Şəkər xəstələri TƏHLÜKƏDƏ - Apteklərdə “Metformin” niyə tapılmır?

Son zamanlar apteklərdə dərmanların tapılmaması ilə bağlı şikayətləri tez-tez eşidirik. Sosial şəbəkələrdə də dərman çatışmazlığı ilə bağlı paylaşımlar qarşımıza çıxır. Bu problemlə üzləşən paytaxt sakinlərinin sayı isə kifayət qədər çoxdur.

Onlar arasında xüsusilə şəkərli diabetin müalicəsində istifadə olunan "Metformin" dərmanının tapılmaması ilə bağlı narazılıqlar artır.

Xəstəliklə mübarizə apteklərdən başlayır, amma redaksiyamıza ünvanlanan şikayətlərdə bildirilir ki, əsasən şəkərli diabetin idarə olunmasında istifadə olunan dərman vasitəsi “Metformin” apteklərdə tapılmır. Sözügedən dərman vasitəsi daha çox tip 2 diabet xəstəliyinin müalicəsində təyin edilir, amma bəzi hallarda polikistik over sindromu (PCOS) kimi digər xəstəliklərdə də istifadə edilə bilər.

Bu, ilk belə problem deyil. Bir müddət öncə xüsusilə “Varfarin” adlı dərmanın apteklərdən yoxa çıxması məsələsini gündəmə gətirmişdik. Qan laxtalanmasını tənzimləyən bu dərman bir çox ürək xəstəsinin həyatını qurtaran əhəmiyyətli bir vasitədir və onun tapılmaması ciddi narahatlıqlara səbəb olmuşdu.

Amma görünən odur ki, məsələ problem kimi qalmaqda davam edir.

Bəs dərmanla təminat məsələsində mövcud olan problemin səbəbi nədir? Sözügedən dərman vasitəsi ölkəyə gətirlir?

Mövzu ilə bağlı Analitik Ekspertiza Mərkəzindən (AEM) Bizim.Media-ya bildirilib ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ölkəyə dərman vasitələrinin idxalı özəl şirkətlər tərəfindən həyata keçirilir.

“2025-ci ilin ilk 6 ayı ərzində ölkəyə aşağıdakı miqdarda “Metformin” tərkibli dərman vasitəsi idxal olunub:

Kombinasiya olunmamış, yalnız metformin (500 mq, 850 mq, 1000 mq) tərkibli tablet formasında dərman vasitələrinin ümumi idxal miqdarı 638 696 qutu təşkil edib.

Bu göstəricidən 32 448 qutu “Metformin Denk” adlı dərman vasitəsinin payına düşür (500 mq, 850 mq, 1000 mq dozalarla)”.

Qeyd edilib ki,  “Metformin” yalnız bir ticarət adı deyil. Ölkəyə bu tərkibli müxtəlif adlarla dərman vasitələri idxal olunub.

“Onlara misal olaraq Asformin, Metforiks, Glucofage, Siofor və s. preparatları göstərmək olar”.

Mərkəz vətəndaşlara müraciət edərək bildirib ki, apteklərdə və ya özəl tibb müəssisələrində dərman təminatı ilə bağlı şübhəli və ya qeyri-qanuni hallar müşahidə etdikdə bu barədə AEM-ə məlumat versinlər”.

Ayşən Rəhim, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

UEFA “Qarabağ”ın oyunundan yazdı

UEFA “Qarabağ”ın oyunundan yazdı

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

Ana-bala birlikdə məzun oldu – FOTO

Ana-bala birlikdə məzun oldu – FOTO

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

Ruslan Lunyov qızıl medal qazandı

Ruslan Lunyov qızıl medal qazandı

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Klopp Almaniya millisi ilə razılığa gəldi

Klopp Almaniya millisi ilə razılığa gəldi

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Qaxda minik avtomobili qaz xəttinə çırpılaraq aşdı

Qaxda minik avtomobili qaz xəttinə çırpılaraq aşdı

İsrail "Hizbullah"ın hərbi obyektlərinə hücum etdi

İsrail "Hizbullah"ın hərbi obyektlərinə hücum etdi

Millimizin üzvü “Neftçi”dən ayrıldı

Millimizin üzvü “Neftçi”dən ayrıldı

Bu, Azərbaycan xalqı üçün bayramdır - Prezident

Bu, Azərbaycan xalqı üçün bayramdır - Prezident

Məşhur teleulduz gənc və təravətli qalmaq üçün qan içir - VİDEO

Məşhur teleulduz gənc və təravətli qalmaq üçün qan içir - VİDEO

End of content

No more pages to load

RADİO