Çamadanı əllərində qalmış hind turistləri – Azərbaycandan niyə QAÇAQ DÜŞDÜLƏR?

Hindistanın son aylarda Azərbaycan və Türkiyəyə qarşı başlatdığı turizm boykotu, böyük bir ölkənin necə kiçik çərçivədən qərarlar verdiyini göstərir. Ölkənin təkcə rəsmi qurumları deyil, ictimai təşkilatları, turizm şirkətləri siyasi narazılığın yükünü əhalinin çiyinlərinə qoyur. Üstəlik bunu turizm kimi siyasətdən kənarda qalınacaq, istirahətə, əyləncə və zövqə hesablanmış bir sahəyə daşımaq çox məyusedicidir.

Daha çox Hindistan üçün...

Hər nə qədər hind filmlərini sevib, mahnılarına rəqs edib, aktyorlarını bəyənsək də, bu ölkənin əslində kinolarındakı kimi nağılvari olmadığını artıq öyrənmişik. Anti-sanitar ölkə, kasıblığın pik həddi, insanlara sırnaşan dilənçiləri, böyük şəhərlərinin təhlükəli vəziyyəti, hələ yandırılmış cəsədlərin şəhəri bürümüş qoxusu turistləri qaçaq salır. Ələlxüsus da azərbaycanlılar kimi rahatlığa, səliqə-səhmana fikir verən, asayişinə, gigiyenasına düşkün olan toplum üçün Hindistan gediləcək ölkələr siyasında sonunculardandır. Filmlərinə, maraqlı, fərqli adətlərinə, qədim tarixinə görə gedib nə qədər peşman dönən insanlarımız var.

Cəzalandıran siyasət – uduzan mədəniyyət

Azərbaycan beynəlxalq münasibətlərdə həmişə təmkinli mövqeyi ilə tanınıb. Hələ heç bir ölkənin vətəndaşını “sən mənim yox, filan ölkənin tərəfini saxladın, istəmirəm səni” yanaşması ilə gözümçıxdıya salmayıb. Sadəcə Pakistanla dostluq münasibətinə görə öz vətəndaşlarını Azərbaycana gəlməkdən çəkindirmək, viza və tur paketlərinə qadağalar qoymaq Hindistan kimi böyük və qədim ölkənin imicinə kölgə salar.  

Bu məntiqlə yanaşsaq, o zaman Ermənistana açıq dəstək verdiyinə görə, gərək Azərbaycana bir nəfər fransızı buraxmayaq. Amma ölkəmizdə, paytaxtımızda dünya ölkələrinin vətəndaşları bizi dəstəklədi-dəstəkləmədi rahat, qorxusuz gəzib-dolaşıb, istirahət edirlər. Ümumiyyətlə, bir ölkənin turisti siyasi simpatiyaya görə səyahət etməz, turizm bu deyil –  mədəniyyətlərarası dialoqdur, xalqlararası yaxınlaşmadır.

Münasibətlər necə korlandı?

Öncə xatırlayaq üzü Sovetlərdən bu yana dost olan iki ölkə nə vaxt bu duruma düşdü. Bu hadisənin kökü Hindistan-Pakistan gərginliyi fonunda 22 aprel 2025‑ci il Pahalgam hücumundan sonra yaranan vəziyyətə söykənir. Pahalgam bölgəsində 26 nəfərin öldüyü terror aktında Hindistan Pakistanı ittiham edirdi (Pakistan tərəfi məsuliyyəti öz üzərinə götürməmişdi). Bundan sonra qarşı tərəfi raket hücumlarına məruz qoyub əvəz çıxmışdı. Hirsi soyumadan, Pakistana dost olan ölkələrlə də aranı soyutmağa başladı. Başqa sözlə, indiyədək kəsdiyi duz-çörəyi unutdu.

Ən yaxşı silah – qəzəbli kütlədir. Yəni ictimaiyyəti cırnadıb bu iki qardaş ölkədən uzaq durmağa çağırdı. Nəticədə qəzəbli ictimaiyyət çamadanını boşaldıb Azərbaycan və Türkiyəyə gəlməkdən vaz keçdi. Hindistanın məşhur MakeMyTrip platformasında Azərbaycan və Türkiyəyə rezervasiyalara tələbat 60% azaldı, ləğv edilmələr ə 250%‑ə qədər artdı. EaseMyTrip‑də Azərbaycan üçün ləğv həcmi 30%, Türkiyə üçün 22% artdı.

Yerli turistlərin üzü gülür

Hazırda Hindistanla Azərbaycan (və Türkiyə) arasında bu gərginlik rəsmi diplomatik böhran səviyyəsinə çatmasa da, ictimai qınaq, sosial media boykotu və bazar reaksiyası səviyyəsində davam edir. Vəziyyətin uzun çəkəcəyi ehtimal edilmir. Ekspertlərin proqnozuna görə, ictimai qəzəb azaldıqdan sonra turizm sektoru öz axarına dönə bilər: təxminən 4-5 ay, ən pis halda bir il. Hindistanın daxili gündəminin dəyişməsi çox şeyi həll edəcək.

Qısası, milli turizm sektoru bu yay əlini üzsün, çörək Hindistandan çıxmayacaq. Hindistan turistləri adətən böyük qruplarla gəlir, çox xərcləyirlər. Orta hesabla hər hindistanlı turist 1200-1500 dollar xərcləyir (otellər, alış-veriş, ekskursiyalar, restoranlar və s.).

Müqayisə üçün deyək ki, Azərbaycana 2024-cü ildə 1 855 113 nəfər turist gəlib. Bunların içərisində ilk yeri Rusiya tuturdu: 600186 nəfər. Hindistan 235625 turist sayı ilə ikinci sırada qərarlaşmışdı. Hazırda bu iki ölkə ilə də münasibətlərimizdə problemlər olduğu üçün turizm sektorunda itki qaçılmazdır. Alternativ turist bazarı kimi Gürcüstan, Türkiyə, Orta Asiyadan gələn qonaqların bu boşluğu dolduracağı gözlənilir. Yaxud da bu yay yerli əhalinin üzü güləcək, turist axını zəif olduğu üçün bölgələrdə istirahət ciblərini “ağlatmayacaq”.

Şəfiqə Şəfa, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qobustanda AĞIR QƏZA – Yaralılar var - VİDEO

Qobustanda AĞIR QƏZA – Yaralılar var - VİDEO

Suda boğulan şəxsə ilk yardım: Xilasedicidən həyat qurtaran məsləhətlər

Suda boğulan şəxsə ilk yardım: Xilasedicidən həyat qurtaran məsləhətlər

Bakı–Şamaxı yolunda “KamAZ” aşdı – VİDEO

Bakı–Şamaxı yolunda “KamAZ” aşdı – VİDEO

Orxan Amaşov: “Kolonializm həm də insanların şüurunun idarə olunmasına yönəlib” – FOTO

Orxan Amaşov: “Kolonializm həm də insanların şüurunun idarə olunmasına yönəlib” – FOTO

Oğluna aktyor olmaq üçün şərt qoyubmuş

Oğluna aktyor olmaq üçün şərt qoyubmuş

İran nüvə obyektlərini bərpa edir – FOTOFAKT

İran nüvə obyektlərini bərpa edir – FOTOFAKT

Abbas Abbasovdan müstəmləkəçiliyə qarşı mübarizədə medianın rolu ilə bağlı AÇIQLAMA - FOTO

Abbas Abbasovdan müstəmləkəçiliyə qarşı mübarizədə medianın rolu ilə bağlı AÇIQLAMA - FOTO

Türkiyədə yol belə çökdü – ANBAAN VİDEO

Türkiyədə yol belə çökdü – ANBAAN VİDEO

BTQ-dan media platforması: Dekolonizasiya gündəmi Bakıda müzakirə olunur - FOTO

BTQ-dan media platforması: Dekolonizasiya gündəmi Bakıda müzakirə olunur - FOTO

Arıqlamaq üçün ən faydalı iki bitki: Düyü və qarabaşağın fərqi nədir?

Arıqlamaq üçün ən faydalı iki bitki: Düyü və qarabaşağın fərqi nədir?

Tətil üçün ən sərfəli 3 ölkə: Həm büdcənizi qoruyun, həm də istirahətdən zövq alın

Tətil üçün ən sərfəli 3 ölkə: Həm büdcənizi qoruyun, həm də istirahətdən zövq alın

ABŞ-ın yeni sanksiyalarına Əraqçidən REAKSİYA - FOTO

ABŞ-ın yeni sanksiyalarına Əraqçidən REAKSİYA - FOTO

Vətəndaşların həyətlərində saxladığı toyuqlar da vaksin olunacaq? – RƏSMİ AÇIQLAMA

Vətəndaşların həyətlərində saxladığı toyuqlar da vaksin olunacaq? – RƏSMİ AÇIQLAMA

Kiyev ballistik raketlə VURULDU – Yaralılar var – VİDEO

Kiyev ballistik raketlə VURULDU – Yaralılar var – VİDEO

Ucuz torpaq sahələri satışa çıxarıldı: Sotu 162 manata...

Ucuz torpaq sahələri satışa çıxarıldı: Sotu 162 manata...

Tədbirdə halı pisləşən Şimali Kipr Prezidenti xəstəxanaya YERLƏŞDİRİLDİ

Tədbirdə halı pisləşən Şimali Kipr Prezidenti xəstəxanaya YERLƏŞDİRİLDİ

Təyyarənin pəncərəsi sındı, sərnişin yıxılmaqdan son anda xilas edildi - Dəhşətli anlar - Video

Təyyarənin pəncərəsi sındı, sərnişin yıxılmaqdan son anda xilas edildi - Dəhşətli anlar - Video

ABŞ-İran danışıqları yenidən BAŞLAYIR

ABŞ-İran danışıqları yenidən BAŞLAYIR

DÇ-2026: İspaniya yarımfinalda – VİDEO

DÇ-2026: İspaniya yarımfinalda – VİDEO

BİZİM TƏQVİM:11 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:11 iyulda baş vermiş tarixi hadisələr

Alkotesterdən keçən sürücünün sevinci gündəm oldu - VİDEO

Alkotesterdən keçən sürücünün sevinci gündəm oldu - VİDEO

Qarpızın şirin olduğunu göstərən 5 ƏSAS ƏLAMƏT

Qarpızın şirin olduğunu göstərən 5 ƏSAS ƏLAMƏT

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

End of content

No more pages to load

RADİO