Leyla Əliyeva və Arzu Əliyeva “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışında – FOTO

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində 13 yaşlı Zeynəb Babayevanın müəllifi olduğu “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışı olub.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, ekspozisiyada iştirak edənlər arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva da olub.

Sərgidə gənc rəssamın təbiətə, heyvanlara, flora və faunaya olan sevgisindən ilham alan əsərləri təqdim olunub.

Zeynəb öz əsərlərində gil, kətan sapları, parça kimi təbii materiallardan istifadə edərək, onları zəngin daxili aləmi və parlaq təxəyyülünün yaratdığı obrazlara çevirib.
 

Tədbiri Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səlhəb Məmmədov salamlayıcı nitqlə açıb. O, çıxışında gənc rəssamın işlərini yüksək qiymətləndirib və ona yaradıcılığında uğurlar arzulayıb. Qeyd edib ki, məhz belə uşaqlar gələcək milli incəsənətimizin əsasını təşkil edirlər.


O qeyd edib ki, Zeynəbin əsərlərində valehedici zövq və yaradıcılığa heyrətamiz səy hiss olunur.

Bundan başqa, Xalq rəssamı ekspozisiyanın müəllifinə xüsusi təkliflə müraciət edib. Onu Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına, Heykəltaraşlıq fakültəsinə dəvət edib.

S.Məmmədov vurğulayıb:

“Səni Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına – Heykəltaraşlıq fakültəsinə dəvət etmək istəyirəm. Gələrsən və orada peşəkar ustaların və fakültəmizin tələbələrinin iş prosesi ilə tanış olarsan, habelə ab-havanı hiss edərsən. Əminəm ki, bu, sənin üçün ilhamverici amil və mühüm təcrübə olacaq”.

İştirakçılara və qonaqlara səmimi sözlərlə müraciət edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud da təşkilatçılara təşəkkürünü bildirib və uşaq və yeniyetmələrin yaradıcılığına dəstəyin vacibliyini vurğulayıb.
 

Mərkəzin direktoru Anna İbrahimbəyova çıxışında müəssisənin missiyası haqqında danışaraq bildirib ki, müəssisənin əsas məqsədi gənc müəlliflərə özlərini ifadə etmək üçün şərait yaratmaq, onların yaradıcılıq potensialını inkişaf etdirmək və yeni kəşflərə ruhlandırmaqdır.


Daha sonra tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva çıxış edərək Zeynəb Babayevanı ilk sərgisi münasibətilə təbrik edib və onun böyük yaradıcılığında parlaq gələcəyinə əminliyini ifadə edib. O qeyd edib ki, bu əsərlər mehribanlıq və istiliklə doludur. Onların əsas xüsusiyyəti sevgi ilə yaradılmasıdır.

Tədbir zamanı Zeynəbin ideyanın yaranmasından və heykəltaraşlığından tutmuş, hər bir heykəlin bəzədilməsi və canlandırılmasına qədər yaradıcılıq prosesini əks etdirən qısa videoçarx da nümayiş etdirilib. Tədbirin sonunda gənc rəssam qonaqların və uşaqların fəal iştirak etdiyi kiçik ustad dərsi keçirib.

Zeynəb Babayeva bildirib ki, o, kiçik yaşlarından heyvanlara xüsusi sevgi bəsləyir və məhz bu bağlılıq onu sərgidə təqdim olunan əsərləri yaratmağa ruhlandırıb. Zeynəbin sözlərinə görə, o, bəzi eksponatları xüsusi qayğıya ehtiyacı olan uşaqlara hədiyyə etməyi arzulayır ki, yaradıcılıq sevincini onlarla bölüşsün.

“Sərgimin əsas ideyası insanlara heyvanları sevmək və onları qorumaq lazım olduğunu xatırlatmaqdır. Onlar Yer üzündəki ən təmiz və məsum varlıqlardır”, – deyə gənc rəssam bildirib.

Xalq rəssamı Səlhəb Məmmədov söhbəti davam etdirərək sərgi ilə bağlı təəssüratlarını bölüşüb.

“Bu sərgi onun daxili dünyasıdır, işıqla, təbiətə qayğı ilə və hər əsərində hiss olunan xüsusi saflıqla doludur”, – deyə Xalq rəssamı vurğulayıb.
 

Rəssam qeyd edib ki, Zeynəbin əsərləri heç bir şübhə doğurmur: onlar səmimi hisslərdən, dərin müşahidə qabiliyyəti və zəngin təxəyyüldən yaranıb.


“Onun yaratdığı əsərlər onun ruhunu əks etdirir. Uşağın, xüsusən də 13 yaşında olan birinin ruhu isə təəccüblü dərəcədə təmizdir. Məhz bu təmizlik, toxunulmazlıq və mehribanlıq onun kompozisiyalarında yaşayır”, – deyə Səlhəb Məmmədov izah edib.

Sonda rəssam Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinə xüsusi təşəkkürünü bildirib:

“Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinə uşaqlara özlərini ifadə etmək imkanı yaratdığı üçün təşəkkür edirəm”.

Qeyd edək ki, sərgi Xalq yazıçısı Maqsud İbrahimbəyovun anadan olmasının 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı çərçivəsində keçirilib.




















































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hava bu insanlar üçün əlverişsiz olacaq

Hava bu insanlar üçün əlverişsiz olacaq

Tbilisidə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirildi - TƏFƏRRÜAT

Tbilisidə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirildi - TƏFƏRRÜAT

Bugünkü imtahanın nəticələri bu tarixdə elan ediləcək

Bugünkü imtahanın nəticələri bu tarixdə elan ediləcək

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Azərbaycan Prezidenti: “Bu mükafata layiq görülmək böyük şərəfdir”

Azərbaycan Prezidenti: “Bu mükafata layiq görülmək böyük şərəfdir”

“Azərbaycan bu gün sülh şəraitində yaşamağın nə olduğunu öyrənir” - İlham Əliyev

“Azərbaycan bu gün sülh şəraitində yaşamağın nə olduğunu öyrənir” - İlham Əliyev

Qəzzanın cənubunda “İslami Cihad”ın istifadə etdiyi tunel məhv edildi - VİDEO

Qəzzanın cənubunda “İslami Cihad”ın istifadə etdiyi tunel məhv edildi - VİDEO

İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görüldü

İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görüldü

Zelenski Sandu ilə görüşdü - VİDEO

Zelenski Sandu ilə görüşdü - VİDEO

Makron: “Avropa İttifaqı NATO-dan daha güclüdür”

Makron: “Avropa İttifaqı NATO-dan daha güclüdür”

Ukrayna cəbhədə səgərləri robotlarla əvəz edir

Ukrayna cəbhədə səgərləri robotlarla əvəz edir

İsrail ordusu Livanın cənubunda “Hizbullah” obyektlərini vurdu - FOTO/VİDEO

İsrail ordusu Livanın cənubunda “Hizbullah” obyektlərini vurdu - FOTO/VİDEO

Zelenski: “Daha üç ölkə bizə silah tədarük edəcək”

Zelenski: “Daha üç ölkə bizə silah tədarük edəcək”

Yollarda görünüş 300 metrədək məhdudlaşacaq

Yollarda görünüş 300 metrədək məhdudlaşacaq

İran Hörmüz boğazı ilə bağlı qərarını dəyişməyəcək

İran Hörmüz boğazı ilə bağlı qərarını dəyişməyəcək

Bakıda və Abşeron yarımadasında küləyin sürəti 28.4 m/san-dək güclənəcək

Bakıda və Abşeron yarımadasında küləyin sürəti 28.4 m/san-dək güclənəcək

Ukrayna Ali Radasının Komitə sədri: “Biz bilirik ki, Azərbaycana güvənə bilərik” – EKSKLÜZİV

Ukrayna Ali Radasının Komitə sədri: “Biz bilirik ki, Azərbaycana güvənə bilərik” – EKSKLÜZİV

Bu gün 55 mindən çox şagird buraxılış imtahanı VERDİ

Bu gün 55 mindən çox şagird buraxılış imtahanı VERDİ

Türkiyənin şərqində qəza: 16 nəfər yaralandı

Türkiyənin şərqində qəza: 16 nəfər yaralandı

8 yaşlı uşaq anasının hesabından fırıldaqçılara çoxlu pul köçürdü - FOTO

8 yaşlı uşaq anasının hesabından fırıldaqçılara çoxlu pul köçürdü - FOTO

Kürün suyu artdı - Daha 2 kənddə torpaq sahələri su altında qaldı

Kürün suyu artdı - Daha 2 kənddə torpaq sahələri su altında qaldı

Ərdoğan: “Tramp və həyat yoldaşının xəsarət almaması bizim üçün sevindiricidir”

Ərdoğan: “Tramp və həyat yoldaşının xəsarət almaması bizim üçün sevindiricidir”

SON DƏQİQƏ: Ağdərə rayonunda mina partladı - Xocalı sakini xəsarət aldı

SON DƏQİQƏ: Ağdərə rayonunda mina partladı - Xocalı sakini xəsarət aldı

Peskov: “Rusiya Avropa üçün əsas təhlükə ola bilməz”

Peskov: “Rusiya Avropa üçün əsas təhlükə ola bilməz”

End of content

No more pages to load

RADİO