədqiqatlar laboratoriyalarının da fəaliyyətə başlaması zəruridir, hansı ki bu iki istiqamət üzrə laboratoriya muxtar respublikada mövcud olmayıb.
 

NQTA rəsmisi bildirib ki, göstərilən ehtiyaclar nəzərə alınaraq “Naxçıvan Muxtar Respublikasının sosial iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2025-2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda muxtar respublikada laboratoriyalar sisteminin yaradılması məqsədilə çox əhəmiyyətli bir layihə nəzərdə tutulub: "Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sözügedən layihənin əsas icraçılarından biri olaraq müəyyən edilib.


Agentlik tərəfindən layihənin icrası istiqamətində mərhələli şəkildə müvafiq işlər aparılır. Qeyd edim ki, Dövlət Proqramı çərçivəsində ən müasir standartlara və beynəlxalq akkreditasiya tələblərinə cavab verən laboratoriya binasının tikintisi və mövcud resurslar nəzərə alınmaqla əlavə ehtiyac olan müasir cihaz və avadanlıqlarla təchiz edilməsi nəzərdə tutulur. Hazırda laboratoriya binasının tikintisinin layihələndirilməsi işləri aparılır. Bu məqsədlə satınalmalar sahəsində qanunvericiliyin tələblərinə uyğun olaraq tenderin keçirilmiş və uğurla tamamlanıb. Artıq qalib təchizatçı ilə müqavilə bağlanılıb, topoqrafiya, geologiya işləri görülüb, şəhərsalma əsaslandırılması və layihələndirmə üzrə digər işlər davam etdirilir. Növbəti mərhələdə müvafiq ekspertizalar həyata keçiriləcək və layihə-smeta sənədləri hazır olduqdan sonra binanın tikilməsi ilə bağlı işlərə başlanılacaq. Layihənin icrasının 2027-ci ilin sonunadək yekunlaşdırılması və laboratoriyaların istifadəsinə verilməsi proqnozlaşdırılır. Dövlət Proqramı çərçivəsində tikiləcək yeni laboratoriya binası 3600 kvadratmetr əsas və 400 kvadratmetr yardımçı tikililərdən ibarət olacaq".

"Binada dörd istiqamətdə- qida, baytarlıq, fitosanitar və kompleks tədqiqatlar laboratoriyası fəaliyyət göstərəcək. Bu 4 istiqamət üzrə laboratoriyanın fəaliyyət göstərməsi muxtar respublikada qida təhlükəsizliyi sisteminin tam və texniki normativ hüquqi aktların tələblərinə uyğun qurulmasında, eləcə də muxtar respublika əhalisinin həyat və sağlamlığının
qorunmasında əhəmiyyətli dərəcədə rol oynayacaq" - deyə Vasif Orucov əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran ABŞ-ın "sümüklərini qırmaqla" HƏDƏLƏDİ

İran ABŞ-ın "sümüklərini qırmaqla" HƏDƏLƏDİ

Azərbaycan Lüksemburqla bunları müzakirə etdi...

Azərbaycan Lüksemburqla bunları müzakirə etdi...

Yankoviç hakimə hücum çəkdi, polislər və Qurban Qurbanov müdaxilə etdi - VİDEO

Yankoviç hakimə hücum çəkdi, polislər və Qurban Qurbanov müdaxilə etdi - VİDEO

Bakı Təşəbbüs Qrupu BƏYANAT YAYDI

Bakı Təşəbbüs Qrupu BƏYANAT YAYDI

Xankəndidə avtobuslar fəaliyyətə başlayır

Xankəndidə avtobuslar fəaliyyətə başlayır

Süni intellekt Avropada müharibənin başlama tarixini SÖYLƏDİ - İlk zərər çəkəcək ölkələr

Süni intellekt Avropada müharibənin başlama tarixini SÖYLƏDİ - İlk zərər çəkəcək ölkələr

Dağlardan yığıb bazarda kilosunu 20 manata satırlar - FOTO

Dağlardan yığıb bazarda kilosunu 20 manata satırlar - FOTO

“İmarət” stadionunun tikintisinə başlanıldı - VİDEO

“İmarət” stadionunun tikintisinə başlanıldı - VİDEO

DİQQƏT: Bu marşrut avtobuslarının hərəkət istiqaməti DƏYİŞDİRİLİR

DİQQƏT: Bu marşrut avtobuslarının hərəkət istiqaməti DƏYİŞDİRİLİR

"Bu iynələrə görə komaya düşən, xəstəliklər tapanlar var..."

"Bu iynələrə görə komaya düşən, xəstəliklər tapanlar var..."

Abşeronda 17 nəfər saxlanılıb - DİN-dən MƏLUMAT

Abşeronda 17 nəfər saxlanılıb - DİN-dən MƏLUMAT

Gədəbəydə oğlanın evin həyətində meyiti tapıldı

Gədəbəydə oğlanın evin həyətində meyiti tapıldı

Ordumuzun "ən yaxşı snayper"ləri SEÇİLDİ - FOTO

Ordumuzun "ən yaxşı snayper"ləri SEÇİLDİ - FOTO

Azər Qəribin oğlunun 230 min manat BORCU YARANDI

Azər Qəribin oğlunun 230 min manat BORCU YARANDI

"Sənətkarlar üçün qəbiristanlıq yaradılsın" - VİDEO

"Sənətkarlar üçün qəbiristanlıq yaradılsın" - VİDEO

İstirahət günlərinin havası ilə bağlı XƏBƏRDARLIQ

İstirahət günlərinin havası ilə bağlı XƏBƏRDARLIQ

Çexiyanın Baş naziri Azərbaycana səfər edəcək - TARİX

Çexiyanın Baş naziri Azərbaycana səfər edəcək - TARİX

Qobustanda həlak olan işçi ilə bağlı: "Bu insanın işi deyildi, santexnik idi" - VİDEO

Qobustanda həlak olan işçi ilə bağlı: "Bu insanın işi deyildi, santexnik idi" - VİDEO

Ucarda çaqqalın sakinlərə xəsarət yetirməsinin TƏFƏRRÜATI

Ucarda çaqqalın sakinlərə xəsarət yetirməsinin TƏFƏRRÜATI

Piqott ABŞ Dövlət Departamentinin yeni sözçüsü OLDU

Piqott ABŞ Dövlət Departamentinin yeni sözçüsü OLDU

SAXAL-dan Livan əhalisinə ÇAĞIRIŞ: "Evlərinizi tərk edin!"

SAXAL-dan Livan əhalisinə ÇAĞIRIŞ: "Evlərinizi tərk edin!"

Dövlət orqanlarında işləmək istəyənlərin NƏZƏRİNƏ

Dövlət orqanlarında işləmək istəyənlərin NƏZƏRİNƏ

Eldəniz Məmmədov baba oldu

Eldəniz Məmmədov baba oldu

Bakıda məktəbli yoldaşına xəsarət yetirdi - ARAŞDIRMA BAŞLADI

Bakıda məktəbli yoldaşına xəsarət yetirdi - ARAŞDIRMA BAŞLADI

End of content

No more pages to load

RADİO