Ortaq türk dili ilə bağlı YENİ TƏKLİF – Bu ölkənin türkcəsi əsas GÖTÜRÜLƏ BİLƏR

Türk dünyasında ortaq dil məsələsi uzun illərdir səsləndirilir. Ortaq türkcə günümüzdə sadəcə ünsiyyət vasitəsi deyil, həm də birlik, bağlılıq, xüsusən də postsovet məkanında türk dövlətlərinin rus dili asılılığından azadlığı deməkdir. Ələxüsus da indiki məqamda – Rusiyanın öz hegemonluğunu hər vəchlə göstərməyə çalışdığı, bunu əyani sübut kimi miqrantları sıxışdırmaqla sərgilədiyi bir vaxtda ortaq türk dili məsələsinin yenidən qaldırılması tam da yerinə düşər. Bəs bu təşəbbüsün hələ də konkret nəticə verməməsinin səbəbi nədir?

Ortaq türkcə – böyük arzu, ləng addımlar...

Məsələyə münasibət bildirən akademik Nizami Cəfərov Bizim.Media-ya açıqlamasında qeyd edib ki, rus dilinin postsovet məkanında olan türk xalqları arasında ortaq ünsiyyət dili və rəsmi dil olması ilə hələ ki hesablaşmalıyıq:

“Tarix elədir ki, əlaqələr birdən-birə kəsilmir. Onun ənənələri müəyyən dövr qalır, dərhal qopmaq olmur”.

Akademik onu da diqqətə çatdırıb ki, əslində türk xalqları bu dildə danışdığı üçün rus dili beynəlxalq dil oldu:  

“Bu gün Rusiya hakimiyyətində olan şovinistlər gərək utansınlar. Bu, bizim rus dilinə olan hörmətimizdir, o da onların bizə “hörməti”... Rusiyanın bu gün etdiyi hərəkətlər təkcə onun şovinizmini, imperialist təfəkkürünü göstərmir, həm də onun mədəniyyətsizliyini nümayiş etdirir.

Rusların dünyadan öyrənəcəyi hələ çox şey var, amma öyrənmək istəmirlər. Bu da onların gələcəkdə daha böyük problemlərlə qarşılacağı deməkdir. Türk dünyasında hazırda inteqrasiya, inkişaf gedir. Biz də artıq yavaş-yavaş öz həqiqi ünsiyyət dilimizi tapacağıq. Amma şovinist təfəkkürdə olanlar heç vaxt başqa xalqlarla dil tapmayacaqlar”.

Ortaq türk ünsiyyət dili mövcuddur
 

Ortaq türk dilinin hansı olacağına gəlincə, əslində bu proses xalq arasında çoxdan gedir. Türkiyə türkcəsi seriallar, verilişlər, xəbərlər vasitəsilə bütün türk xalqlarına çatıb. Daha çox yayıldığını və beynəlxalq platformalarda üstünlük təşkil etdiyini nəzərə alsaq, bu türkcənin ümumi dil olmasına əsas verir.


“Ortaq türk dili mövcuddur. Bu funksiyanı Türkiyə türkcəsi həyata keçirir. Həm də təkcə indiki dövrdə deyil. XX əsrin əvvəllərindən bu təcrübə mövcud idi. Əvvəllər belə bir təklif səsləndirilirdi ki, türk dillərinin hərəsindən müəyyən fonetik, leksik, qrammatik material götürülməklə süni dil yaradılsın, sonra məlum oldu ki, belə bir mexanizm işləyə bilməz. Yəni nəzəri olaraq yaradılması mümkündür, amma praktiki olaraq alınmayacaq.

İndiki şərait onu deməyə əsas verir ki, Türkiyə türkcəsinin ortaq ünsiyyət vasitəsi kimi işlədilməyində maneə yoxdur. Sadəcə digər türk xalqları hələ bizim qədər bu türkcəni bilmədiyi üçün onlar da öyrənməlidirlər. Ümumiyyətlə isə Türkiyə türkcəsinin qəbul etmə, öyrənmə, mənimsəmə prosesi gedir” – deyə akademik vurğulayıb.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Abbas Abbasov: “Anlaşma Memorundumu ilə digər Afrika ölkələri də əməkdaşlığa cəlb edilə bilər”

Abbas Abbasov: “Anlaşma Memorundumu ilə digər Afrika ölkələri də əməkdaşlığa cəlb edilə bilər”

Azərbaycanda biznes qurmaq istəyənlərin diqqətinə! - Ən gəlirli və ən riskli sahələr

Azərbaycanda biznes qurmaq istəyənlərin diqqətinə! - Ən gəlirli və ən riskli sahələr

Şuşada beynəlxalq tədbir: Forumda hansı məsələlər müzakirə olunacaq? – VİDEO

Şuşada beynəlxalq tədbir: Forumda hansı məsələlər müzakirə olunacaq? – VİDEO

Bakı Təşəbbüs Qrupu və Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu arasında Anlaşma Memorandumu İMZALANDI – FOTO

Bakı Təşəbbüs Qrupu və Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu arasında Anlaşma Memorandumu İMZALANDI – FOTO

63 Yaşlı Aydan Şener gənc qızlara meydan oxudu – FOTO

63 Yaşlı Aydan Şener gənc qızlara meydan oxudu – FOTO

Bakıda məktəbin həyətində BIÇAQLANMA

Bakıda məktəbin həyətində BIÇAQLANMA

Avtoyumada FACİƏ – Ata və oğul həyatını itirdi

Avtoyumada FACİƏ – Ata və oğul həyatını itirdi

Balakəndə yağışın fəsadları belə aradan qaldırılır – VİDEO

Balakəndə yağışın fəsadları belə aradan qaldırılır – VİDEO

Almaniyada yanacaqdoldurma məntəqəsinə BASQIN – 24 yaşlı azərbaycanlı saxlanıldı

Almaniyada yanacaqdoldurma məntəqəsinə BASQIN – 24 yaşlı azərbaycanlı saxlanıldı

Bu gün və sabah çimərliyə getmək istəyənlərə XƏBƏRDARLIQ

Bu gün və sabah çimərliyə getmək istəyənlərə XƏBƏRDARLIQ

Hansı tibb işçiləri təlimlərdən pulsuz yararlana biləcək? – Rəsmi AÇIQLAMA

Hansı tibb işçiləri təlimlərdən pulsuz yararlana biləcək? – Rəsmi AÇIQLAMA

ABŞ-dan İrana ULTİMATUM

ABŞ-dan İrana ULTİMATUM

İslandiyada dəmir yolu niyə yoxdur? – Qəribə SƏBƏB

İslandiyada dəmir yolu niyə yoxdur? – Qəribə SƏBƏB

Misli görünməmiş uğur qazanacaq bürclər

Misli görünməmiş uğur qazanacaq bürclər

Pentaqon UNO-ların görüntüsünü yaydı – VİDEO

Pentaqon UNO-ların görüntüsünü yaydı – VİDEO

BTQ-nin icraçı direktoru: "Dekolonizasiya prosesinin ən mühüm tərəfdaşlarından biri mediadır"

BTQ-nin icraçı direktoru: "Dekolonizasiya prosesinin ən mühüm tərəfdaşlarından biri mediadır"

UEFA-nın yenilənən reytinqi-Klublarımız neçəncidir?

UEFA-nın yenilənən reytinqi-Klublarımız neçəncidir?

Şotlandiya qraflığında MİSTİK KÖRPÜ – Heyvanlar bu körpüdən niyə atılır? – FOTO

Şotlandiya qraflığında MİSTİK KÖRPÜ – Heyvanlar bu körpüdən niyə atılır? – FOTO

Moninder Sinqh: “Azsaylı xalqların səsi çox vaxt kölgədə qalır” – FOTO

Moninder Sinqh: “Azsaylı xalqların səsi çox vaxt kölgədə qalır” – FOTO

20 yaşlı Fatiməni qətlə yetirən qohumu Batumidə SAXLANILDI – VİDEO

20 yaşlı Fatiməni qətlə yetirən qohumu Batumidə SAXLANILDI – VİDEO

2800 illik tarixin İZİ İLƏ - Ağalıqtəpədə böyük arxeoloji SİRR AÇILDI – FOTO

2800 illik tarixin İZİ İLƏ - Ağalıqtəpədə böyük arxeoloji SİRR AÇILDI – FOTO

Ukrayna bir gecədə 28 rus gəmisini VURDU – Azova giriş BAĞLANDI – VİDEO

Ukrayna bir gecədə 28 rus gəmisini VURDU – Azova giriş BAĞLANDI – VİDEO

Niyə Sovet vaxtı döşəmələri qəhvəyi rəngə boyayırdılar? – Səbəbi təəccübləndirəcək

Niyə Sovet vaxtı döşəmələri qəhvəyi rəngə boyayırdılar? – Səbəbi təəccübləndirəcək

Uşaq niyə ən çox anasına aqressiya göstərir?

Uşaq niyə ən çox anasına aqressiya göstərir?

End of content

No more pages to load

RADİO