Bu gün Sovet İttifaqı Qəhrəmanı Bəkir Dursun oğlu Mustafayevin doğum günüdür. B.Mustafayev də İkinci Dünya Müharibəsində qəhrəmanlıq göstərən qəhrəman azərbaycanlı döyüşçülərimizdən biridir. O, 1989-cu il fevralın 11-də Gürcüstanın Axaltsixe rayonunun Qlzar kəndində anadan olub. 1941-ci ildə hərbi xidmətə yollanıb və müharibədə döyüşməyə başlayıb.xa0
O, tez bir zamanda 55-ci qvardiya atıcı diviziyasının 164-cü atıcı alayının manqa komandiri təyin edilib. Şimali Qafqazdan Krım vilayətinə kimi gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Kerç yarımadasının faşistlərdən azad edilməsində xüsusi qəhrəmanlıq göstərib. Döyüş meydanında yaralansa da, o, sona qədər döyüşərək düşmənin 40-dan çox canlı qüvvəsini məhv edib.xa0
Göstərdiyi qəhrəmanlığa görə, çavuş Bəkir Mustafayev SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 1944-cü il 16 may tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Bununla yanaşı, o, “Qızıl Ulduz” medalı ilə təltif edilib.xa0
Müharibədən sağ qayıdan B.Mustafayev 10 dekabr 1978-ci ildə 80 yaşında vəfat edib.xa0
Allah rəhmət eləsin!
Vasif Əlihüseyn