Dünyanın yarısı bu problemdən əziyyət çəkir – “Napoleon sindromu” NƏDİR?

“Napoleon sindromu” deyəndə ağlınıza təkcə bəstəboyluq kompleksi gəlməsin. Psixologiyada kişilərin öz boyunu dərd etməsini belə adlandırırlar. Yeri gəlmişkən, Napaleonun boyu 170 sm olub, əslində orta boy sayılır. Müqayisə üçün deyək ki, Uinston Çörçil ondan 3 sm qısa olub, amma heç bu mənada adını çəkən də yoxdur.

İmperatorun gecələri gündüzlərini bəlaya apardı

“Zavallı” Napaleonun problemləri təkcə boy məsələsi olmayıb, dərdi çox idi. Tibbdəki “Napoleon sindromu isə imperatorun gecələri ilə əlaqəli olub. Daha doğrusu, gecənin ən vacib prosesi olan yuxu ilə. İmperator haqqında belə səhih məlumat var ki, o, cəmi 3 saat yatırmış və bu da gün ərzində imperiyanı idarə etməyə, ölkələri işğal edib torpağını genişləndirrməyə bəs edirmiş.
 

MÖVZU İLƏ BAĞLI:

Günortalar yatmayın – erkən ölüm riski var!


Əslində Napoleon az yatmasından qaynaqlanan problemlər orta yaşlarda bır sıra xəstəliklərdən əziyyət çəkməsinə səbəb olub.

Məsələ burasındadır ki, istər imperatorun zamanında, istərsə də günümüzdə eynilə bu cür az yuxu tələbatı olan insanlar var. Halbuki həkimlər gecə yuxusunun ən az 7 saat olmasının zəruriliyini qeyd edirlər. Çünki yuxu zərurətdir və az yatmağın nəticələri sağlamlığa təsir göstərərək ürək-damar patologiyaları, şəkərli diabet, hipertoniya və s.  xəstəliklərə səbəb olur. Son tədqiqatların nəticələrindən belə məlum olur ki, artıq çəki problemi də yuxusuzluqla bağlıdır.

Amma qeyd etdiyimiz kimi hər bir adamın tələbatı müxtəlifdir, hər bir orqanizmin öz yuxu rejimi var. Bu cür insanlara “erkənçi quş” da deyilir. Əslində zooloji adı kərkəz olan və şahinkimilər fəsiləsinə aid bu quş, havadaca asılı vəziyyətdə azacıq mürgüləyib yuxusunu ala bilir və gücünü toplayıb dərhal şikarına şığıyır. Elə az yatan insanlar da eynilə kərkəz kimi qısa müddətdə yuxusunu alıb, hamıdan gümrah halda işinə gedir, fiziki əməklə məşğul olur, heç də yan yatıb 9-10 saat yuxusunu alanlardan geri qalmır.

Orqanizm yeni çağa ayaq uydurur

Son 10 ildə isə belə azyatanların sayı getdikcə artmaqdadır. Mütəxəssislər az qala dünyanın yarısının günümüzdə bu vəziyyətdə olduğunu deyirlər. Mübaliğə ola bilər, amma səbəbi başadüşüləndir.

Çünki orqanizm yeni çağa ayaq uydurur. Necə ki, elektrikin kəşf olunmasından qabaq heç bir əyləncəsi, məşğuliyyəti olmayan, şama, lampaya qənaət etməli olan insanlar çox yatdığı kimi elm və texnologiya inkişaf etdikcə həyat tərzi də dəyişir. İnsanlar artıq gec yatır, erkən oyanır. Cazibəli texnoloji tətbiqlər, gecə həyatı, müxtəlif əyləncələr, sosial həyat yuxunu arxa plana keçirir. Zamanla beyin buna alışır və adaptasiya olur.

Amma... müəyyən yaşa qədər!

Elə haqqında danışdığımız Napoleon Bonapart da 40 yaşından sonra 3 saatlıq yuxunun bədəlini ödəməyə başladı. İllər boyu az yuxu ilə kifayətlənmiş, amma immunitetli cavan bədənə gücü çatmayıb hiyləgərcəsinə yaşlanmanı gözləyən beyin indi fəaliyyətə keçməyə başlayır.

Öncə yersiz yuxu hücumları ilə! Harda, nə vaxt gəldi adamı yatmağa vadar edir. Məsələn biri ilə söhbət edərkən, telefonla danışarkən yuxu tutar. Napaleonun özünü Vaterloo döyüşünün tam ortasında yuxu tutmuşdu.
 

Bundan əlavə, Bonapart “Pikvik sindromu”ndan da əziyyət çəkirdi ki,  bu da günorta yuxu ataklarının nəticəsində ağır piylənməylə sonlanır.


Ardınca dərinin və selikli qişaların iltihabı, orqanlarda şişkinlik, yorğunluq və yüksək qan təzyiqi gəlir.

Bununla da bitmir. Az yatmaq və bədəni illərlə buna alışdırmaq panik ataklar, epilepsiya kimi psixi-nevroloji problemlərə də yol açır. İmmun sistemini zəiflədir ki, bu da sıx-sıx xəstələnməklə nəticələnir. Ən qorxulusu – yuxusuzluq hətta intihara gətirib çıxarda bilər. Eynilə epilepsiyadan əziyyət çəkən və ölümünün səbəbi hələ də müəmmalı qalan Napaleon kimi...

Şəfiqə Şəfa, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

UEFA “Qarabağ”ın oyunundan yazdı

UEFA “Qarabağ”ın oyunundan yazdı

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

Ana-bala birlikdə məzun oldu – FOTO

Ana-bala birlikdə məzun oldu – FOTO

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

Ruslan Lunyov qızıl medal qazandı

Ruslan Lunyov qızıl medal qazandı

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Klopp Almaniya millisi ilə razılığa gəldi

Klopp Almaniya millisi ilə razılığa gəldi

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Qaxda minik avtomobili qaz xəttinə çırpılaraq aşdı

Qaxda minik avtomobili qaz xəttinə çırpılaraq aşdı

İsrail "Hizbullah"ın hərbi obyektlərinə hücum etdi

İsrail "Hizbullah"ın hərbi obyektlərinə hücum etdi

Millimizin üzvü “Neftçi”dən ayrıldı

Millimizin üzvü “Neftçi”dən ayrıldı

Bu, Azərbaycan xalqı üçün bayramdır - Prezident

Bu, Azərbaycan xalqı üçün bayramdır - Prezident

Məşhur teleulduz gənc və təravətli qalmaq üçün qan içir - VİDEO

Məşhur teleulduz gənc və təravətli qalmaq üçün qan içir - VİDEO

End of content

No more pages to load

RADİO