“Salam, Cənab Ali Baş Komandan”!

Hər hansı bir mövzuda yazanda mənim üçün ən çətin məsələ ilk cümləni tapmaq və ən uğurlu sərlövhəni seçməkdi...

Artıq başlamaq olar. Mövzu 26 İyundu-şərəf və qürur tarixi!

…Günün sonuna doğru Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün sosial hesablarında ənənəvi paylaşımlarından daha birini edir. Bir dəqiqəlik videoçarx Ali Baş Komandanın əsgərlərimizi salamlaması ilə başlayır. Qısa olsa da, kifayət qədər məzmunlu və ruha toxunan bir videoçarx hazırlanıb: “Nə qədər sənin silah-sursatın olsa belə, nə qədər müasir hərbi texnalogiyalardan istifadə etsən belə, qələbəni əldə edən əlində silah əsgərdir, zabitdir…

Sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da, düşməni məhv edən də əsgərdir! Eşq olsun bizim əsgərlərimizə! Bax, belə ordu yaratmışıq biz”!

Videoçarxda səslənən Bu müraciət əslində, bütün əsgərləri və ordusu ilə qürur duyan bir Komandanın manifestidir, güvən və iftixar nidasıdır. Əlbəttə, 35 il əvvəl ordumuz olmadığına görə itirdiklərimizin miqyası çox idi. Bu gün isə itirdiklərimizi zərrə-zərrə, qarış-qarış qazanan müasir ordudan danışmağın qürurunu hər birimiz yaşayırıq.

Xatırlayırıq ki…

Ulu öndər Heydər Əliyev 1991-ci ildə Naxçıvanda ilk milli ordu qurumunu-Dövlət Müdafiə Komitəsini yaradanda, Naxçıvanı işğal və məhv olmaqdan qoruyanda, ilk milli hərbi paradı keçirəndə həm də Qarabağın azadlıq yolunu açırdı. Taleyin hökmü, zamanın diqtəsi və xalqın iradəsi ilə bu şərəfli missiyanı İlham Əliyev tamamlayacaqdı. Ona görə də bu günün qəhrəmanı Silahlı Qüvvələrlə bərabər , həm də Silahlı Qüvvələrin Ali Baş Komandanıdır.

İlham Əliyev ilk növbədə:

*Dövlətin, xalqın və ordunun birliyini təmin etdi, sabitlik yaratdı;

*Ölkənin təbii resurslarından məharətlə bəhrələnərək, qısa zamanda ordunun dayağı olan güclü və modern iqtisdiyyat qurdu;

*Kiçik ölkənin milli maraqlarını qlobal səviyyədə müdafiə edən çevik və prinsipial xarici siyasət konsepsiyasını işləyib həyata keçirdi, beynəlxalq platformalarda diqtə edən güc səviyyəsinə yüksəltdi;

* Sovetin sınıq-salxaq texnikalarının ümidinə qalan ordunu modern orduya çevirdi, ölkənin müdafiə sənayesini yaratdı, Silahlı Qüvvələri müasir döyüş aparmaq gücünə çatdırdı, dünyada intellektual müharibə aparmaq nümunəsi ortaya qoydu;

*İnsan resurslarına sərmayə qoyub onu kapitala çevirdi, bir qarış torpaq üçün bütün varlığından keçən milyonlarla vətənpərvər gənc yetişdirdi, peşəkar zabit-gizir kadrları hazırlayan ali və orta hərbi məktəblər açdı;

*Xaricdən ölkəmizə uzanan bütün qara əlləri kəsdi, təxribatçı qüvvələri dərin zəka və iti məntiqlə, ətrafında birləşdirdiyi sağlam komandanın peşəkarlığı ilə tam zərərsizləşdirdi;

*Xalqla çiyin-çiyinə verib tarixi zəfəri addım-addım yaxınlaşdırdı, kiçik addımlarla böyük zəfərə çatdı, ölkənin ərazi bütövlüyünü, suverenliyini təmin etdi, viran qalmış, terror və separatçılıq yuvası olan yurd yerlərimizi cənnətə çevirdi, Böyük Qayıdış konsepsiyasını hazırladı;

*Siyasətini real və konkret işlər görməklə göstərdi, bəzi dünya liderləri kimi şou, ucuz təbliğatlarla yox: “Aslan meşənin şahı ola bilər, ancaq qurd səhnələrdə şou göstərmir”.

Və nəhayət İlham Əliyev tarix boyda tarix yaratdı!

O, həm də dünyaya Ali Baş Komandanlıq nümunəsi və müharibə mədəniyyəti gətirdi. Göstərdi ki, müharibə və milli maraqlar uğrunda mübarizə dinc insanları bombalayıb sonra da “qələbə” statusları paylaşmaq, yaxud körpə uşaqların məsum ruhları qarşısında arsız-arsız rəqs etmək, ləyaqəti və insanlığı itirmək deyil! Müharibə sənin olanı kişi kimi, döyüşə-döyüşə, vuruşa-vuruşa almaqdı, ona sahib olmaqdı, işğaldan azad etdiyin hər qarış torpağa bayraq sancaraq onun önündə diz çökməkdir! Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirməkdir. Bir də unutmayaq ki, Zəfər paradları böyük sərkərdlərin həyatının və amallarının zirvəsi olur!

“Azərbaycan zabiti sizi məhv edib”

Bəli, bu, böyük sərkərdənin-İlham Əliyevin ordusudur! O öz ordusu ilə Qarabağı fəth edib:

“Bax, mən burada durmuşam, dağıtdığınız məscidin önündə, dağıtdığınız Ağdam şəhərində, öz ordumla buraya gəlmişəm. Qalib kimi gəlmişəm. Siz isə öz miskin həyatınızın sonuna qədər məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqsınız… Hərbi cinayətkarlar, Xocalı qatilləri, sizi məhv etmişik. Azərbaycan əsgəri, Azərbaycan zabiti sizi məhv edib. Əcəb də eləyib”!

Silahlı Qüvvələr Gününüz qutlu olsun, Cənab Ali Baş Komandan! Bayrağı önündə diz çökən, şəhidinin ruhu qraşısında baş əyən, qazisini yaşadan LİDER daim ucalacaq!

Sahil Tahirli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

UEFA “Qarabağ”ın oyunundan yazdı

UEFA “Qarabağ”ın oyunundan yazdı

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

Ana-bala birlikdə məzun oldu – FOTO

Ana-bala birlikdə məzun oldu – FOTO

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

Ruslan Lunyov qızıl medal qazandı

Ruslan Lunyov qızıl medal qazandı

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Klopp Almaniya millisi ilə razılığa gəldi

Klopp Almaniya millisi ilə razılığa gəldi

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Qaxda minik avtomobili qaz xəttinə çırpılaraq aşdı

Qaxda minik avtomobili qaz xəttinə çırpılaraq aşdı

İsrail "Hizbullah"ın hərbi obyektlərinə hücum etdi

İsrail "Hizbullah"ın hərbi obyektlərinə hücum etdi

Millimizin üzvü “Neftçi”dən ayrıldı

Millimizin üzvü “Neftçi”dən ayrıldı

Bu, Azərbaycan xalqı üçün bayramdır - Prezident

Bu, Azərbaycan xalqı üçün bayramdır - Prezident

End of content

No more pages to load

RADİO