Bu səhvi edən sürücülər işdən uzaqlaşdırılır

Bakı şəhərində son zamanlar taksi sürücüləri ilə sərnişinlər arasında yaşanan narazılıqlar sosial şəbəkələrdə də tez-tez gündəmə gəlir.

Bəs belə hallarda vətəndaş hara müraciət etməlidir? Aidiyyəti qurumlar bu məsələlərə necə reaksiya verir? 

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyevin sözlərinə görə, hər hansı bir xidmətdə problem yaşanarsa, vətəndaşlar bu barədə dövlət orqanlarına, xüsusən də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məlumat verməlidir.

Əgər fakt təsdiqini tapırsa, sürücü dərhal xətdən uzaqlaşdırılır:

“Bu, qeyri-şərtsiz icra olunan bir prosesdir. Ona görə də vətəndaşlar özləri də aktiv olmalıdır. Beləliklə, yekun keyfiyyətin artırılmasına nail ola bilərik. Əgər bir neçə hal sosial şəbəkədə müzakirəyə çıxıbsa, bu, hələ kütləvi artım demək deyil. Rəsmi statistika ilə yanaşmaq lazımdır. Belə hallarda dövlətin aidiyyəti strukturları lazımi tədbirləri görür”.

Ekspert qeyd edib ki, xidmət keyfiyyətinin artırılmasına nail olmaq üçün taksi şirkətlərinə müəyyən tələblər qoyulub.

Onlardan biri də sürücülərin müştərilərlə necə davranmalı olduqları ilə bağlıdır:

“İslahatlardan əvvəl sərnişinlərin əsas şikayəti sürücülərin siqaret çəkməsi, avtomobili düzgün idarə etməməsi idi. Hazırda da bu cür hallar varsa, AYNA-nın 141 qaynar xəttinə, WhatsApp nömrəsinə və ya sosial media hesablarına faktlarla məlumat vermək lazımdır. Fakt təqdim olunarsa, dövlət mütləq tədbir görür.
 

Əgər yeni maşınlarda da belə hallar yaşanırsa, bu barədə məlumat ötürülməlidir. Xidmətdə hər hansı nöqsan görürsünüzsə, dərhal müraciət etməlisiniz. Kobud davranış, siqaret çəkmək, maşının vaxtında gəlməməsi – bütün bunları konkret səbəblə bildirməlisiniz.


Son dövrlər sifariş olunan nəqliyyat vasitələri ilə faktiki gələn nəqliyyat vasitələri arasında uyğunsuzluqlar müşahidə olunur. Xüsusilə, mobil tətbiqdə göstərilən avtomobil nömrəsi ilə faktiki gələn avtomobilin nömrəsi fərqli olduğu təqdirdə, bu hal sistem tərəfindən avtomatik qeydə alınmalı və aidiyyəti qurumlara ötürülməlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

UEFA “Qarabağ”ın oyunundan yazdı

UEFA “Qarabağ”ın oyunundan yazdı

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

Ana-bala birlikdə məzun oldu – FOTO

Ana-bala birlikdə məzun oldu – FOTO

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

Ruslan Lunyov qızıl medal qazandı

Ruslan Lunyov qızıl medal qazandı

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Klopp Almaniya millisi ilə razılığa gəldi

Klopp Almaniya millisi ilə razılığa gəldi

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Qaxda minik avtomobili qaz xəttinə çırpılaraq aşdı

Qaxda minik avtomobili qaz xəttinə çırpılaraq aşdı

İsrail "Hizbullah"ın hərbi obyektlərinə hücum etdi

İsrail "Hizbullah"ın hərbi obyektlərinə hücum etdi

Millimizin üzvü “Neftçi”dən ayrıldı

Millimizin üzvü “Neftçi”dən ayrıldı

Bu, Azərbaycan xalqı üçün bayramdır - Prezident

Bu, Azərbaycan xalqı üçün bayramdır - Prezident

End of content

No more pages to load

RADİO