Migrenə qarşı mübarizədə bu üsulları YOXLAYIN

Migren ən çox rast gəlinən və gündəlik həyatı ciddi şəkildə məhdudlaşdıran baş ağrısı növlərindən biridir.

Bizim.Media xəbər verir ki, miqren ən çox 15-49 yaş arası qadınlarda müşahidə olunur.
 

Baş ağrıları adətən tutmalar şəklində olur. Bəzi insanlarda ildə bir neçə dəfə, digərlərində isə ayda 10-15 dəfəyə qədər migren tutmaları baş verə bilər. Əgər bu tutmalar ay ərzində 15 gündən çox olur və hər biri 4 saatdan artıq davam edirsə, bu “xroniki migren” adlanır.


Migrenin başlıca əlamətləri tək tərəfli baş ağrısı, hərəkətlə şiddətlənmə, ürəkbulanma, qusma, işıq, səs və qoxuya həssaslıqdır. Bəzi hallarda, baş ağrısından əvvəl 20 dəqiqəlik “migren aurası” deyilən parlaq işıqlar, qaraltılar və ya bədəndə keyimələr müşahidə oluna bilər.

Migrenin səbəbləri tam məlum olmasa da, genetik və ətraf mühit amillərinin rol oynadığı düşünülür. Hormonal dəyişikliklər, bəzi qidalar (çərəzlər, pendir, şokolad, kofein), yuxusuzluq, stress, parlaq işıq və yüksək səslər migreni tətikləyə bilər.

Diaqnoz həkim müayinəsi ilə qoyulur, bəzi hallarda əlavə olaraq beyin MRT-si aparıla bilər.

Müalicə iki növə ayrılır: dərmanla və dərmansız. Dərmansız üsullar arasında düzgün qidalanma, yuxu rejimi, idman və stressin idarə olunması mühümdür. Dərman müalicəsi isə tutmaların dayandırılması və onların qarşısının alınması məqsədilə aparılır.

Xroniki migreni olanlarda botoks inyeksiyaları və sinir blokadası kimi üsullar da istifadə olunur. Tədqiqatlar göstərir ki, botoks migrenli günləri 50%-dən çox azalda bilər.

Vitamin və mineral çatışmazlığı (məsələn, maqnezium, B2 vitamini və koenzim Q10) da migreni artıra bilər, buna görə həkim məsləhəti ilə əlavələr faydalı ola bilər. Alternativ üsullar – yoqa, meditasiya – migrenin idarə olunmasına dəstək verə bilər, lakin tibbi müalicəyə əlavə olaraq və mütəxəssis nəzarətində olmalıdır.

Qeyd: Migren fərdi yanaşma tələb edən, amma düzgün müalicə ilə nəzarətdə saxlanıla bilən bir xəstəlikdir. (pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hava bu insanlar üçün əlverişsiz olacaq

Hava bu insanlar üçün əlverişsiz olacaq

Tbilisidə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirildi - TƏFƏRRÜAT

Tbilisidə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirildi - TƏFƏRRÜAT

Bugünkü imtahanın nəticələri bu tarixdə elan ediləcək

Bugünkü imtahanın nəticələri bu tarixdə elan ediləcək

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Azərbaycan Prezidenti: “Bu mükafata layiq görülmək böyük şərəfdir”

Azərbaycan Prezidenti: “Bu mükafata layiq görülmək böyük şərəfdir”

“Azərbaycan bu gün sülh şəraitində yaşamağın nə olduğunu öyrənir” - İlham Əliyev

“Azərbaycan bu gün sülh şəraitində yaşamağın nə olduğunu öyrənir” - İlham Əliyev

Qəzzanın cənubunda “İslami Cihad”ın istifadə etdiyi tunel məhv edildi - VİDEO

Qəzzanın cənubunda “İslami Cihad”ın istifadə etdiyi tunel məhv edildi - VİDEO

İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görüldü

İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görüldü

Zelenski Sandu ilə görüşdü - VİDEO

Zelenski Sandu ilə görüşdü - VİDEO

Makron: “Avropa İttifaqı NATO-dan daha güclüdür”

Makron: “Avropa İttifaqı NATO-dan daha güclüdür”

Ukrayna cəbhədə səgərləri robotlarla əvəz edir

Ukrayna cəbhədə səgərləri robotlarla əvəz edir

İsrail ordusu Livanın cənubunda “Hizbullah” obyektlərini vurdu - FOTO/VİDEO

İsrail ordusu Livanın cənubunda “Hizbullah” obyektlərini vurdu - FOTO/VİDEO

Zelenski: “Daha üç ölkə bizə silah tədarük edəcək”

Zelenski: “Daha üç ölkə bizə silah tədarük edəcək”

Yollarda görünüş 300 metrədək məhdudlaşacaq

Yollarda görünüş 300 metrədək məhdudlaşacaq

İran Hörmüz boğazı ilə bağlı qərarını dəyişməyəcək

İran Hörmüz boğazı ilə bağlı qərarını dəyişməyəcək

Bakıda və Abşeron yarımadasında küləyin sürəti 28.4 m/san-dək güclənəcək

Bakıda və Abşeron yarımadasında küləyin sürəti 28.4 m/san-dək güclənəcək

Ukrayna Ali Radasının Komitə sədri: “Biz bilirik ki, Azərbaycana güvənə bilərik” – EKSKLÜZİV

Ukrayna Ali Radasının Komitə sədri: “Biz bilirik ki, Azərbaycana güvənə bilərik” – EKSKLÜZİV

Bu gün 55 mindən çox şagird buraxılış imtahanı VERDİ

Bu gün 55 mindən çox şagird buraxılış imtahanı VERDİ

Türkiyənin şərqində qəza: 16 nəfər yaralandı

Türkiyənin şərqində qəza: 16 nəfər yaralandı

8 yaşlı uşaq anasının hesabından fırıldaqçılara çoxlu pul köçürdü - FOTO

8 yaşlı uşaq anasının hesabından fırıldaqçılara çoxlu pul köçürdü - FOTO

Kürün suyu artdı - Daha 2 kənddə torpaq sahələri su altında qaldı

Kürün suyu artdı - Daha 2 kənddə torpaq sahələri su altında qaldı

Ərdoğan: “Tramp və həyat yoldaşının xəsarət almaması bizim üçün sevindiricidir”

Ərdoğan: “Tramp və həyat yoldaşının xəsarət almaması bizim üçün sevindiricidir”

SON DƏQİQƏ: Ağdərə rayonunda mina partladı - Xocalı sakini xəsarət aldı

SON DƏQİQƏ: Ağdərə rayonunda mina partladı - Xocalı sakini xəsarət aldı

Peskov: “Rusiya Avropa üçün əsas təhlükə ola bilməz”

Peskov: “Rusiya Avropa üçün əsas təhlükə ola bilməz”

End of content

No more pages to load

RADİO