Ögey övlad bu halda vərəsə ola bilməz – QƏRAR

Ali Məhkəmə vərəsəliklə bağlı vahid məhkəmə təcrübəsini formalaşdıran qərar qəbul edib.

Bizim.Media xəbər verir ki, qərar Ali Məhkəmədə baxılan işi üzrə qəbul olunub.

İşin hallarına görə, iddiaçının anası mirasqoyanla (iddiaçının ögey atası) rəsmi nikah münasibətlərinə daxil olmuş, müəyyən müddətdən sonra iddiaçının anası, 4 ay sonra isə mirasqoyan vəfat edib.

İddiaçının ögey atası ilə heç bir qohumluq, o cümlədən övladlığa götürmə münasibəti olmayıb.

O, anasının ögey atasının arvadı kimi birinci dərəcəli vərəsəsi olmasına istinad edərək miras əmlakdakı paya iddia edib, lakin notarius ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edib. İmtina Mülki Məcəllənin 1252-ci (irsi transmissiya) maddəsinə istinad edilməklə onunla əsaslandırılıb ki, iddiaçının anası ögey atasından əvvəl vəfat edib. Həmçinin, “Notariat haqqında” Qanunun 62-ci maddəsinə istinad edilərək göstərilib ki, müraciət edilən əmlakla bağlı ər-arvadın hər ikisi vəfat etdiyindən müraciətdən imtina olunur.
 

Bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət edib, aşağı instansiya məhkəmələri iddianı təmin etməyib. İddiaçı Ali Məhkəməyə müraciət edib.


Kassasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olub ki, mülki qanunvericilik mirasın açıldığı (mirasqoyanın öldüyü) vaxt baxımından vərəsənin ölümünə münasibətdə iki qayda nəzərdə tutub: vərəsə mirasqoyandan sonra, lakin miras qəbul edilənədək ölərsə (irsi transmissiya – MM, 1252-ci maddə); qanun üzrə vərəsə mirasqoyandan əvvəl ölərsə (vərəsənin əvəzlənməsi - 1159-cu maddə). Bu institutlar müəyyən əlamətlərinə görə fərqlənir.

Belə ki, irsi transmissiya həm vəsiyyət, həm də qanun üzrə vərəsəlik zamanı tətbiq edilə bildiyi halda, vərəsənin əvəzlənməsi yalnız qanun üzrə vərəsəlik zamanı mümkün ola bilər; irsi transmissiyada vərəsənin ölməsi halında ona çatacaq pay bütün vərəsələri arasında bölüşdürüldüyü halda, vərəsənin əvəzlənməsi yalnız düzünə xətt üzrə qan bağı əsasında müəyyən edilə bilər.

O da qeyd edilməlidir ki, Mülki Məcəllənin 1252-ci maddəsi “irsi transmissiya” anlayışı altında vərəsənin miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək öldüyü halda, mirasdan pay almaq hüququnun onun vərəsələrinə keçməsini nəzərdə tutur.

Sözügedən norma açılmış mirasın qəbul müddətinə tabe olması institutunun qüvvədə olduğu müddətdə yaranan vərəsəlik münasibətlərində vərəsənin öz iradəsindən kənar şəkildə (ölməsi halında) mirası qəbul edə bilməməsi ilə bağlı qaydanı tənzimləsə də, əslində vərəsəliyin ümumi qaydalarını müəyyən edir.
 

Belə ki, həmin normaya görə ölümü səbəbindən mirası qəbul edə bilməyən şəxsin mirası qəbul etməsi ehtimal edilir, məhz bu səbəbdən də mirasdan pay almaq hüququnun onun vərəsələrinə keçməsi müəyyən edilir.


Hazırda qüvvədə olan mülki qanunvericilik mirasın qəbul müddətinə tabe olması institutunu dəstəkləmədiyindən və miras açıldığı andan avtomatik vərəsənin mülkiyyəti sayıldığından, qanun üzrə vərəsənin onu öz iradəsinə zidd, o cümlədən miras açılandan sonra ölməsi səbəbindən qəbul edə bilməməsi mümkün deyildir, bu zaman vərəsə əmlaka yiyələndikdən sonra ölmüş sayılır və onun mirası öz vərəsələri arasında ümumi qaydalar çərçivəsində bölünür.

Vərəsənin əvəz edilməsi qaydası isə Mülki Məcəllənin 1159-cu maddəsində nəzərdə tutulmuşdur: bu qayda yalnız bir halda – qanun üzrə vərəsənin ölümünün mirasqoyandan əvvəl gerçəkləşdiyi zaman tətbiq edilə bilər.

Vərəsənin əvəzlənməsi irsi xarakter daşıyır, təsadüfi deyil ki, sözügedən norma bu qaydanı müəyyən edərkən birinci növbə vərəsələrdə yalnız nəvə, nəticə və uşaqlara, ikinci növbə vərəsələrin uşaqlarına (və onların uşaqlarına), üçüncü növbə vərəsələrin ana və atalarına münasibətdə müəyyən edib.

Qanunvericiliyin təhlilindən və Konstitusiya Məhkəməsinin qərarlarındakı hüquqi mövqelərdən belə bir nəticə hasil olur ki, həm irsi transmissiya, həm də vərəsələrin əvəzlənməsi zamanı qohumluq faktoru önəmlidir, 1159-cu maddədəki yanaşmadan da aşkar şəkildə bəlli olur ki, vərəsənin əvəzlənməsi mirasqoyanın düzünə xətt üzrə olan qan bağına əsaslanıb.

Birinci dərəcəli vərəsələr mirasqoyanla ən yaxın qohumluq münasibətində olan şəxslər olduğundan, onların hər hansı birinin mirasqoyandan əvvəl ölməsi halında, həmin vərəsənin yerinə keçəcək şəxsin tək ölmüş vərəsənin övladı (nəvəsi, nəticəsi) olması yetərli olmayaraq, həm də mirasqoyanla düzünə xətt üzrə qan bağının olması əsas şərt hesab olunur. Bu qaydada yalnız 1159.1-ci maddədə nəzərdə tutulan hallarda övladlığa götürülən və övladlığa götürən şəxslərə münasibətdə istisnalıq təşkil edə bilər.

Bundan başqa, düzünə xətt üzrə qohumluq bağı olan nəvə, nəticə və uşaqların mirasqoyandan əvvəl ölmüş vərəsə - valideynin yerinə keçməsi qaydası birinci dərəcə vərəsələrə münasibətdə bütün hallara şamil edilə bilməz, çünki qanunverici 1159.1.3-cü maddədə “sonuncular”, habelə “mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri” ifadəsi işlədərkən “sonuncular” və “valideyn” qismində yalnız miras qoyanla aşağı xətt üzrə qan bağı olan qohumlarını (övladlarını, nəvələrini, nəticələrini, o cümlədən, övladlığa götürülən şəxsləri) nəzərdə tutub.

Digər birinci dərəcəli vərəsələrin (arvad, ata, ana) mirasqoyandan əvvəl öldüyü hallar bu qaydada istisnalıq təşkil edib.

Belə ki, mirasqoyanın arvadının (ərinin) başqa nikahdan olan övladının mirasqoyanla qohumluğu olmadığı halda, həmin övlad 1159.1-ci maddədə nəzərdə tutulan “valideynin” yerinə keçə bilməz.
 

O cümlədən, mirasqoyanın yüksələn xətt üzrə qohumlarına - valideynlərinə münasibətdə də bu qayda tətbiq edilə bilməz, bu zaman qanun üzrə vərəsəliyin qohumluq dərəcələri ilə müəyyən edilmiş ardıcıllığı pozula bilər, çünki qanun, miras qoyanın bacı-qardaşlarını ikinci dərəcə vərəsəlik qrupunda müəyyənləşdirib.


Göstərilənlərin əksi qanun üzrə vərəsəlik hüququnun təməl prinsiplərinə zidd olmaqla, qanun üzrə vərəsələrin dairəsinin qeyri-məhdud olması ilə nəticələnə, vərəsələrin və vərəsəlik paylarının müəyyən edilməsi, miras qoyanın öhdəliklərinə görə məsuliyyət, sonrakı növbəyə aid olan qohumların ardıcıllığının müəyyən edilməsi və s. hallar baxımından ciddi qarışıqlıq yaratmaqla qeyri-müəyyənliyə səbəb ola bilər.

Beləliklə, Mülki Məcəllənin 1159.1.3-cü maddəsinin məzmununa görə, mirasın açıldığı vaxt miras qoyanla aşağı xətt üzrə qan bağı olan qohumları sağ olmadığı halda, onların uşaqları, nəvələri və nəticələri qanun üzrə vərəsə sayılırlar və öz valideynlərinin yerinə keçirlər.

Baxılan işdə iddiaçının mirasqoyanla qohumluğu müəyyən edilmədiyindən, ondan qalan mirasa dair anası baxımından birinci dərəcə vərəsə hesab oluna bilməz.

Qeyd olunanları nəzərə alaraq, Ali Məhkəmənin Mülki kollegiyası kassasiya şikayətinin təmin edilməməsi ilə bağlı qərar qəbul edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Abbas Abbasov: “Anlaşma Memorundumu ilə digər Afrika ölkələri də əməkdaşlığa cəlb edilə bilər”

Abbas Abbasov: “Anlaşma Memorundumu ilə digər Afrika ölkələri də əməkdaşlığa cəlb edilə bilər”

Azərbaycanda biznes qurmaq istəyənlərin diqqətinə! - Ən gəlirli və ən riskli sahələr

Azərbaycanda biznes qurmaq istəyənlərin diqqətinə! - Ən gəlirli və ən riskli sahələr

Şuşada beynəlxalq tədbir: Forumda hansı məsələlər müzakirə olunacaq? – VİDEO

Şuşada beynəlxalq tədbir: Forumda hansı məsələlər müzakirə olunacaq? – VİDEO

Bakı Təşəbbüs Qrupu və Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu arasında Anlaşma Memorandumu İMZALANDI – FOTO

Bakı Təşəbbüs Qrupu və Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu arasında Anlaşma Memorandumu İMZALANDI – FOTO

63 Yaşlı Aydan Şener gənc qızlara meydan oxudu – FOTO

63 Yaşlı Aydan Şener gənc qızlara meydan oxudu – FOTO

Bakıda məktəbin həyətində BIÇAQLANMA

Bakıda məktəbin həyətində BIÇAQLANMA

Avtoyumada FACİƏ – Ata və oğul həyatını itirdi

Avtoyumada FACİƏ – Ata və oğul həyatını itirdi

Balakəndə yağışın fəsadları belə aradan qaldırılır – VİDEO

Balakəndə yağışın fəsadları belə aradan qaldırılır – VİDEO

Almaniyada yanacaqdoldurma məntəqəsinə BASQIN – 24 yaşlı azərbaycanlı saxlanıldı

Almaniyada yanacaqdoldurma məntəqəsinə BASQIN – 24 yaşlı azərbaycanlı saxlanıldı

Bu gün və sabah çimərliyə getmək istəyənlərə XƏBƏRDARLIQ

Bu gün və sabah çimərliyə getmək istəyənlərə XƏBƏRDARLIQ

Hansı tibb işçiləri təlimlərdən pulsuz yararlana biləcək? – Rəsmi AÇIQLAMA

Hansı tibb işçiləri təlimlərdən pulsuz yararlana biləcək? – Rəsmi AÇIQLAMA

ABŞ-dan İrana ULTİMATUM

ABŞ-dan İrana ULTİMATUM

İslandiyada dəmir yolu niyə yoxdur? – Qəribə SƏBƏB

İslandiyada dəmir yolu niyə yoxdur? – Qəribə SƏBƏB

Misli görünməmiş uğur qazanacaq bürclər

Misli görünməmiş uğur qazanacaq bürclər

Pentaqon UNO-ların görüntüsünü yaydı – VİDEO

Pentaqon UNO-ların görüntüsünü yaydı – VİDEO

BTQ-nin icraçı direktoru: "Dekolonizasiya prosesinin ən mühüm tərəfdaşlarından biri mediadır"

BTQ-nin icraçı direktoru: "Dekolonizasiya prosesinin ən mühüm tərəfdaşlarından biri mediadır"

UEFA-nın yenilənən reytinqi-Klublarımız neçəncidir?

UEFA-nın yenilənən reytinqi-Klublarımız neçəncidir?

Şotlandiya qraflığında MİSTİK KÖRPÜ – Heyvanlar bu körpüdən niyə atılır? – FOTO

Şotlandiya qraflığında MİSTİK KÖRPÜ – Heyvanlar bu körpüdən niyə atılır? – FOTO

Moninder Sinqh: “Azsaylı xalqların səsi çox vaxt kölgədə qalır” – FOTO

Moninder Sinqh: “Azsaylı xalqların səsi çox vaxt kölgədə qalır” – FOTO

20 yaşlı Fatiməni qətlə yetirən qohumu Batumidə SAXLANILDI – VİDEO

20 yaşlı Fatiməni qətlə yetirən qohumu Batumidə SAXLANILDI – VİDEO

2800 illik tarixin İZİ İLƏ - Ağalıqtəpədə böyük arxeoloji SİRR AÇILDI – FOTO

2800 illik tarixin İZİ İLƏ - Ağalıqtəpədə böyük arxeoloji SİRR AÇILDI – FOTO

Ukrayna bir gecədə 28 rus gəmisini VURDU – Azova giriş BAĞLANDI – VİDEO

Ukrayna bir gecədə 28 rus gəmisini VURDU – Azova giriş BAĞLANDI – VİDEO

Niyə Sovet vaxtı döşəmələri qəhvəyi rəngə boyayırdılar? – Səbəbi təəccübləndirəcək

Niyə Sovet vaxtı döşəmələri qəhvəyi rəngə boyayırdılar? – Səbəbi təəccübləndirəcək

Uşaq niyə ən çox anasına aqressiya göstərir?

Uşaq niyə ən çox anasına aqressiya göstərir?

End of content

No more pages to load

RADİO