Moderator.az xəbər verir ki, fevralın 12-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Sumqayıtxa0xa0şəhərxa0xa0xa0İcra Hakimiyyətinin dəstəyi ilə Sumqayıt şəhərində “Qloballaşma və milli kimlikxa0” mövzusundaxa0xa0seminar-treninq keçirilib.
Tədbirdəxa0xa0Fondun icraçı direktoru Mehman İsmayılov, İcraçı direktor müavini Ceyhun Əliyev,xa0Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbə müdiri Yalçın Abdullayev,xa0Sumqayıtxa0xa0şəhərxa0xa0xa0İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Fərman Kazımov, ziyalılar, müəllimlər, və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Seminarı giriş sözü ilə açanxa0Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbə müdiri Yalçın Abdullayevxa0qonaqları salamlayaraq Sumqayıtda bu sahə ilə bağlı təşkil edilmiş seminarın əhəmiyyətindən danışdı.
Seminarda çıxış edənxa0Sumqayıtxa0xa0şəhərxa0xa0xa0İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Fərman Kazımov qloballaşmanın müsbət xüsusiyyətlərindən istifadə edərək, eyni zamanda milli-kimliyimizi qorumağınxa0vacibliyini diqqətə çatdırdı.

Fondun icraçı direktoru Mehman İsmayılov dünyada gedən proseslər fonunda milli kimliyimizi və dəyərlərimizi gələcək nəsillərə çatdırmağın əhəmiyyətinə toxundu. İcraçı direktor qeyd etdi ki, müasirlik və inkişaf milli xüsusiyyətlərimizin möhkəmlənməsinə və vətənə bağlılığın güclənməsinə töhfə verməlidir.

Daha sonra çıxış edən Fondun İcraçı direktor müavini Ceyhun Əliyev Azərbaycanın ailə dəyərlərinin milli kimliyimizin formalaşmasındakı rolu haqqında fikirlərini bölüşdü.
Seminar-treninqin yekununda iştirakçılarla geniş fikir mübadiləsi aparıldı və onları maraqlandıran suallar cavablandırıldı.
xa0
xa0