“Sədərək”dəki icarədarlar narahatdır - “Hər şeyi itirə bilərik”

“Sədərək” Ticarət Mərkəzində çalışan icarədarlar buradakı texniki təhlükəsizlik vəziyyətindən və işlətdikləri obyektlərin sığortasız olmasından narahatdırlar.

Bizim.Media xəbər verir ki, ticarət mərkəzində tekstil məhsulları, məişət avadanlıqları, xalça və digər məhsulların satışı ilə məşğul olan bir qrup sahibkar “qafqazinfo.az”a müraciət edərək üzləşdikləri problemi bildiriblər.

Azərbaycanın ən böyük ticarət mərkəzlərindən biri olan “Sədərəy”in icrədarları burada indiyədək dəfələrlə güclü yanğınların olduğunu, eyni zamanda subasma hadisələrinin də onlara xüsusilə külli miqdarda ziyan vurduğunu deyibər:

“2009-cu ildən fəaliyyətə başlayan və ilbəil böyüyən ticarət mərkəzinin problemləri bitmir. Mülkiyyətçilər texniki təhlükəsizlik baxımından sərmayə qoymurlar ki, bu da bizim ağır nəticələr qarşısında əlacsız qalmağımıza gətirib çıxarır. Onlar məsuliyyət daşımadan ancaq öz şəxsi mənafelərini və gəlirlərini güdürlər. Hər kəs bilir ki, burada enerji təchizatı bərbad və yüklü vəziyyətdədir. Naqillərin qızmağından hər an yanğın baş verə bilər. Elektrik təsərrüfatında avtomatlar yüklənmiş vəziyyətdə, təftiş qaydalara uyğun aparılmır, sıxılma və digər xidmətlər sadəcə monitorinqlərlə aparılır”.


İcarədarların sözlərinə görə, hazırda burada 30-40 min sahibkar çalışır:


“İcarə ödənişləri hər dəfə qaldırılır. Buna baxmayaraq yanğın təhlükəsizliyi ilə bağlı vəziyyət çox faciəvi şəkildədir. Hidrantlar, yanğınsöndürən balonlar, su hovuzları kommunikasiyaları fors-major hala cavab vermir və daha əvvəl də dəfələrlə bu hallar yaşanıb. Ümid ancaq ərazidə fəaliyyət göstərən yanğınsöndürən bölməyə qalır. Ancaq mövcud sayla və texnikayla yanğın olduğu halda mübarizə aparmaq sadəlövhlükdür.
 

Son 8 ildə burada 9 dəfə yanğın olub. Sonuncu dəfə bu yaxınlarda Bakıdakı kinostudiya ərazisində pirotexniki vasitələrin alovlanması nəticəsində partlayışın baş verməsi isə bizi daha da narahat edir. Çünki burada da xaricdən qanunsuz yolla gətirilən pirotexniki vasitələr qaydalara tamamilə riayət edilmədən saxlanılır. Növbəti dəfə yanğın olsa, artıq hər şeyimizi itirə bilərik”.


Sahibkarların üzləşdikləri ən böyük problem isə işlətdikləri obyektləri sığortalaya bilməmələridir:

“Sığorta şirkətləri yüksək riskli vəziyyəti nəzərə alaraq, buradakı mağazaları sığortalamaqdan imtina edirlər. Belə ki, Fövqəladə Hallar Nazirliyi buranın istismarına müvafiq rəy və sənəd vermədiyinə görə sığortalamaq da mümkünsüz olub. Bununla bağlı ticarət mərkəzinin mülkiyyətçiləri təəssüf ki, hər hansı addım atmırlar. Biz də öz növbəmizdə aidiyyəti qurumlara müraciət etmişik, problemimizin həll olunması üçün ərizələr yazmışıq”.


Şikayətlə bağlı Azərbaycan Sığortaçılar Assosiasiyasına sorğu ünvanladıq. Assosiasiyanın ekspert qrupunun üzvü Emin Allahverdiyev qeyd edib ki, hazırda sığorta sektorunda fəaliyyət göstərən və əmlak sığortası üzrə lisenziyası olan sığorta şirkətləri istər daşınar, istərsə də daşınmaz əmlakların sığortalanmasında maraqlıdırlar:
 

“Lakin əmlakın sığortaya cəlb olunması üçün əsas şərt həmin əmlakın mövcud vəziyyətinin yanğın təhlükəsizliyi normalarına və digər təminat növləri üzrə risk tələblərinə uyğun olmasıdır. Bu, sığorta mexanizminin əsas fəlsəfəsini təşkil edən mühüm elementdir.


Sığorta hadisəsi mahiyyətcə təsadüfi xarakter daşımalı və sığorta təminatı yalnız bu təsadüfilik nəticəsində əmlaka dəymiş zərərə görə verilməlidir. Əgər əmlakda hadisənin başvermə ehtimalı artıq təsadüfilik xarakterini itirmişsə və risk hər gün, hər an baş verə biləcək vəziyyətdədirsə, bu halda sığorta şirkətinin belə əmlakı sığortaya cəlb etməsi nə sığorta fəlsəfəsinə, nə də qüvvədə olan qanunvericiliyə və sığorta qaydalarına uyğun sayılır.

İstər iri ticarət mərkəzlərində yerləşən obyektlər, istərsə də kiçik sahibkarlıq subyektlərinə məxsus əmlaklar sığorta şirkətləri üçün maraq kəsb edir. Lakin qeyd olunan normativ tələblərə əməl edilmədikdə, əmlakın harada yerləşməsindən asılı olmayaraq onun sığortalanması mümkün olmur.


Buna görə də, əmlakda yanğın və digər təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət edilməli, mümkün risklərə qarşı maliyyə təhlükəsizliyi təmin olunması üçün sığorta alətindən istifadə edilməlidir”.

Məsələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinə də müraciət edilib. Qurumun Mətbuat xidmətindən bu cavab verilib:

“Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğın nəzarəti üzrə dövlət inspektorları tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmış “Çıxarış”a əsasən yoxlamalar (yanğın-texniki müayinələr) keçirilib.

Müayinələr zamanı aşkar olunmuş pozuntulara görə cavabdeh məsul şəxslər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə inzibati məsuliyyətə cəlb olunaraq pozuntuların aradan qaldırılması məqsədilə obyektin rəhbərliyinə icrası məcburi olan tələbləri özündə əks etdirən “Yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə Qərar” təqdim olunub.
 

Belə ki, obyektdə aparılmış yanğın-texniki müayinələr zamanı aşkar olunmuş pozuntulara görə cavabdeh məsul şəxslər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə  inzibati məsuliyyətə cəlb olunaraq inzibati qaydada cərimə olunub.


Sığorta şirkətləri tərəfindən ticarət obyektlərinin daşınmaz əmlakının icbari sığorta edilməsi ilə bağlı məsələlər 24 iyun 2011-ci il 165-IVQ nömrəli “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir və sığortaçı ilə sığortalı arasında həll olunmalıdır”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Suda boğulan şəxsə ilk yardım: Xilasedicidən həyat qurtaran məsləhətlər

Suda boğulan şəxsə ilk yardım: Xilasedicidən həyat qurtaran məsləhətlər

Bakı–Şamaxı yolunda “KamAZ” aşdı – VİDEO

Bakı–Şamaxı yolunda “KamAZ” aşdı – VİDEO

Orxan Amaşov: “Kolonializm həm də insanların şüurunun idarə olunmasına yönəlib” – FOTO

Orxan Amaşov: “Kolonializm həm də insanların şüurunun idarə olunmasına yönəlib” – FOTO

Oğluna aktyor olmaq üçün şərt qoyubmuş

Oğluna aktyor olmaq üçün şərt qoyubmuş

İran nüvə obyektlərini bərpa edir – FOTOFAKT

İran nüvə obyektlərini bərpa edir – FOTOFAKT

Abbas Abbasovdan müstəmləkəçiliyə qarşı mübarizədə medianın rolu ilə bağlı AÇIQLAMA - FOTO

Abbas Abbasovdan müstəmləkəçiliyə qarşı mübarizədə medianın rolu ilə bağlı AÇIQLAMA - FOTO

Türkiyədə yol belə çökdü – ANBAAN VİDEO

Türkiyədə yol belə çökdü – ANBAAN VİDEO

BTQ-dan media platforması: Dekolonizasiya gündəmi Bakıda müzakirə olunur - FOTO

BTQ-dan media platforması: Dekolonizasiya gündəmi Bakıda müzakirə olunur - FOTO

Arıqlamaq üçün ən faydalı iki bitki: Düyü və qarabaşağın fərqi nədir?

Arıqlamaq üçün ən faydalı iki bitki: Düyü və qarabaşağın fərqi nədir?

Tətil üçün ən sərfəli 3 ölkə: Həm büdcənizi qoruyun, həm də istirahətdən zövq alın

Tətil üçün ən sərfəli 3 ölkə: Həm büdcənizi qoruyun, həm də istirahətdən zövq alın

ABŞ-ın yeni sanksiyalarına Əraqçidən REAKSİYA - FOTO

ABŞ-ın yeni sanksiyalarına Əraqçidən REAKSİYA - FOTO

Vətəndaşların həyətlərində saxladığı toyuqlar da vaksin olunacaq? – RƏSMİ AÇIQLAMA

Vətəndaşların həyətlərində saxladığı toyuqlar da vaksin olunacaq? – RƏSMİ AÇIQLAMA

Kiyev ballistik raketlə VURULDU – Yaralılar var – VİDEO

Kiyev ballistik raketlə VURULDU – Yaralılar var – VİDEO

Ucuz torpaq sahələri satışa çıxarıldı: Sotu 162 manata...

Ucuz torpaq sahələri satışa çıxarıldı: Sotu 162 manata...

Tədbirdə halı pisləşən Şimali Kipr Prezidenti xəstəxanaya YERLƏŞDİRİLDİ

Tədbirdə halı pisləşən Şimali Kipr Prezidenti xəstəxanaya YERLƏŞDİRİLDİ

Təyyarənin pəncərəsi sındı, sərnişin yıxılmaqdan son anda xilas edildi - Dəhşətli anlar - Video

Təyyarənin pəncərəsi sındı, sərnişin yıxılmaqdan son anda xilas edildi - Dəhşətli anlar - Video

ABŞ-İran danışıqları yenidən BAŞLAYIR

ABŞ-İran danışıqları yenidən BAŞLAYIR

DÇ-2026: İspaniya yarımfinalda – VİDEO

DÇ-2026: İspaniya yarımfinalda – VİDEO

BİZİM TƏQVİM:11 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:11 iyulda baş vermiş tarixi hadisələr

Alkotesterdən keçən sürücünün sevinci gündəm oldu - VİDEO

Alkotesterdən keçən sürücünün sevinci gündəm oldu - VİDEO

Qarpızın şirin olduğunu göstərən 5 ƏSAS ƏLAMƏT

Qarpızın şirin olduğunu göstərən 5 ƏSAS ƏLAMƏT

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

3 BÜRC üçün dönüş dövrü başlayır

3 BÜRC üçün dönüş dövrü başlayır

End of content

No more pages to load

RADİO