Daha bir DƏLƏDUZLUQ – 5000 veriləcək deyib, “çörəkpulu”sunu ALDILAR – FOTO/VİDEO

Sosial şəbəkələrdə yardım məqsədilə yaradılan səhifələrin sayı sürətlə artır. Lakin təəssüf ki, bu səhifələrin bir qismi real ehtiyac sahiblərinə kömək etməkdən çox, insanların yaxşı niyyətindən sui-istifadə etməyi qarşısına məqsəd qoyur. Yardım adı ilə atılan bu addımlar, əslində, dələduzluğun yeni formasına çevrilib.

Elə Bizim.Media-ya bu məsələ ilə bağlı daha bir şikayət daxil olub. Vətəndaş bildirib ki, “TikTok” platformasında fəaliyyət göstərən “mehdi.aliyev89” adlı səhifə, ehtiyaclılara kömək etmək adı ilə insanları aldadaraq maddi qazanc əldə edir.
 

Şikayətçinin iddiasına görə, səhifə tərəfindən vəd olunan “aylıq 500 manat və ərzaq yardımı”nın əldə olunması üçün ondan ilkin olaraq 25-50 manat arası “rüsum” tələb olunub. Aldanaraq bu məbləği ödəyən vətəndaş daha sonra həmin səhifə tərəfindən bloka atılıb.  


Dələduzların qurbanı olan Xəzər rayon sakini Günay Feyzullayeva Bizim.Media-ya açıqlamasında həyat yoldaşını itirdikdən sonra üç uşağını təkbaşına böyütmək məcburiyyətində qaldığını və yardıma ehtiyacı olduğunu dilə gətirib.

Elə bu səbəbdən də sözügedən səhifəyə inanıb:

“Səhifəyə daxil oldum, vəziyyətimi izah etdim. Səhifə də aldadıcı görünmürdü. Dedim yəqin ki, köməklik edəcəklər. Mənə yazdılar ki, problem yoxdur, amma 25 manat göndərməlisiz. Uşaqların çörək pulusundan götürüb onlara göndərdim. Tam dəqiqliklə dedilər ki, 25 dəqiqəyə pul sizdə olacaq. Gözlədim, müddət bitdi, yenidən yazdım. Bu dəfə bildirdilər ki, sizə 5000 manat düşür. Çox sevindim, dedim bəxtim üzümə gülüb. Amma əvəzində 45 manat 50 qəpik də istədilər.

Narazılıq etdim, dedim yoxdu. İnad edib, təkrar şirnikləndirməyə başladılar. Həqiqətən də o məbləğin olmadığını bildirdim. Bir qədər keçəndən sonra səs çıxmadı. Bu dəfə göndərdiyim 25 manatımı geri istədim. Bundan sonra məni blok etdilər”, - deyə şikayətçi bildirib.

Günay Feyzullayeva “mehdi.aliyev89”a inanaraq min bir zəhmətlə qazandığı pulundan da məhrum olduğunu ürək yanğısı ilə qeyd edib və insanları aldadan şəxslərin cəzalandırılmasını istəyib:

“Şikayətimi hüquq mühafizə orqanlarına da bildirəcəm. Mən aldandım, heç olmaya başqaları da bu dələduzların toruna düşməsinlər”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdik. Qurumun Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirdi ki, qeyd olunan müraciət üzrə müvafiq polis orqanında araşdırma aparılır.











Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yanacaq qıtlığı: Rusiyada YDM-lərdə növbə və davalar adi hala çevrilib - VİDEO

Yanacaq qıtlığı: Rusiyada YDM-lərdə növbə və davalar adi hala çevrilib - VİDEO

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

ABŞ İrana qarşı üçüncü hücum dalğasını tamamladı

ABŞ İrana qarşı üçüncü hücum dalğasını tamamladı

Hacıqabulda sərnişin avtobusu aşdı: 30-dan çox yaralı var - FOTO

Hacıqabulda sərnişin avtobusu aşdı: 30-dan çox yaralı var - FOTO

DİM bu gün daha bir imtahan keçirəcək

DİM bu gün daha bir imtahan keçirəcək

DÇ-2026: Argentina yarımfinala vəsiqə qazandı: İngiltərə ilə qarşılaşacaq - VİDEO

DÇ-2026: Argentina yarımfinala vəsiqə qazandı: İngiltərə ilə qarşılaşacaq - VİDEO

Torontoda atışma: 2 ölü, 5 yaralı var - VİDEO

Torontoda atışma: 2 ölü, 5 yaralı var - VİDEO

DÇ-2026: İngiltərə millisi yarımfinalda - VİDEO

DÇ-2026: İngiltərə millisi yarımfinalda - VİDEO

Bu gün abituriyentlər imtahan verəcəklər

Bu gün abituriyentlər imtahan verəcəklər

Bəzi BÜRCLƏRİ sürpriz günlər gözləyir

Bəzi BÜRCLƏRİ sürpriz günlər gözləyir

Qızardılmış ət sevənlər OXUSUN

Qızardılmış ət sevənlər OXUSUN

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

UEFA “Qarabağ”ın oyunundan yazdı

UEFA “Qarabağ”ın oyunundan yazdı

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

End of content

No more pages to load

RADİO