AIDA-nın rəisi: “Effektiv əməkdaşlığın davamlı olacağına ümid edirik” - FOTO

Bu həftə Bonn iqlim sessiyasındakı nümayəndələrdən dəfələrlə eşitdik ki, Paris Sazişinin 9-cu maddəsi onun “can damarıdır”. COP29 zamanı da bu maddə üzrə tərəflərin öhdəliklərini yerinə yetirməsi danışıqların əsasını təşkil edirdi. Paris Sazişindən sonrakı ikinci onillikdə inkişaf etməkdə olan ölkələrə dəstək üçün yeni iqlim maliyyəsi hədəfinin razılaşdırılması zəruri idi.

Bildiyiniz kimi, Bakıda aparılan danışıqlar təbii olaraq, gərgin keçdi. Biz Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) üzrə üçillik müzakirələrə yekun vurduq və birlikdə beynəlxalq iqlim maliyyəsi əməkdaşlığının gələcək istiqamətlərini müəyyənləşdirdik. Eyni zamanda, maliyyə axınlarının şəffaflığına dair aydın və ciddi tələblərin irəli sürüldüyünü gördük.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəisi və COP29 Sədrliyinin maliyyə danışıqları üzrə nümayəndəsi Elməddin Mehdiyev Bonnda keçirilən “Paris Sazişinin 9.5-ci maddəsinə uyğun olaraq Tərəflərin təqdim edəcəyi məlumatlara dair üçüncü ikiillik sessiya” adlı tədbirdə səsləndirib.

“COP29 Sədrliyi kimi biz bu müzakirələrdə şəffaflıq prinsipini ön planda saxlamaqda qərarlı idik.

Dünyada davam edən çağırışlar və qeyri-müəyyənliklər fonunda şəffaflıq daha da vacibdir. Şəffaflıq etimadı möhkəmləndirir, çoxtərəfli prosesə inamı qoruyur və bizi cavabdeh saxlayır. Bu kontekstdə 9.5-ci maddəyə uyğun ikiillik məlumatlandırmalar xüsusi əhəmiyyət daşıyır.

Bu hesabatlar kollektiv planlarımızın izlənilməsinə yardım edəcək. Qeyd etmək lazımdır ki, bir çox tərəfin proqnozlaşdırılmış iqlim maliyyəsi səviyyələri üzrə vaxt çərçivələri 2025-ci ildə başa çatır. Beləliklə, Bakıda razılaşdırılmış maliyyə hədəfindən sonra təqdim olunacaq ilk hesabatlar növbəti nəsil məlumatlandırmalar olacaq. Bu baxımdan onların Bakı Maliyyə Hədəfini necə əks etdirəcəyini maraqla gözləyirik. Bu hesabatlar COP29 zamanı Azərbaycanda verilmiş vədlərə əməl olunub-olunmadığını əvvəlcədən müəyyən etməyə imkan verəcək. Bunlara 2035-ci ilə qədər ən azı 300 milyard Amerika Birləşmiş Ştatları dollarının səfərbər olunması öhdəliyi və 2030-cu ilə qədər BMT-nin iqlim fondlarından maliyyə çıxışlarının üç dəfə artırılması vədi daxildir”, - deyə E.Mehdiyev əlavə edib.
 

O qeyd edib ki, cari ildə inkişaf maliyyəsinin ixtisarına dair geniş narahatlıqların olduğu müşahidə edilir. Bu da tərəflərin 9-cu maddə üzrə öhdəliklərinə necə təsir edə biləcəyini gündəmə gətirib. Buna görə də COP29 Sədrliyi tərəfləri aydın və güclü mesajlar verməyə çağırır. İkiillik məlumatlandırmalar həm də müvafiq tərəflərə inkişaf etməkdə olan ölkələrə qarşı öhdəliklərini nümayiş etdirmək üçün ortaq və şəffaf çərçivə təqdim edir. “Baku Maliyyə Hədəfi çərçivəsində inkişaf etməkdə olan ölkələri, o cümlədən Cənub-Cənub əməkdaşlığı vasitəsilə könüllü əsasda töhfə verməyə təşviq etdik.


Paris Sazişinin 9.5-ci maddəsi digər tərəfləri də könüllü şəkildə ikiillik məlumatlandırmalar təqdim etməyə təşviq edir. Ümid edirik ki, bu kimi dialoqlar prosesə başlamağı və ya davam etdirməyi planlaşdıran tərəflərə təcrübə toplamaq və öyrənmək üçün dəstək olacaq. Biz bilik və təcrübə mübadiləsi aparmaqla və daha güclü əməkdaşlıqla ortaq hədəflərimizə şəffaf şəkildə çatmaq üçün daha yaxşı hazırlıqlı ola bilərik.

COP29 Sədrliyi olaraq bizim baxışımızda bu prosesin əsas dərslərindən biri konstruktiv dialoq üçün imkanların yaradılmasının vacibliyidir. Bu kimi seminarlar, iqlim maliyyəsi axınlarının proqnozlaşdırıla bilməsi kimi əsas məsələlər üzrə tərəflərin bir-birini daha yaxşı anlaması və ortaq hədəfimiz olan iqlim dəyişikliyi ilə mübarizə istiqamətində praqmatik həll yolları tapması üçün şərait yaradır. Ümidvaram ki, birgə səylər nəticəsində ikiillik məlumatlandırmaların təkmilləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində effektiv əməkdaşlığımız davam edəcək”, - deyə E. Mehdiyev vurğulayıb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yanacaq qıtlığı: Rusiyada YDM-lərdə növbə və davalar adi hala çevrilib - VİDEO

Yanacaq qıtlığı: Rusiyada YDM-lərdə növbə və davalar adi hala çevrilib - VİDEO

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

ABŞ İrana qarşı üçüncü hücum dalğasını tamamladı

ABŞ İrana qarşı üçüncü hücum dalğasını tamamladı

Hacıqabulda sərnişin avtobusu aşdı: 30-dan çox yaralı var - FOTO

Hacıqabulda sərnişin avtobusu aşdı: 30-dan çox yaralı var - FOTO

DİM bu gün daha bir imtahan keçirəcək

DİM bu gün daha bir imtahan keçirəcək

DÇ-2026: Argentina yarımfinala vəsiqə qazandı: İngiltərə ilə qarşılaşacaq - VİDEO

DÇ-2026: Argentina yarımfinala vəsiqə qazandı: İngiltərə ilə qarşılaşacaq - VİDEO

Torontoda atışma: 2 ölü, 5 yaralı var - VİDEO

Torontoda atışma: 2 ölü, 5 yaralı var - VİDEO

DÇ-2026: İngiltərə millisi yarımfinalda - VİDEO

DÇ-2026: İngiltərə millisi yarımfinalda - VİDEO

Bu gün abituriyentlər imtahan verəcəklər

Bu gün abituriyentlər imtahan verəcəklər

Bəzi BÜRCLƏRİ sürpriz günlər gözləyir

Bəzi BÜRCLƏRİ sürpriz günlər gözləyir

Qızardılmış ət sevənlər OXUSUN

Qızardılmış ət sevənlər OXUSUN

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

UEFA “Qarabağ”ın oyunundan yazdı

UEFA “Qarabağ”ın oyunundan yazdı

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

End of content

No more pages to load

RADİO