“Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyindən erkən nikahın fəsadları ilə bağlı növbəti tədbir – FOTO

“Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin icra etdiyi “Erkən nikah və fəsadları: maarifləndirici tədbirlər silsiləsi” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur.

Astara rayonunda Gənclər evində təşkil edilən tədbirdə rayon icra hakimiyyətinin, Daxili İşlər Nazirliyinin, rayon ictimaiyyətinin nümayəndləri, həkim, həmçinin rayonu təmsil edən idmançı qızlar, rayonun fəal gəncləri iştirak ediblər.
 

Əvvəlcə Cəmiyyətin və Medianın İnkişafı İctimai Birliyinin sədri Lalə Azərtaş layihənin məqsədi barədə məlumat verib, icra olunan tədbirlər haqqında danışıb. O, bildirib ki, təhsil almayan, erkən nikah qurbanı olan qızlarımız sonradan ciddi problemlərlə üzləşirlər, onların hüququları kobud şəkildə pozulur, məişət zorakılıqları ilə üzləşirlər. Azərbaycanda iqtisadi imkanların genişləndiyini, yeni müəssisələrin açıldığını, iş yerlərinin yaradıldığını deyən təşkilat sədri əlavə edib ki, xüsusilə işğaldan azad edilmiş torpaqlarımızda peşə ixtisası tələb edən iş yerləri açılır.


O, qeyd edib ki, artıq peşə liseyləri həmin müəssisələr üçün işçilər yetişdirirlər. L.Azərtaş vurğulayıb ki, bu baxımdan nikah yaşı çatmayan qızların qarşısında başqa seçimlər də var.

Astara Rayon RİHB-nin müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova bildirib ki, erkən nikah mövzusu ilə bağlı rayonda tədbirin keçirilməsi böyük əhmiyyət daşıyır. O, son illər rayonda erkən nikah faktlarının azaldığını qeyd edib. F.Sadixova əlavə edib ki, artıq rayonda 18 yaşı tamam olmayan qızların valideynlərinin üzürlü səbəb göstərərək etdikləri müarciətlərə müsbət cavab verilmir.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis kapitanı Məhəmməd Rzayev təmsil etdiyi qurum tərəfindən erkən nikahla bağlı daxil olan müraciətlərə həssas yanaşıldığını, qanunverciliyə uyğun tədbirlər görüldüynə diqqət çəkib.

DSX-nın doğum, ginekologiya, EKO mərkəzinin rəisi, mama-ginekoloq Yeganə Əliyeva bildirib ki, yeniyetməlik dövründə ərə verilən qızın orqanizmi tam formalaşmadığından hamiləlik onun sağlamlığı baxımından təhlükəyə çevrilir. Doğuş zamanı həm ananın, həm də uşağın ölüm ehtimalı yüksəlir.
 

Astara rayon Gənclər evinin namayəndəsi Nəzrin Rzazadə rayonda erkən nikah faktlarının xüsusilə dağ kəndlərində daha çox qeydə alındığını deyib. O, Gənclər evinin erkən nikaha qarşı mübarizədə fəal iştirak etdiyini bildirib. Əlavə edib ki, bu məqsədlə müxtəlif tədbirlər keçirilir, fərqlənən gənclərlə, xüsusilə yüksək bal toplayan, idman sahəsində uğurları olan yeniyetmələrlə əlaqə gücləndirilir, onlar önə çəkilir.


Rayonun idman ictimayyətini təmsil edən məşqçi Loğman Ağayev erkən nikaha qarşı mübarizənin çətinliyindən söz açıb. O bildirib ki, idman bu məsələdə effektiv üsullardan biri olsa da valideynlər müsbət yanaşmır. Öz təcrübəsini bölüşən məşqçi deyib ki, 4-5 il əvvəl Astarada qızları güləş idman növünə cəlb etmək təklifi böyük etirazlarla qarşılanıb. Ona görə də əvvəlcə öz yaxın qohumunu məşqə cəlb edib. Daha sonra bu idman növünü seçən qızların sayı artıb.

Məşqçi bildirib ki, indi rayonda idman sahəsində uğur qazanan qızların sayı artıb.

Daha sonra yeniyetmələr və gənclər mövzu ilə bağlı özü fikirlərini bölüşüb, onların sualları cavablandırılıb.

Tədbirdə erkən nikaha məcbur edilən xanımlardan götürülən müsahibələr təqdim edilib.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qarpızın şirin olduğunu göstərən 5 ƏSAS ƏLAMƏT

Qarpızın şirin olduğunu göstərən 5 ƏSAS ƏLAMƏT

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

3 BÜRC üçün dönüş dövrü başlayır

3 BÜRC üçün dönüş dövrü başlayır

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

BÜRCLƏR bu günə nə deyir?

BÜRCLƏR bu günə nə deyir?

Ruzanna Məmmədova Avropa çempionu oldu

Ruzanna Məmmədova Avropa çempionu oldu

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Turistlər bu ölkədə istidən ölürlər

Turistlər bu ölkədə istidən ölürlər

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

Ucarda yeniyetmə su arxında boğuldu

Ucarda yeniyetmə su arxında boğuldu

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

End of content

No more pages to load

RADİO