Məşhəd və Kərbəla ziyarəti TƏXİRƏ SALINIB?

Hər il yüzlərlə şiə müsəlmanı məşhədi və kərbəlayi adını almaq üçün İran və İraqın məlum şəhərlərini ziyarət edir. Belə ki, şiə təriqətinə görə Həcc ziyarəti ilə yanaşı İslam dininin müqəddəs şəxsiyyətlərinin dəfn olunduğu məkanların ziyarətinin də xüsusi əhəmiyyəti var. Ona görə də İraqın Nəcəf və Kərbəla, İranın isə Məşhəd şəhərlərinə Azərbaycandan (xüsusən Bakı, Gəncə, Aran və Cənub regionundan), Türkiyədən (əsasən Anadolu bölgəsindən, Sivas, Tokat, İğdır və s.) inanclı insanlar axın edirlər.

Bunun digər səbəbi də Məşhəd və  Kərbəla ziyarətlərinin Həcc ziyarəti ilə müqayisədə daha əlçatan, ucuz qiymətə olmasıdır.

Hər il İrana orta hesabla bir milyon azərbaycanlı səfər edir. Bunların bir qismi Məşhəd ziyarətinə gedənlərdir.

Bundan başqa Ərbəin, yəni İmam Hüseynin 40 mərasimində iştirak etmək üçün hər il Azərbaycandan minlərlə insan İraqa gedir. Hər il Azərbaycandan adıçəkilən şəhərlərə zəvvarları aparmaq üçün müxtəlif turizm şirkətləri öz təkliflərini təqdim edirlər.

Pandemiyadan sonra quru yolları ilə ziyarət mümkün olmadığından zəvvarlar ya birbaşa, ya da qismən (Gürcüstan yaxud Türkiyə ərazisinə keçib oradan avtobusla davam edirlər) təyyarə yolu ilə gedirlər.

Məlumat üçün bildirək ki, ilk Ərbəin mərasimi 680-ci ildə, İmam Hüseyn və tərəfdarlarının Kərbəlada şəhid olduqdan 40 gün sonra elə həmin yerdə keçirilib. Həmin gün Kərbəla şəhidlərinin məzarını ziyarət edərək Ərbəin ritualıının əsasını qoymuş ilk şəxs isə peyğəmbərin silahdaşlarından olan Cabir ibn Abdullah Ənsari sayılır.

Sözsüz ki, tarixin bir çox dönəmlərində İran və İraqda baş verən gərginliklər müxtəlif illərdə ziyarətə öz təsirini göstərib.

Elə hazırda da yaşanan hadisələr – İsrail-İran münaqişəsi səbəbindən bu il, xüsusilə də Məhərrəm ayının yaxınlaşması ilə əlaqədar nəzərdə tutulan ziyarətlərin aqibəti necə olacaq?

Mövzu ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən açıqlama ala bilməsək də, turizm şirkətləri məsələyə aydınlıq gətirib.

Bizim Media-nın əldə etdiyi məlumata görə zəvvar turları imamın 40 mərasimini nəzərə alaraq qabaqcadan Ərbəin ziyarətini həyata keçirəcək. Daha sonra qayıdışda Məşhəd ziyarəti nəzərdə tutulur.

“Biletlər artıq alınıb, qabaqcadan təşkil olunub. Öncədən Gürcüstana gediş-dönüş biletləri alınır. Oradan da avtobusla davam edir. Qeyd olunan mərasimə qədər çatmalıyıq. Bizim Kərbəladan qayıdışımız avqusta təsadüf edəcək, ehtimal ki həmin vaxta münaqişə yatışar.
 

Biz Məşhədə təyyarə ilə getmirik, yəni hava limandan istifadə etməyəcəyik. Əgər ümidlərimiz özünü doğrultmasa, ziyarət təxirə salına bilər. Çünki Həcc və Ərbəin ziyarətlərindən fərqli olaraq Məşhəd ziyarətinin konkret vaxtı yoxdur. İlin bütün fəsillərində, istənilən vaxt bu ziyarəti həyata keçirmək mümkündür”.


Qeyd edək ki, əksər turizm şirkətləri eyni üsulla – yalnız dönüşdə İrana ziyarəti təşkil etmək niyyətindədirlər. Birbaşa Məşhəd ziyarəti turları hələlik gözləmə mövqeyindədirlər. Bəzi tur şirkətlərinin Məşhəd ziyarətləri ilə bağlı elanları de-aktiv edilib.

Şəfiqə Şəfa, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

ABŞ İrana qarşı üçüncü hücum dalğasını tamamladı

ABŞ İrana qarşı üçüncü hücum dalğasını tamamladı

Hacıqabulda sərnişin avtobusu aşdı: 30-dan çox yaralı var - FOTO

Hacıqabulda sərnişin avtobusu aşdı: 30-dan çox yaralı var - FOTO

DİM bu gün daha bir imtahan keçirəcək

DİM bu gün daha bir imtahan keçirəcək

DÇ-2026: Argentina yarımfinala vəsiqə qazandı: İngiltərə ilə qarşılaşacaq - VİDEO

DÇ-2026: Argentina yarımfinala vəsiqə qazandı: İngiltərə ilə qarşılaşacaq - VİDEO

Torontoda atışma: 2 ölü, 5 yaralı var - VİDEO

Torontoda atışma: 2 ölü, 5 yaralı var - VİDEO

DÇ-2026: İngiltərə millisi yarımfinalda - VİDEO

DÇ-2026: İngiltərə millisi yarımfinalda - VİDEO

Bu gün abituriyentlər imtahan verəcəklər

Bu gün abituriyentlər imtahan verəcəklər

Bəzi BÜRCLƏRİ sürpriz günlər gözləyir

Bəzi BÜRCLƏRİ sürpriz günlər gözləyir

Qızardılmış ət sevənlər OXUSUN

Qızardılmış ət sevənlər OXUSUN

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

UEFA “Qarabağ”ın oyunundan yazdı

UEFA “Qarabağ”ın oyunundan yazdı

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

End of content

No more pages to load

RADİO